Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1500/2021 21.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı “dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış borcun silinməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı “dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış borcun silinməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Sumqayıt şəhəri, 9 mkr., 57 saylı evin, 14 saylı mənzilinə dair tərtib edilmiş 31.05.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 216 manat məbləğində borcun və 235.88 manat sayğacın dəyəri olan borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, ünvan 1 ünvanında yerləşən mənzil ******* saylı 31 08.2009-cu il tarixli çıxanşa əsasən iddiaçının mülkiyyətindədir. Cavabdehin əməkdaşları ünvan 1 ünvanında yerləşən mənzilinə təbii qazdan istifadəyə görə quraşdırılmış sayğaca baxış keçirmişlər və bildirdirmişlərki, sayğac dəyişdirilməlidir. 31.02.2020-d il tarixdə ******* nömrəli akt “4.04.2020-ci ildə D/Y-na gətirilmiş Metrdogiya Departamenti sayğacların müayinəsi laboratoriyasının rəyinə görə G-4 markalı 1102AZ**********6 nömrəli sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın klapanı işlək deyil, sayğacın elelment yuvasına qapaq alt hissədən gövdəyə birləşən hissədən sınıqdır qeyd olunmuşdur. Bu yaxınlarda iddiaçının ünvanına cavabdeh tərəfindən daxil olmuş bildirişdə göstərilmişdir ki, 216 manat borcu var. Təbii qazdan istifadəyə görə quraşdırılmış sayğac blokda quraşdırılmışdır. İddiaçının sayğac üzrə bu günə qədər heç bir borcu yoxdur. Hesab edir ki, iddiaçı üzərinə yazılmış 216 manat məbləğində borc əsassız və qanunsuzdur. Bu barədə tərtib olunmuş akt da qanunsuz və əsassız tərtib olunmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı, 31.05.2020-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 9 mkr., 57 saylı evin, 14 saylı mənzilindən çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və verilmiş rəyə görə sayğacın klapanı işlək deyil, sayğacın elelment yuvasına qapaq alt hissədən gövdəyə birləşən hissədən sınıqdır. İş materiallarında olan 31.05.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri, 9 mkr., 57 saylı evin, 14 saylı mənzilinə 2160 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, 9 mkr., 57 saylı evin, 14 saylı mənzilinə dair 216 manat borc hesablanmışdır. İş materiallarında olan 01/01MS-11-276 nömrəli, 10.03.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, Sumqayıt şəhəri, 9 mkr., 57 saylı evin, 14 saylı mənzilinə yeni quraşdırılmış sayğacın dəyəri olan 235.88 manat məbləğində pulun İddiaçı tərəfindən ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X2”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, aktda göstərilən hallar iş materialları ilə təsdiq olunmadığından və qeyd olunan akt Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq olunmuş “X2”nın tələblərinin pozulması ilə tərtib olunduğundan, Sumqayıt şəhəri, 9 mkr., 57 saylı evin, 14 saylı mənzilinə dair tərtib edilmiş 31.05.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 216 manat məbləğində borc və 235.88 manat sayğacın dəyəri olan borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 9 mkr., 57 saylı evin, 14 saylı mənzilinə (abunə kodu: **********00140) dair 31.05.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 216 manat borc və 235.88 manat sayğacın dəyəri olan borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-1500/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1500/2021
21.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver