Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1501/2021 14.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı “istehlakçı hüququnun müdafiəsi və borcun silinməsi tələbinə” dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci məhəllə M.Hüseynzadə küçəsi, ev 1, mənzil 30 saylı ünvana (abonent kodu: **********30000) “Cavabdeh” İstehsalat Birliyinin tərəfindən yazılmış 216 (iki yüz on altı) manat cərimə və 211 (iki yüz on bir) manat 69 (altmış doqquz) qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 iddia ərizəsinə dəqiqləşmə verərək, 1-ci məhəllə M.Hüseynzadə küçəsi, ev 1, mənzil 30 saylı ünvana (abonent kodu: **********30000) “Cavabdeh” İstehsalat Birliyinin tərəfindən sayğacın dəyərinə görə yazılmış 211 (iki yüz on bir) manat 69 (altmış doqquz) qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1501/2021 saylı 16.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 1-ci məhəllə, M.Hüseynzadə küçəsi, ev 1, mənzil 30-a yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 211 (iki yüz on bir) manat 69 (altmış doqquz) qəpik məbləğində borc silinməsi qət edilmişdir. İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.-ci maddəsini rəhbər tutaraq işdə iştirak edən şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 229-cu maddəsinə əsasən işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 229.1.2-ci maddəsinə əsasən hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə iş üzrə əlavə qətnamə çıxarıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 229.2.-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Qeyd olunan qanunvericilik normalarından çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1501/2021 saylı 16.03.2021-ci il tarixli qətnaməsinə əlavə olaraq, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 1-ci məhəllə, M.Hüseynzadə küçəsi, ev 1, mənzil 30-a yazılmış 216 (iki yüz on altı) manat qəpik məbləğində borc silinməsi barədə əlavə qətnamə çıxarıla bilər. Çünki bu tələblərə baxılmış, həmin tələblər üzrə sübutlar təqdim edilmiş və qətnamə qanuni qüvvəyə minməmişdir. Şərh edilənləri nəzərə alaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1501/2021 saylı 16.03.2021-ci il tarixli qətnaməsinə əlavə olaraq, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 1-ci məhəllə, M.Hüseynzadə küçəsi, ev 1, mənzil 30-a yazılmış 216 (iki yüz on altı) manat qəpik məbləğində borcun silinməsi göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 229-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1501/2021 saylı 16.03.2021-ci il tarixli qətnaməsinə əlavə olaraq, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 1ci məhəllə, M.Hüseynzadə küçəsi, ev 1, mənzil 30-a yazılmış 216 (iki yüz on altı) manat qəpik məbləğində borcun silinməsi göstərilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. HAKİM RƏŞAD QOŞQARLİ AZƏRBAYCAN RESPUBLİKASİ SUMQAYİT ŞƏHƏR MƏHKƏMƏSİ AZ-5001 Sumqayıt şəhəri, 9-cu mik-r., 64 Tel: (01864) 4-37-29, Faks: (01864) 4-37www.sumgayitcourt.gov.az Elektron ünvan İş № 2(060)-1501/2021 “ ” aprel 2021-ci il Abdullayev Tofı̇ q Ağakərı̇ m oğluna Sumqayıt şəh, məh 1, M.hüseynzadə küç, ev 1, mənzil 30 Cavabdehnə Bakı şəh, Xətai ray, Yusif Səfərov, 23 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1501/2021 nömrəli, 14.04.2021-ci il tarixli əlavə qətnaməsi məlumat üçün Sizə göndərilir. Qoşma: əlavə qətnamə 01 vərəq, 01 nüsxə HAKİM RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №2(060)-1501/2021
Sumqayıt Şəhər Məhkəməsi Əlavə qətnamə — İş №2(060)-1501/2021
14.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver