Məhkəmə qərarları › İş №2(060)-1503/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1503/2021

16.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1503/2021 16.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC tərəfindən ona məxsus olan (abunə kodu **********00610) məxsus olan, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində olan fərdi evinə hesablanmış 191 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayır. Həmin evə işıq sayğacı quraşdırılmış və o, da sayğac göstəricisinə əsasən ödənişləri həyata keçirmişdir. 23.10.2020-ci il tarixdə cavabdeh təşkilatın bir qrup nümayəndəsi onların ünvanına gələrək sayğaca baxış keçirmiş və ona bildirmişlər ki, sayğac normal işləmədiyi üçün dəyişib onu yenisi ilə əvəz edəcəklər. Bundan sonra cavabdehin nümayəndələri sayğacı çıxararaq aparmış və yenisi ilə əvəz etmişlər. Həmin vaxt cavabdeh təşkilatın əməkdaşları ona 2 ay üçün 6 manatdan ödəniş ödəcəyini, qalan ayları isə sayğacın göstərişlərinə əsasən ödəyəcəyini ona bildirmişlər. Lakin o, ödəniş borcu barədə bildirişi aldıqda həmin həmin bildirişdə ona 191,76 manat məbləğində borcun yazıldığını görmüş və bunun səbəbi ilə maraqlandıqda ona bildirilmişdir ki, 23.09.2020-ci il tarixdə NDM N-019997 saylı akt tərtib edilmiş və həmin akta əsasən bu cərimə hesablanmış və əsas kimi sayğaca müdaxilə edilməsi göstərilmişdir. Sayğacda aşkar edilmiş qüsura görə hesablanan cərimədir. Bu borc əsassız olaraq hesablanmışdır. Belə ki, sayğac evin çöl hissəsində yerləşir və həmin sayğaca yoldan keçən şəxslər də toxuna bilər, həmin sayğacın yanında durmaq onu qorumaq onun cavabdeh “xxxx” ASC tərəfindən ona məxsus olan (abunə kodu **********00610) məxsus olan, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində olan fərdi evinə hesablanmış 191 manat borcun silinməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmədə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, 23.09.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus evinin elektrik hesabat sayğacının yanaraq istismara yararsız olması halı aşkar edilmiş və 23.09.2020-ci il tarixli, 019997 saylı akt tərtib edilərək 180,56 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 8.15-ci bəndinin tələblərinə uyğun olaraq abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 etdiyi nəzərə alınaraq, 180,56 manat məbləğində itirilmiş elektrik enerjisi dəyəri bərpa edilmişdir. İddiaçı isə ona məxsus mənzilə 191 manat hesablaşma aparıldığını iddia edərək, həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Qeyd olunanlar iddiaçının “EEİQ”nin tələblərinin açıq aşkar pozduğunu göstərdiyindən və onun məhkəməyə müraciət etməsinin məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyindən hüquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin iddiaçı qeyd olunan mənzil üzrə X1 etməklə “xxxx” ASC ilə faktiki olaraq elektrik enerjisinin alqısatqı münasibətində olmuşdur. Buna görə də iddiaçı elektrik enerjisindən EEİQ-nın tələbinə uyğun istifadə etməli idi. Göstərilənləri nəzərə alaraq, İddiaçı X1 qaydalarını pozduğuna görə akta əsasən hesablanmış 191 manat məbləğində borcun silinməsi tələbinin əsassız olduğu üçün iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abunə haqqında saldodan görünür ki, Cabbarov Güləhməd Hacı oğluna məxsus Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Gecəqondu, B:K000, M:357-yə 191,76 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan “xxxx” ASC-nin bildiriş-xəbərdarlığından görünür ki, Güləhməd Cabbarovun Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Gecəqondu, B:K000, M:357-də X1yə görə 191,76 manat borc hesablanmışdır. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti sayğac quraşdırma və uçota nəzarət idarəsinin məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında ******* saylı protokoldan görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Gecəqondu, B:K000, M:357-yə aid sayğac 01997 nömrəli akta əsasən elektrik sayğacı dəyişdirildi. Çıxan sayğac test olunub rəy verilməsi üçün xüsusi qutuda bükülərək ******* nömrəli möhürlə möhürlənərək laboratoriyaya təhvil verilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin əməkdaşları R.Osmanov və V.Abdullayev tərəfindən tərtib edilmiş 23 sentyabr 2020-ci il tarixli NDM seriyalı 019997 №li aktdan görünür ki, Cabbarov Güləhməd Hacı oğlunun yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Gecəqondu, B:K000, M:357-yə aid sayğaca baxış zamanı məlum olmuşdur ki, elektrik sayğacı işləmir. Sxemdən keçən elektrik yükünü qeyd etmir. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 69A/29, mənzil 54-də qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 8.4-cü bəndinə əsasən “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Mübahisələndirilən aktdan görünür ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən Qaydaların yuxarıda qeyd olunan tələbləri pozularaq abonentə məxsus elektrik hesabat sayğacının bütövlüyünün pozulması halı üçün abonentə əlavə sərfiyyat hesablanarkən Qaydaların qeyd olunan tələbləri nəzərə alınmamış, akt tərtib olunarkən iki nəfər hal şahidinin iştirakı təmin olunmamış və iddiaçı aktın doğruluğu barəsində məlumat verilməmişdir. İddiaçı iddia tələbində akta əsasən onun yaşadığı fərdi evə hesablanmış 191 manat borcun silinməsini xahiş etsə də, məhkəmə cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi etiraz ərizəsində iddiaçının yaşadığı fərdi evə akta əsasən 180,56 manat borc hesablandığı qeyd edildiyi üçün məhkəmə iddia tələbini həmin hissədə təmin edir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində olan (abunə kodu **********610) fərdi yaşayış evinə “xxxx” ASC tərəfindən əsassız olaraq hesablanmış 180 (bir yüz səksən) manat 56 (əlli altı) qəpik məbləğində borc əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində olan (abunə kodu **********610) fərdi yaşayış evinə “xxxx” ASC tərəfindən əsassız olaraq hesablanmış 180 (bir yüz səksən) manat 56 (əlli altı) qəpik məbləğində borc əsassız olduğu üçün silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar