Məhkəmə qərarları › İş №2(060)-1503/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1503/2023

20.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1503/2023 20.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X16 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və digər tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3276/2017 saylı, 07 mart 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq birgə nikahdan anadan olan övladları X9 və X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay, hər bir uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin, X6 müalicəsi ilə bağlı xərclədiyi 4000 manat pulun ½ hissəsinin, yəni 2000 manatın və X6 hər ay müalicəsi ilə bağlı əlavə olaraq hər ay 150 manat məbləğində pulun və ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, , iddiaçı cavabdeh ilə xx.xx.2005-ci ildə nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladları xx.xx.2005-ci il təvəllüdlü X14 və xx.xx.2008-ci il təvəllüdlü X11 dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-518/2018 saylı, 10 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında xx.xx.2005-ci il tarixdə, Bakı şəhəri Səadət Sarayında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar onun yanında saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3276/2017 saylı, 07 mart 2017-ci il tarixli qətnaməsinə əsasən uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 08 fevral 2017-ci il tarixdən başlayaraq cavabdehdən hər ay hər bur uşaq üçün 136,6 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Uşaqların hər ikisi iddiaçının himayəsindədirlər. Onların bütün maddi tələbatlarını iddiaçı ödəyir. Pandemiya dövründə iş yerləri bağ olduğu üçün iddiaçı heç bir yerdə işləyə bilməmiş, ancaq borc almaqla dolanışığını təmin etmişdir. Hazırda uşaqları ilə birlikdə kirayədə yaşayır. Ona görə də maddi vəziyəti pisdir. X3 5 ildir ki, Tip 1 şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Onun maddi tələbatı digər uşaqların maddi tələbatından daha çoxdur. Belə ki, o, mütəmadi dərman qəbul etməli, ona hər gün müəyyən edilmiş saatda insulin iynəsi vurulmalı, həkim nəzarətində olmalı, tibbi prosedurlardan vaxtı-vaxtında keçməlidir. İddiaçı oğlu X1 yaranmış xəstəliklərin müalicəsi üçün qısa müddətədə 4000 manatdan çox pul xərcləmişdir. Cavabdeh isə uşaqların müalicə xərclərinə görə ona heç bir köməklik göstərmir. Cavabdeh tərəfindən aliment vaxtında-vaxtında iddiaçıya ödənilmir. Halbuki, rəsmi iş yeri olmaqla 1000 manatdan çox qazanc əldə edir. Cavabdeh tərəfindən ödənilən aliment uşaqların maddi tələbatını ödəməyə kifayət etmir. Cavabdeh uşaqların saxlanılmasına, müalicəsində heç bir əlavə maddi köməklik göstərmir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixində iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh Türkiyə vətəndaşıdır və 1994-cü ildən bəri Azərbaycanda yaşayır. Cavabdeh “Makro-2000” şirkətlər qrupunda işləyir. Həmin şirkət Qarabağ zonasında tikinti işləri ilə məşğuldur. Kiçik övladları şəkərli diabet xəstəsidir. O, mütəmadi olaraq müalicə olunur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Kiçik oğlunun müalicəsi üçün 2500 manat müalicə xərci vermişdir. O, hal-hazırda heç bir yerdə işləmir. O, Türkiyə vətəndaşıdır. Azərbaycanda qalmaq üçün rəsmi icazəsi bitdiyi üçün onu heç bir yerdə işə götürmürlər. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1975-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1977-ci ildə anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-518/2018 saylı, 10 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında xx.xx.2005-ci il tarixdə, Bakı şəhəri Səadət Sarayında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar iddiaçının yanında saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3276/2017 saylı, 07 mart 2017-ci il tarixli qətnaməsinə əsasən uşaqların yetkinlik yaşınaa çatana kimi saxlanılması üçün 08 fevral 2017-ci il tarixdən başlayaraq cavabdehdən hər ay hər uşaq üçün 136,6 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İşdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X13 xx.xx.2008-ci ildə, X15 isə xx.xx.2005-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin təhlili və İnformasiya Təminatı Baş İdarəsinin Bakı şəhəri Yasamal rayon icra şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən Türkiyə Respublikasının vətəndaşı, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh (pasport№ U********) sonuncu dəfə etibarlılıq müddəti xx.xx.2023cü il tarixədək olan müvəqqəti yaşamaq üçün icazə verilmiş və ünvan 4 ünvanına qeydiyyata alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” Publik Hüquqi şəxsin xx.xx.2023cü il tarixli, 1577 saylı ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Tibb Universtiteti Tədris Terapevtik X2 adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən o, xx.xx.2018-ci il tarixdə “İnsulindən asılı şəkərli diabet ağırlaşmalarsız” diaqnozu ilə klinikaya daxil olmuş və vəziyyətinə uyğun olaraq ona müalicə, insulin rejimi və pəhriz təyin edilmişdir. X5 mütəxəssis müayinəsi zamanı hazırda onda OU-torlu qişada nöqtəvari qansızmalarm olduğu müəyyən edilmişdir. Qeyd olunan dəyişikliklər şəkərli diabet xəstəliyi ilə əlaqədardır və xəstə daima endokrinoloqun nəzarətində olmalıdır. İddiaçı tərəfindən iş materiallarına Azərbaycan Tibb Universiteti X4 epikrizi, müayinə protokolları, tibbi müayinəyə dair ödəniş qəbzləri əlavə olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. İddiaçı bir uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat aliment tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınmaqla uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3276/2017 saylı, 07 mart 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 190 manat olmaqla, ümumilikdə 380 manat sabit pul məbləğində müəyyən olunmasını məqsədə uyğun hesab edir. Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər (81.1.). Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur (81.2.). Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (81.3.). İddiaçı iddia ərizəsində cavabdehdən X6 müalicəsi ilə bağlı xərclədiyi 4000 manat pulun ½ hissəsinin, yəni 2000 manatın və uşağın hər ay müalicəsi ilə bağlı əlavə olaraq hər ay 150 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Bunun üçün iddiaçı öncə uşağın müalicəsi üçün həqiqətən 4000 manat məbləğində pul xərclədiyini sübut etməlidir. Həmin tələbin sübutu kimi iddia ərizəsinə müxtəlif tibb mərkəzlərinə ödənişlərin edilməsi barədə qəbzlər əlavə edilmişdir ki, həmin qəbzlər üzrə ümumi ödəniş məbləği 389 manat təşkil edir. Məhkəmə hesab edir ki, həmin məbləğin yarısı, yəni 194,5 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda tərəflərin birgə nikahlarından olan X7 daimi həkim müşahidəsi və müalicəsi tələb dən xəstəliyin olması iş üzrə ekspert rəyi ilə müəyyən edilir. Bu səbəbdən məhkəmə uşağın xəstəliyi ilə əlaqədar cavabdehdən hər ay 100 manat əlavə xərcin iddiaçının xeyrinə tutulmasını məqsədəuyğun hesab edir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3276/2017 saylı, 07 mart 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay, hər uşaq üçün 190 (yüz doxsan) manat olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat məbləğində müəyyən edilsin. Alimentin Cavabdeh İddiaçı xeyrinə artırılmış formada tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. İddiaçı X6 müalicəsi üçün çəkdiyi xərcin yarısı, yəni 194 (yüz doxsan dörd) manat 50 (əlli) qəpik məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. X6 müalicəsi üçün hər ay 100 (yüz) manat müalicə xərci Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar