Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1551/2023 16.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştiraklar ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1-ə xidmətlərdən istifadəyə görə əsassız olaraq hesablanmış 837,06 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehin nümayəndələri tərəfindən ona məxsus olan fərdi yaşayış evinə xidmətlərdə istifadəyə görə xx.xx.2023-cü il tarixə 837,06 manat borcun olması bildirilmişdir. Qeyd oluna ünvanda xidmətlərə görə xx.xx.2002-ci il tarixdə kod açılmış və 3 nəfər ailə tərkibinə uyğu olaraq normativ qaydada hesabat aparılmışdır. Ona məxsus ünvanda sayğac quraşdırılmamış və əsassız olaraq 3 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparılmışdır. Aparılmış hesabat nəticəsində əsassız olaraq borc hesablanmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısını Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 115 saylı, xx.xx.2023-cü il tarixli arayışda da ünvanda onun tək yaşamağı öz təsdiqini tapmışdır. O, hesablanmış borc məbləği ilə razı deyil. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, sözügedən ünvanda sayğac quraşdırılmayıb. O, 5 ildir ki, orada tək yaşayır, lakin borc 3 nəfər nəzərə alınmaqla hesablanılıb. Onun bir oğlu və gəlini var, onlar da onunla yaşamırlar və bəzən onu ziyarət etməyə gəlirlər. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, iddia tələbini qəbul etmir. 2013-cü ildən 2017-ci ilin yanvar ayına kimi iddiaçıya məcburi köçkün borcu hesablanılıb. Həmin vaxtdan sonra hazırkı dövrədək isə 3 nəfərlik ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılıb. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1955-ci ildə, Xanlar rayonu, Səfərəliyev kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısını Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 115 saylı, xx.xx.2023-cü il tarixli arayışa əsasən iddiaçı ünvan 1 ünvanında yaşayır. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X2i xx.xx.2007-ci ildə ölmüşdür. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İşdə olan abonent kartında iddiaçının su və kanalizasiya xidmətlərinə görə yaranmış borcları öz əksini tapmışdır. Abonent kartında iddiaçının 2022-ci il də daxil olmaqla su və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcu öz əksini tapmışdır. Abonent kartında tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətinin həyata keçirilməsi üçün xx.xx.2002-ci il tarixli, 30413026 saylı müqavilə bağlandığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ətraflı arayışa əsasən ünvan 1-də (abonent kodu: **********050) xx.xx.2002-ci il tarixdə abonent iddiaçının adına kod açılaraq 3 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. Qeyd olunan ünvanda 3 nəfər məcburi köçkün kimi güzəştlərdən istifadə etmişdir. Hal-hazırda ünvanda xidmətlərdən istifadə nəticəsində xx.xx.2023-cü il tarixə 837,06 manat borc yaranmışdır. Arayışa abonentin illər üzrə hesabat və ödənişini əks etdirən cədvəl əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir (1.2.1). Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək İstehlakçıların vəzifələrindən biridir (4.1.3.). Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir (7.1.). Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli, 5 nömrəli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr suyun qiyməti 0,70 qəpik, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,30 qəpik müəyyən edilmişdir. “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İddiaçı ona cavabdeh tərəfindən əsassız olaraq 837,06 manat borc hesablandığını bildirir və həmin borcun silinməsini xahiş edir. İşdən göründüyü kimi iddiaçının yaşadığı mənzildə su sayğacı quraşdırılmamışdır. İddiaçının istifadə etdiyi suyun qiyməti normativ qaydada, 3 nəfərlik ailə tərkibinə əsasən aparılmışdır. İddiaçı həmin mənzildə tək yaşadığını bildirsə də, bu barədə cvaabdehə məlumat verdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının həmin dəlilini əsassız sayır. Mülki Məcəllədə göstərilmişdir ki, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər (550). Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir (551.2.1.). İşdən göründüyü kimi iddiaçının silinməsini xahiş etdiyi borcun 214,30 manatı 5 il əvvəlki dövrdə yaranmış borcdur. Məhkəmə hesab edir ki, həmin borcla bağlı qanunvericiliklə müəyyən edilmiş tələbetmə müddəti keçdiyi üçün iddia tələbi həmin borcun silinməsi hissəsində təmin edilməlidir. Yerdə qalan məbləğ isə iddiaçının son beş il ərzində yaranmış borcu olduğu üçün iddia həmin borcun silinməsi hissəsində təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına hesablanmış 214 (iki yüz on dörd) manat 30 (otuz) qəpik məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1551/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1551/2023
16.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver