Məhkəmə qərarları › İş №2(060)-1558/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1558/2023

10.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1558/2023 10.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «akta əsasən hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «akta əsasən hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən köhnə G-4 markalı sayğac yeni sayğacla əvəz olunmuşdur. Əvvəlki məişət qaz sayğacı dövlət yoxlanılmasına göndərilmişdir. ünvan 2qayıt QİS-nin rəis müavini Fərhad Vəzirovun xəbərdarlıq bildirişində qeyd olunmuşdur ki, ünvan 2qayıt QİS-i bildirmişdir ki, ünvanda olan G-4 markalı 1002AQ**********8 nömrəli məişət qaz sayğacı Dövlət yoxlanmasına göndərilmiş və Metrologiya Departmentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın qayka plombu üçün nəzərdə tutulmuş qulaqcı qırıqdır, hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyünün rəngindən fərqlidir və xx.xx.2012-ci il tarixində Alarm-1 rejimi aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Nəticə etibarı ilə ondan dəymiş zərərə görə 1036.80 manat və sayğacın dəyərinə görə 185.73 manat borc tələb olunur. Həmin borcun silinməsi ilə bağlı mediasiya şurasına müraciət etsə də cavabeh ilkin mediasiya prosesində iştirak etmədiyinə görə mediasiya prosesi baş tutmamışdır. Hazırda cavabdeh tərəfindən akt əsasında hesablanmış borc ilə razı olmadığına görə həmin borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd edilənlərə əsasən məhkəmədən cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən ona məxsus **********13080 saylı abonent koduna qaz sayğacına görə tərtib olunmuş ******* № li, xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş akt əsasında hesablanmış dəymiş zərərə görə 1036.80 manat məbləğində borcun və sayğacın dəyərinə görə hesablanmış olan 185.73 manat borcun silinməsi və mediasiya üçün ödənilmiş 50 manat rüünvan 2un cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, 2022-ci il tarixdə 162 manat sərfiyyat olmuşdur. Həmin ilin iyun ayının 18-i sayğac dəyişilmişdir. Həmin ilin dekabr ayının 18-i məlumatı olmuşdur. İndiki sayğacı daha az yazır. 6 ay yarıma onun sayğac sərfiyyatı 55 manat olmuş, 5 ay yarıma köhnə sayğacı 106 manat yazmışdır. Keçən il 361 manat cəmi sərfiyyat olmuşdur. Təzə sayğacda isə 80 manat işlətmişdir. Onun sayğacı evin 70-80 metr arxasındadır. Bu yazılmış və diskdə də vardır. Sayğac hasardan kənarda yerləşir. Dəyişiləndə yanlarında olmuş, heç bir problem olmamışdır. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X2 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. xx.xx.2022-ci il tarixli akt əsasında 8640 kub metr itirilmiş qazı əsaslı hesab edirlər. İtirilmiş qazın bərpasına görə hesablama aparılmış, 1036.80 manat cərimə, həmçinin 185.73 manat sayğacın dəyərinə görə borc hesablanmışdır. Ona görə də iddia tələbini əsassız hesab edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın klapanın işlək olamaması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyünün rəngindən fərqli olmuş, sayğacın yaddaş arxivi oxunmuş, sayğacda istismar müddətində xx.xx.2012-ci il tarixdə ALARM-1 rejimi aşkar olunmuş, xətalar təyin edilə bilməmiş, sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qutusunda yoxlamaq mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, iddiaçının ünvanına ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 8640 kubmetr qaz itkisi hesablanmışdır. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi xx.xx.2020-ci il tarixli, MSK-29/1710-03044-1 saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın klapanın işlək olamaması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olmuş, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyünün rəngindən fərqli olmuş, sayğacın yaddaş arxivi oxunmuş, sayğacda istismar müddətində xx.xx.2012-ci il tarixdə ALARM-1 rejimi aşkar olunmuş, xətalar təyin edilə bilməmiş, sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qutusunda yoxlamaq mümkün olmamış, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilmiş, kənar təsir izləri aşkar edilməmiş, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. İş materiallarında olan «Azəriqaz» İB-nin ünvan 2qayıt QİS tərəfindən iddiaçıya ünvanlanmış məktubundan görünür ki, abonentə ünvan 2qayıt QİS-i bildirmişdir ki, ünvanda olan G-4 markalı 1002AQ**********8 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıq olduğundan sayğac istismara yarasız kimi qiymətləndirilmiş, müdaxilə edilmiş sayğacın dəyəri 185.73 manat ABB ünvan 2qayıt filialı AZ751BAZ**********270880213 nömrəli hesaba ödənilməli olduğu və ödəniş qəbzinin surətinin isə ünvan 2qayıt QİS-nə təqdim edilməli olduğu bildirilmişdir. Əks təqdirdə ünvan 2qayıt QİS-si tərəfindən X4 müraciət olunması qeyd olunmuşdur. İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli MŞS/MT030/2023-00002 №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, «Azəriqaz» İstehsalat Birliyi ilkin mediasiyada iştirak etməmişdir, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, ******* saylı, xx.xx.2022-ci il tarixli akt iddiaçıya məxsus mənzilə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğacın klapanının işlək olamaması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyünün rəngindən fərqli olması, sayğacda istismar müddətində xx.xx.2012-ci il tarixdə ALARM-1 rejimi aşkar olunması, xətaların təyin edilə bilməməsi, sayğacın membranının fasilələr ilə işləməsi aşkar olunduğundan tərtib edilmişdir. Ona görə cavabdeh təşkilat tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1036.80 manat cərimə qismində hesablanmış borc tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hesab edir ki, quraşdırılmış sayğacın klapanının işlək olamaması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyünün rəngindən fərqli olması, sayğacda istismar müddətində xx.xx.2012-ci il tarixdə ALARM-1 rejimi aşkar olunması, xətaların təyin edilə bilməməsi, sayğacın membranının fasilələr ilə işləməsi üçün tərtib edilmiş akt əsassızdır. Belə ki, akt tərtib edilməklə sayğacda qeyd olunanlarla bağlı cavabdehliyi iddiaçı daşımadığı, həmçinin iddiaçının qanunsuz hərəkəti nəticəsində olduğu müəyyən edilməmiş və həmin hal məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən sübut olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən 1036.80 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 1036.80 manat borc və sayğacın dəyərinə görə hesablanmış 185.73 manat borc abonentin hesabından (abonent kodu **********13080) silinməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüünvan 2u, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehdən dövlət rüünvan 2unun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüünvan 2u alınmalıdır. Belə ki, «Dövlət rüünvan 2u haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüünvan 2u ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüünvan 2unu ödəməkdən azad edilmişsə, dövlət rüünvan 2u iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən ünvan 2qayıt şəhəri, Yaşıldərə massivi, 2-ci məhəllə, ev 308 ərazisində yerləşən fərdi yaşayış evinə “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat borc və sayğacın dəyərinə görə hesablanmış 185.73 (yüz səksən beş manat yetmiş üç qəpik) manat borc abonentin hesabından (abonent kodu **********13080) silinsin. Mediasiya orqanına müraciət etmək üçün ödənilmiş 50 manat rüünvan 2 cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən tutularaq İddiaçı verilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüünvan 2u alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ünvan 2qayıt Şəhər Məhkəməsi vasitəsi ilə ünvan 2qayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361- 363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar