Məhkəmə qərarları › İş №2(060)-156/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-156/2023

27.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-156/2023 27.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il təvəllüdlü X4nın fəaliyyət qabiliyyəti olmayan elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, anası xx.xx.1959-cu il təvəllüdlü X7 1994-cü ildən ruhi xəstə olmaqla Sumqayıt Ruhi Əsəb Xəstəlikləri Dispanserində və AR Təbib «Sumqayıt Tibb Mərkəzi» PHŞ-nin 2 nömrəli Xəstəxanasının Poliklinika şöbəsində «şizovreniya paranoid forma orta-tərəqqi gedişli» diaqnozu ilə qeydiyyatdadır. Anası özünü müstəqil idarə edə bilmir, kənar şəxslərin köməyinə ehtiyacı vardır, öz hərəkətlərinə görə cavabdehlik daşımaq və onun məsuliyyətini dərk etmək iqtidarında deyildir. Anasının qəyyuma ehtiyacı vardır. O, bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmiş və ona bildirilmişdir ki, o məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab edildikdən sonra ona qəyyum təyin oluna bilər. Ərizəçi qeyd etdiklərinə əsasən, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə dair izahat verərək ərizəsini müdafiə etdiyini bildirdi və əlavə olaraq bildirdi ki, anası 1994-cü ildən psixi xəstəlikdən əziyyət çəkir. Atası bu il 19 avqustda vəfat etmişdir. Atasının ölüm məsələsini rəsmiləşdirmək üçün Bələdiyyəyə yaxınlaşmış və mülklə bağlı problem yarandığını öyrənmişdir. Belə ki, anasının vəziyyətindən istifadə edərək, ailə üzvləri ona bütün sənədləri imzalatmış, nəticədə anası bütün mülkündən məhrum olmuşdur. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən ərizəçi tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (SS814991846AZ saylı poçt göndərişinin təqdim olunması barədə xəbərnaməyə əsasən) məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin lüzumsuz uzanmasının qarşısının alınması, ərizəçinin hüquqlarının vaxtında təmin edilməsinin yubanmaması məqsədilə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Hazırda X1 buna yol vermədiyindən, o, məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan AZ Vİİ JQ 443379 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. X4, atası X8r. İşdə olan Azərbaycan Respublikası TƏBİB “Sumqayıt Tİbb Mərkəzi” PHŞ üzrə 2 nömrəli X3 270 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X7 xx.xx.1994-cü ildən şizofreniya paranoid forma orta tərəqqi gedişli diaqnozu ilə 2 nömrəli xəstəxananın PŞ-nin psixiatrik kabinetində qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli, 4715 saylı rəyinə əsasən, X6 ŞİZOFRENİYA PARANOİD FORMA (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar- 1994-cü ildən psixi xəstəlikdən əziyyət çəkməsi, “Sumqayıt Tibb Mərkəzi” PHŞ üzrə 2 nömrəli xəstəxananın poliklinika şöbəsində “Şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyatda olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər- ünsiyyətə formal daxil olması, eşitmə hallüsinasiyaları barədə məlumat verməsi, təfəkkürünün paroloqik olması, autikliyi, sayıqlama fikirləri aşkar etməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual üzrə: xx.xx.1959-cu il təvəllüdlü X6 şizofreniya paranoid forma xroniki psixi xəstəliyi aşkar olunur. X7 onda qeyd olunan psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu darə etmək iqtidarına malik deyil. 2-ci sual üzrə: xx.xx.1959-cu il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X7 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Qeyd edilən hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli, 4715 saylı rəyi ilə və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1959-cu il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar