Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1574/2023 13.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz”İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacına dair tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 16 dekabr 2019cu il tarixli,0224299 nömrəli akt əsasında hesablanmış 216 manat və sayğacın dəyərinə görə tələb edilən 64 manat 67 qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Fətəlixan küçəsi, ev 15, 30 nömrəli mənzil faktiki olaraq iddiaçının istifadə və sahibliyindədir. İddiaçı həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır.Qeyd edir ki, iddiaçı həmin ünvanda yaşadığı və təbii qazdan istifadə etdiyi müddətdə ödənişlərini vaxtlı vaxtında etmişdir. Birliyin əməkdaşları tərəfindən iddiaçının sahibliyində və istifadəsində olan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi Fətəlixan küçəsi ev 15, 30 nömrəli mənzildə G-4 markalı, ******* nömrəli məişət qaz sayğacının çıxarılması,quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib olunmuşdur. Ünvandan çıxarılmış G-4 markalı ,4234347 nömrəli məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və 09 dekabr 2019 -cu il tarixdə həmin sayğaca Metrologiya Departamenti, Sayğacların müayinəsi laboratoriyasında baxış keçirilərkən sayğacın plastmas ekranında kənar təsir izinin olduğu müəyyən edilmiş,plastmas qapaq açılarkən plastmas şüşəni ekrana bərkidən dörd qulaqcıqdan ikisinin sınıq olduğu aşkar edilmiş, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda işləməsi aşkar edilmiş və kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilərkən heç bir kənar təsir izinin aşkar olunmadığı qeyd edilmişdir. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmişdir. Qüsura görə “qaz itkisi müdaxilə”qeyd edilmişdir. Ona görə də təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 dekabr 2019-cu il il tarixli,0224299 nömrəli akt və 17 dekabr 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”tərtib edilərək 2160 kubmetr itirilmiş qazın dəyəri hesablanaraq tərəfimdən guya Birliyə 216 manat ziyan vrulması qeyd edilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, 216 manat borc hesablanmışdır. İddiaçının ünvanına quraşdırılmış məişət qaz sayğacının dövlət yoxlamasına göndərilməsi və alınmış rəy gözləniləndir. Çünki rəy verən şəxslər iş üzrə maraqlı olan şəxslərdir. Qeyd olunan rəy istehlakçı olaraq iddiaçının əsassız olaraq yüklənməyi üçün nəzərdə tutulmuşdur.Belə ki, həmin rəyin əsasında sayğaca guya müdaxilə aşkar olunduğu müəyyən olunduğundan əsassız olaraq hesablanmış 216 manat borc cavabdeh tərəfindən iddiaçıdan tələb olunur. İddiaçı sayğac üzrə ödənişləri vaxtivaxtında ödəmişdir. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. Hesab edir ki, akt etibarsız hesab olunmalı, sayğacın dəyəri və cərimə kimi iddiaçıdan tələb olunan borc silinməlidir. Bundan başqa, iddiaçıya ünvanlanmış Sumqayıt QİS-nin xx.xx.2022-ci il tarixli 01/02.FV-11-729 saylı məktubunda onun yaşadığı ünvanda olan G-4 markalı,4234347 nömrəli məişət qaz sayğacının istismara yararsız olması ilə əlaqədar 64,67 manat (altmış dört manat 67 qəpik) sayğacın dəyərinin ABB Sumqayıt filialı AZ751BAZ ******************** nömrəli hesaba ödənilməsi iddiaçıdan tələb edilmişdir. iddiaçının yaşadığı evin qaz sayğacı evdən kənarda quraşdırılmışdır. Belə olan halda sayğaca olunan hər hansı bir müdaxiləyə və sayğacın və sayğacın qorunub saxlanılmasına görə iddiaçı məsuliyyət daşımır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, ünvan 3 ünvanında yerləşən 30 saylı mənzildən 2019-cu ildə köçmüşdür və o vaxtdan həmin mənzildə yaşamır. Bu illər ərzində sayğacın işləməməsi şübhə yaratdığından sayğacı baxış keçirilməsi üçün laboratoriyaya göndərmişlər. Bununla bağlı Sumqayıt Qaz İstismar Sahəsinə müraciət edəndə iddiaçıya bildirilmişdir ki, sayğaca müdaxilə olunmamışdır, sadəcə 1 il ərzində sərfiyyatın az olması, 5-6 manat yazması şübhə doğurmuşdur. Qeyd edir ki, sərfiyyatın az olmasının səbəbi mənzildə yaşayışın olmaması olmuşdur. Qaz sayğacı blokda yerləşir, bundan əlavə, mənzildə sadəcə 4 gözlü qaz plitəsi, titan olunmuşdur, kombi olmamışdır. 2021-ci ildə isə həmin mənzili kirayəyə vermişdir, borcun yazıldığını da kirayəçi iddiaçıya söyləmişdir. Sayğaca tərəfindən müdaxilə olunmamışdır və odur ki, əsassız hesablandığından borcun silinməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi. Bildirdi ki, xx.xx.2019-cu il tarixdə tərtib olunmuş akt əsasında müəyyən olunmuş 2160 m3 həcmdə itirilmiş qazın dəyəri olaraq 216 manat borcu əsaslı hesab edirlər. Belə ki, sayğaca ümumi baxış keçirilən zaman sayğacın plastmas qapağının alt tərəfində kənar iz aşkar olunmuş, plastmas qapaq açılmış, plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan ikisinin sınıq olduğu aşkar edilmiş və xətaların normadan artıq olduğu müəyyən olunmuşdur. İddiaçı ünvan 3 ünvanında yerləşən 30 saylı mənzildə yaşayışın olmadığını bildirdi, lakin abonent saldosuna baxdıqda iddiaçının 2019-cu ilin sentyabr, oktyabr, noyabr və dekabr aylarında müvafiq olaraq 5 manat, 3 manat, 8 manat və 5 manat məbləğində ödəniş etdiyini, 8 ay ərzində isə heç bir ödəniş olmadığı görünür. Bu səbəbdən “Azəriqaz” İB-nin Sumqayıt Qaz istismar sahəsi tərəfindən akt tərtib olunmuşdur və akt əsasında hesablanmış dəymiş ziyan iddiaçıdan tələb olunur. İddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki iş materiallarında olan: - “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, xx.xx.2019-cu ildə Dövlət yoxlamasına gətirilmiş G-4 markalı (№4234347) sayğaca baxış keçirilmiş, sayğacın plastmas qapağının alt tərəfində kənar təsir izi olduğu, plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan ikisinin sınıq olduğu aşkar olunmuşdur. - “Azəriqaz” İB Sumqayıt QİS-nin rəisi tərəfindən xx.xx.2019-cu ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın həcmi 2160 m3 müəyyən olunmuşdur. - “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Smart G-4 markalı, ******* №li sayğac İtron tipli G-4 markalı **********2 №li sayğacla əvəz edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sayğacın plastmas qapağının alt tərəfində kənar təsir izi olduğu, plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan ikisinin sınıq olduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Bu əsasla ******* saylı xx.xx.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akt əsasında 216 manat cərimə hesablanmışdır. Həmçinin sayğacın dəyəri kimi 64,67 manat hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məişət qaz qurğusu ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, sənaye qaz qurğusu isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçıya aid edilmiş vəzifədir. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X3 Reyestrinə daxil edilməsidir. X2 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, X3 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 mart 2011-ci il tarixli 11 saylı qərarı X3 Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı iddiaçı üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Ona görə də məhkəmə, sayğacın plastmas qapağının alt tərəfində kənar təsir izi olduğu, plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan ikisinin sınıq olduğuna görə hesablanmış vəsaitin iddiaçıdan tutulmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 1000 manatadək olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanına (abonent kodu: **********00300) tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* №-li akt əsasında hesablanmış 216 manat məbləğində borc və sayğacın dəyərinə görə hesablanmış 64,67 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “Azəriqaz” İB tərəfindən ünvan 4 ünvanına (abonent kodu: **********00300) tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* №-li akt əsasında hesablanmış 216 manat məbləğində borc və sayğacın dəyərinə görə hesablanmış 64,67 manat borc silinsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumunun əvəzi cavabdeh “Azəriqaz” İBdən tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-1574/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1574/2023
13.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver