Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1575/2023 02.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı miras əmlakın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması tələbinə dair mülki işə, Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək X2nın iddiaçıya vəsiyyət etdiyi Sumqayıt şəhəri, 1-ci mikrorayon, 4a/30 saylı evin iki otaqlı 53-cü mənzilindən ibarət miras əmlakı qəbul etmək üçün müəyyən edilmiş müddətin uzadılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 1-ci m/r-n, 4a/30 saylı evin 53-cü mənzilində yaşayan X2 02 oktyabr 2005-cü il tarixdə ölmüşdür. İddiaçı və qardaşları Nümayəndə və X9 analarının qanuni vərəsələridir. Miras əmlak - anasının xüsusi mülkiyyətində olmuş Sumqayıt şəhəri, 1-ci mikrorayon, 4a/30 saylı evdə yerləşən iki otaqlı 53-cü mənzildən ibarətdir. Anasının ölümündən əvvəl - 2003-cü ildə iddiaçı daimi yaşamaq üçün Norveç dövlətinə getmişdir və anasının dəfn mərasimində iştirak edə bilməmişdir. X2 xüsusi mülkiyyətində olmuş yuxarıda göstərilmiş mənzili Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontorunda 22 may 2004-cü il tarixli Vəsiyyətnamə ilə iddiaçıya vəsiyyət etmişdir. Lakin, xarici ölkədə yaşadığına görə Azərbaycana gələ bilməmiş və anasından qalmış miras əmlakı qəbul edə bilməmişdir. Miras əmlakın qəbul edilməsi ilə əlaqədar Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə müraciət etmiş, lakin miras əmlakın qəbulu üçün qanunda nəzərdə tutulmuş müddəti buraxdığıma görə iddiaçıya imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə etmişlər. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və işin mahiyyəti üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iş üzrə cavabdeh Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - AZ-İ № 170205 ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2005-ci il tarixdə kəskin miokard infarktı səbəbindən ölmüşdür. - AZ-T № 229622 doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı atası X6, X2dır. - ünvan 1 ünvanlanmış məktubdan görünür ki, İddiaçı mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. - xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mkrda yerləşən 2 otaqlı, yaşayış sahəsi 28.86 kv.m, köməkçi sahəsi 11.76 kv.m-dən ibarət olan 53 №-li mənzilin, 4a/30 saylı yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında X4 adına qeydiyyata alınmışdır. - xx.xx.2004-cü il tarixli vəsiyyətnamədən görünür ki, X7 ölən günə kimi ona məxsus olan Sumqayıt şəhəri, 1-8ci mkr., ev № 4a/30, 53 №li mənzili İddiaçı vəsüiyyət etmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, 1-ci m/r-n, 4a/30 saylı evin 53-cü mənzilində yaşayan X2 02 oktyabr 2005-cü il tarixdə ölmüşdür. İddiaçı və qardaşları Nümayəndə və X9 analarının qanuni vərəsələridir. Miras əmlak - anasının xüsusi mülkiyyətində olmuş Sumqayıt şəhəri, 1-ci mikrorayon, 4a/30 saylı evdə yerləşən iki otaqlı 53-cü mənzildən ibarətdir. Anasının ölümündən əvvəl - 2003cü ildə iddiaçı daimi yaşamaq üçün Norveç dövlətinə getmişdir və anasının dəfn mərasimində iştirak edə bilməmişdir. X2 xüsusi mülkiyyətində olmuş yuxarıda göstərilmiş mənzili Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontorunda 22 may 2004-cü il tarixli Vəsiyyətnamə ilə iddiaçıya vəsiyyət etmişdir. Lakin, xarici ölkədə yaşadığına görə Azərbaycana gələ bilməmiş və anasından qalmış miras əmlakı qəbul edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. İddiaçı X4 vəsiyyətnamə üzrə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə İddiaçı X1 vəsiyyətnamə üzrə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ölən X2ndan miras qalmış mirasın qəbul edilməsi üçün qanunla buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2005-ci il tarixdə ölən X2 tərəfindən vəsiyyət edilmiş miras qalan əmlakın qəbul edilməsi üçün qanunla buraxılmış müddətin ötürülməsi üzrlü hesab edilərək bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-1575/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1575/2023
02.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver