Məhkəmə qərarları › İş №2(060)-1582/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1582/2022

14.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1582/2022 14.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Ərizəçilərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişlər. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən hesab edir ki, həmin ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşdən görünür ki, ərizəçilər hər biri ayrı-ayrılıqda müvafiq dövlət rüsumu ödəməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ərizə ilə məhkəməyə müraciət etməli olduqları halda, ilk öncə “doğum faktının, itirilmiş vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının və qohumluq əlaqələri il bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi ilə müraciət etmiş, sonra isə ərizələrinə dəqiqləşmə verərək məhkəmədən Ərizəçi1 05.05.1947-ci ildə Cəbrayıl rayonunda və Ərizəçi2 01.04.1950-ci ildə Cəbrayıl rayonunda doğumlarının qeyd edilməsi faktını müəyyən etməklə onların doğum qeydlərinin bərpası və hər birinə ayrı ayrılıqda yeni doğum haqqında şəhadətnamənin verilməsi, doğum şəhadətnamələrində «ata» qrafasında ata barədə qeydin «X2», «ana» qrafasında ana barədə qeydin isə «X1» kimi qeyd olunması barədə qətnamə qət edilməsini xahiş etmişlər. Göründüyü kimi ərizəçilər bununla da Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbini pozmuşlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar