Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-160/2023 06.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil1, cavabdehin nümayəndəsi, Vəkil2 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinə və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 51-ci məhəllə, ev 99-a dair Cavabdeh2 adına cavabdeh Sumqayıt şəhəri 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-268 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixinə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən tərəflərin nümayəndələri tərəflər arasında bağlanmış barışıq sazişini məhkəməyə təqdim etdilər və barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdilər. xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən tərəflər qarşılıqlı olaraq qəbul edirlər və razılaşırlar ki, iddiaçı işin uzanmaması, aralarındakı razılığa əsasən evin satılaraq paylara bölünməsini sürətləndirmək məqsədi ilə "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi"nə dair iddiasından imtina edir, cavabdeh mərhum X2 faktiki nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2014cü il təvəllüdlü Cavabdeh2 Ramil qızını yəni, nəvələrini vərəsə kimi tanıyır və qısa müddətdə evi sataraq paylara mütənasib bölünməsini təmin edir, evin satışını şəffaf şəkildə həyata keçirtmək məqsədi ilə hər iki tərəf iştirak edir. Evin satışından əldə edilmiş məbləğ notariat orqanında tərəflər arasında paylara mütənasib bölünür (1/2 hissədə). Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (191.1.). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir (191.2.). Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir (191.4.). Məhkəmə hesab edir ki, tərəflər arasındakı barışıq sazişi qanuna müvafiqdir və üçüncü şəxslərin hüquqlarını pozmur. Bu səbəbdən barışıq sazişi təsdiqlənməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 263-264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. Sumqayıt şəhəri, 51-ci məhəllədə yerləşən 99 saylı fərdi yaşayış evi İddiaçı və Cavabdeh2 birgə iştirakı ilə satılsın və satışdan əldə edilmiş vəsaitin ½ hissəsi İddiaçı, ½ hissəsi isə Cavabdeh2 verilsin. İddiaçı cavabdehlər Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı Sumqayıt şəhəri, 51-ci məhəllə, ev 99-a dair Cavabdeh2 adına cavabdeh Sumqayıt şəhəri 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-268 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hakim Emin Abdullayev