Məhkəmə qərarları › İş №2(060)-1609/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1609/2024

11.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1609/2024 11.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qarşı «hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər, Corat Bağları massivi ərazisində yerləşən 2326 saylı, 0.12 ha bağ torpaq sahəsininin “Bağ sahəsinin və tikintintilərin uzun müddətli icarəyə verilməsi üçün” 9551 saylı müqaviləsində atasının adının Məcməddin olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, 03 iyun 2003-cü ildə “Bağ sahəsinin və tikintintilərin uzun müddətli icarəyə verilməsi üçün” 9551 saylı müqavilə ilə Sumqayıt şəhər, Corat Bağları massivi ərazisində yerləşən 2326 saylı, 0.12 ha bağ torpaq sahəsini Sumqayıt şəhər İcra Hakimiyyətinin Təsərrüfatı İstehsalat Birliyindən icarəyə götürmüşəm. Lakin həmin vaxt müqavilədə atasının adının səhvən “Nəyməddin” kimi qeyd olunmasını bilməmişdir. Atasının adının Məcməddin olmasına baxmayaraq Bağ sahəsinin və tikintintilərin uzun müddətli icarəyə verilməsi üçün 9551-№-li müqavilədə səhlənkarlıq edilərək müqavilədə atasının adını “Nəyməddin ” kimi göstərilmiş və bunun nəticəsində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri ” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi mülkiyyət hüququnun qeydiyyata alınması ərizəsinin icrasından imtina etmişdir. O, Ərizəçi xx.xx.1985 - ci ildə Ermənistan Respubilkasının Anıasiya rayonunda anadan olmuşdur. Bu hal ona verilmiş doğum haqqında şəhadətnamədə də açıq- aşkar görünür. Eyni zamanda Sumqayıt RPİ- tərəfındən verilmiş Şəxsiyyət Vəsiqəsində də atasının adı düzgün olaraq Məcməddin kimi göstərilmişdi. X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin təşkilati hüquqi forması dəyişərək Azərbaycan Respubilkası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi olduğundan onlar tərəfindən xüsusi mülküyyət hüququnu təsdiqləyən Qeydiyyat Vəsiqəsinin forması dəyişərək Reyestr Çıxarışı olmuşdu. Lakin heç bir zaman, atasının adının yanlış göstərilməsinin (texniki səhv olaraq), onların mülküyyət hüquqlarına hər-hansı bir maneçilik yaradacağını hiss etməmişlər. Amma tərəflərindən həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata aldırmaq istədikdə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən bildirdilər ki, onun şəxsiyyət vəsiqəsi ilə qeydiyyat Vəsiqəsinindəki ata adında fərq var, odur ki o, bu hüququ həyata keçirə bilmirlər. Onda belə çıxır ki, gələcəkdə o, Sumqayıt şəhər İcra Hakimiyyətinin X2 səhlənkarlığının qurbanı olaraq torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata aldırmaq hüququmdan mərhum olunur. Bu da Mülküyyətçi olaraq onun hüquqlarına toxunmaqla yanaşı, əksər hüquqlarındanda mərum edir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X4 bildirdi ki, ərizəçi onun oğludur. Sözügedən torpaq sahəsi hazırda oğlunun istifadəsindədir. İcarə müqaviləsində adı səhv qeyd olunduğu üçün ərizəçi həmin torpaq sahəsinə dair lazımi sənədləri əldə edə bilmir. Onun adı Nəyməddin yox Məcməddindir. Məhkəmə ərizəni nəzərdə keçirdib, şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan “Bağ sahəsinin və Tikintilərin uzun müddətli icarəyə verilməsi üçün 9551 nömrəli, 03 iyun 2003-cü il tarixli müqavilədən görünür ki, Sumqayıt şəhəri, Corat bölgəsində yerləşən 2326 nömrəli, 0,12 ha bağ sahəsi Ərizəçi Nəyməddin oğlunun uzun müddətli icarəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin R.M.Bayarmova ünvanladığı 21 dekabr 2023-cü il tarixli məktubun surətindən görünür ki, tərəflərindən aparılan araşdırma nəticəsində təqdim edilmiş sənədlərdə göstərilənlərin ziddiyyət təşkil etdiyi müəyyənləəşdirilmişdir. Belə ki, təqdim edilmiş xx.xx.2003-cü il tarixli 9551 saylı “Bağ sahəsinin və tikintililərin uzun müddətli icarəyə verilməsi üçün müqavilə”də hüquq sahibi “Ərizəçi Nəyməddin oğlu” göstərilməsinə baxmayaraq şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” kimi qeyd edilmişdir. Lakin fakt təsdiqi ilə bağlı məhkəmə aktı müraciətə əlavə edilməmişdir. İş materiallarında olan İ-ZJ №760743 saylı, xx.xx.1965-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, ərizəçinin ata adı X1 qeyd edilmişdir. İşdə olan V-SL №257912 saylı, xx.xx.1985-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, ərizəçinin doğum haqqında şəhadətnaməsinin ata qrafasında ata adı X1 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Kommunal X2 vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki pasportunun surətindən görünür ki, ərizəçi ata adı Ərizəçi Nəyməddin oğlu kimi qeyd edilmişdir. İş materiallarında olan Torpaq sahəsinin plani və ölçüsünün surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağ massivi Sumqayıt şəhər İH-nin BTİ və İB-nin xx.xx.2003-cü il tarixli 9551 saylı müqaviləsi ilə 1200 kv.m 2326 saylı bağ evi tikintisi üçün torpaq sahəsi Ərizəçi icarəsinə verilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Sumqayıt şəhər, Corat Bağları massivi ərazisində yerləşən 2326 saylı, 0.12 ha bağ torpaq sahəsininin “Bağ sahəsinin və tikintintilərin uzun müddətli icarəyə verilməsi üçün” 9551 saylı müqaviləsində ərizəçinin atasının adının Məcməddin olması faktı öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Sumqayıt şəhər, Corat Bağları massivi ərazisində yerləşən 2326 saylı, 0.12 ha bağ torpaq sahəsininin “Bağ sahəsinin və tikintintilərin uzun müddətli icarəyə verilməsi üçün” 9551 saylı müqaviləsində Ərizəçi atasının adının “Məcməddin” olması fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar