Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-161/2023 24.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli R seriyalı 262136 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 501 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, 501.86 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 5/11 saylı evin 27 saylı mənzili onun istifadəsindədir. xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilatın işçiləri tərəfindən evin elektrik hesabat sayğacına baxış keçirilərkən elektrik hesabat sayğacından kənar xətdən istifadə olunması deyilərək, 262136 saylı akt tərtib edilərək həmin akta əsasən 501 manat əlavə sərfiyyat hesablanmışdır. Cavabdehin nümayəndəsi məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, xx.xx.2022-ci il tarixdə “Azərişıq" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, elektrik sayğacı dövrədən kənarlaşdırılmış, mənzildəki işlədicidilər elektrik şəbəkəsinə birbaşa qoşulmuşdur. Kənar xətdən axan yük təşkilat tərəfindən qeyd olunmuşdur. İ=1,5 A, Pk xətt=0,3 kvt, Psay=0 kvt. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydaları”nın (EHİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, R № 262136 saylı akt əsasında 501.86 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı tərəfindən məhkəmənin hazırlıq iclasında "xxxx" ASC-dən və “Azəriqaz” İB tərəfindən təqdim edilmiş abunə haqqında arayışlara görə iddiaçının mənzilində həm sudan həm də qazdan istifadə edilir. Lakin "xxxx" ASC-nin abunə haqqında arayışına görə iddiaçının mənzilində elektrik enerjisi istehlak edilmir. Bu da onu göstərir ki, iddiaçının mənzilində elektrik enerjisindən qanunsuz istifadə edilir. Bundan əlavə iddiaçının silinməsini tələb etdiyi 501 manat borc məbləği Məmmədova Səadət Məstalı qızının adına abonent qeydiyyatına aiddir. Buna görə də iddiaçının həmin iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququ yoxdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizəsi ilə eyni məzmunlu izahat verdi və onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, Saray qəsəbəsində yaşasalar da övladalrı Sumqayıt şəhərində təhsil aldıqlarından məktəbdən sonra həmin mənzildə 2-3 saat bir-birlərini, həmçinin onların evə aparılması üçün valideynlərini gözləmişlər. Bu mənzildə 2019-2020-ci illərdə bacısı yaşamış, qalan vaxtlarda isə göstərdiyi kimi yalnız uşaqları yaşayış sahəsindən istifadə etmişlər. Mənzildə elektriklə işləyən soyuducu, kondisioner və televizor vardır. Sözügedən yaşayış sahəsini xx.xx.2018-ci ildə almışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - Abunə haqqında çıxarışdan görünür ki, EİQ-nın pozulmasına görə akta əsasən 501.86 manat borc mövcuddur. - Abonent kartından görünür ki, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək sudan istifadəyə görə 73 manat ödəniş edilmişdir. - Abonentin saldosundan görünür ki, abonent kodu **********00270 olan Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 5/11 saylı evin 27 saylı mənzilində xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək 92.96 manat dəyərində təbii qaz sərf edilmiş və 29 manat ödəniş edilmişdir. - 262136 saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, elektrik sayğacı dövrədən kənarlaşdırılmış, mənzildəki işlədicidilər elektrik şəbəkəsinə birbaşa qoşulmuşdur. Kənar xətdən axan yük təşkilat tərəfindən qeyd olunmuşdur. İ=1,5 A, Pk xətt=0,3 kvt, Psay=0 kvt. Akt "xxxx" ASC-nin əməkdaşları V.Əliyev, R.Babayev və E.Qəhrəmanlı tərəfindən imzalanmışdır. Mövcud qüsur videoçəkiliş vasitəsilə qeydə alınmışdır. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı Mənzil-Kommunal Səhəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 5/11 saylı evin 27 saylı mənzili alqı-satqı müqaviləsinə əsasən İddiaçı adınadır və mənzil alındığı gündən göstərilən ünvanda yaşayış olmamışdır. Arayışın doğruluğunu T.V.Ağayev və R.Ş.Cəbrayılova öz imzaları ilə təsdiq etmişdirlər. - ******* №-li, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Məmmədova Səadət Məstalı qızı Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 5/11 saylı evin 27 saylı mənzilini İddiaçı 25000 manata satmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, cavabdeh mənzili xx.xx.2018-ci ildə almış, orada 2019-2020-ci illərdə onun bacısı yaşamış, sonra isə övladları məktəbdə dərsləri bitdikdən sonra bir-birlərini və valideynlərini gözləmişlər. Mənzildə soyuducu, kondisioner və televizor vardır. Sözügedən mənzilə dair abonent saldolarından görünür ki, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək sudan istifadəyə görə 73 manat ödəniş edilmiş, 92.96 manat dəyərində təbii qaz sərf olunmuş və 29 manat ödənilmişdir. Məhkəmə iclasında nümayiş etdirilən və tərəflərin mübahisələndirmədiyi videoyazıdan görünür ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 5/11 saylı evin 27 saylı mənzilinə aid sayğacdan kənar çəkilmiş elektrik xətti aşkar olunmuşdur. Məhkəmə öncə cavabdehin iddiaçının subyektiv hüququ olmaması barədə dəlilinə qiymət verərək hesab edir ki, bu arqument əsassızdır. Belə ki, göstərilən pozuntunun aşkarlanması və ziyanın hesablanması tarixi aralığı cavabdeh mənzili aldığı vaxtdan sonrakı dövrü əhatə edir. Həmçinin, cavabdeh sözügedən yaşayış sahəsinin həmin zaman və hazırda mülkiyyətçisidir. Abonent müqaviləsində əvvəlki mülkiyyətçinin adının qalması, iddiaçı ilə yeni sazişin bağlanmaması sonuncunun hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnu istisna etmir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş“X1 Qaydaları”nın 8.17-1-ci bəndində göstərilmişdir ki, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sayğaca kənar xətt vasitəsilə qoşularaq X1 qaydalarını pozması halı iş materialları və təqdim olunmuş sübutlarla öz təsdiqini tapır. Belə ki, müvafiq aktla yanaşı mövcud qüsurun videoyazıya alınması barədə çəkiliş də cavabdehin mülkiyyətindəki mənzildə aidiyyəti sayğacdan kənar xəttin istifadəsini təsdiqləyir. Bundan başqa, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək sözügedən yaşayış sahəsində elektrik cərəyanı ilə qidalanan məişət cihazlarının mövcudluğuna baxmayaraq həmin mənzil üzrə abonent kartında heç bir sərfiyyat və ödənişin görünmədiyi halda, təbii qaz istifadəsinə, həmçinin su və kanalizasiya xidmətlərinə dair abonent saldolarında isə bu göstəricilərin əks olunması burada elektrik enerjisinin sayğacdan kənar istehlak edildiyi nəticəsinə gəlməyə əsas verir. Bununla belə, məhkəmə hesab edir ki, cərimənin hesablanması zamanı məbləğ real istehlak səviyyəsi nəzərə alınmadan şişirdilmiş, iddiaçı fərziyyələrə əsaslanan maliyyə sanksiyasına məruz qalmışdır. Belə ki, aidiyyəti saldodan sözügedən mənzildə 2019-cu ildə - cəmi 45.29, aylar üzrə ən çox 5.39, ən az 3.08, orta aylıq isə 3.77 manat; 2020-ci ildə isə - cəmi 118.02, aylar üzrə ən çox 49.84, ən az 3.57, orta aylıq 9.83 manat dəyərində elektrik enerjisi sərfiyyatının olduğu görünür. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, 265 gün deyil, 70 gün müddəti üzrə cərimənin hesablanması reallığı əks etdirər, ədalətli nəticəyə gətirib çıxarar. Bu məbləğin formalaşması üçün digər parametrlər iddiaçının tətbiq etdiyi normalara uyğun götürülməlidir. Çünki bu tarif və əmsallar mübahisələndirilmir və Qaydalara uyğundur. Qanunvericilik pozuntuya yol verilən zaman elektrik enerjisinin dəyərinin “on iki aydan çox olmayan müddətdə” hesablanmasını müəyyən etməklə, bu dövrün yalnız maksimum həddini göstərmiş, minumum zaman kəsiyini isə məhdudlaşdırmamışdır. Ona görə də 347.85 manat iddiaçının cərimə borcundan silinməlidir (VEİ = 1.1 kvt x 24 saat x 0.7 x 70 gün = 1848 kvts. 400 kvts x 0.07 = 28 man.; 339 kvts x 0.11 = 37.29 man.; 1109 x 0.08 = 88.72 man. 28 + 37.29 + 88.72 = 154.01 man. 501.86 – 154.01 = 347.85 manat). Odur ki iddia qismən əsaslıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 5/11 saylı evin 27 saylı mənzili üzrə qeydiyyata alınmış **********01940 saylı abonent koduna hesablanmış 347.85 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 5/11 saylı evin 27 saylı mənzili üzrə qeydiyyata alınmış **********01940 saylı abonent koduna hesablanmış 347.85 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-161/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-161/2023
24.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver