Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1611/2021 01.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh «Cavabdeh» İB-nə qarşı borcun silinməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı cavabdeh «Cavabdeh» İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsi ilə birlikdə məhkəməyə ərizə təqdim edərək, iddiaçıya məxsus Sumqayıt şəhəri, 1-ci məhəllə ünvanında yerləşən 2A saylı evin, 28-ci mənzilinə təbii qazın verilməsinin bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1611/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Məhkəmə baxış iclası xx xxxxx 2021-ci il tarixə, saat 11:35-ə təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq məhkəmə baxışına təkrar olaraq gəlməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, eyni zamanda Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1611/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın təmin olunması üçün görülmüş tədbir ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Həmin Məcəlləni 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 162, 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: İddiaçı cavabdeh «Cavabdeh» İB-nə qarşı borcun silinməsi tələbinə dair ərizəsi baxılmamış saxlansın. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1611/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən görülmüş iddianı təmin etmə ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1611/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1611/2021
01.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver