Məhkəmə qərarları › İş №2(060)-1613/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1613/2023

17.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1613/2023 17.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh İstahsalat Birliyinin Sumqayıt X2rşı «əsassız hesablanmış borcun silinməsi, tutulmuş pulların sayğac hesab nömrəsinə qaytarılması, maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərqaz” İB-nın Sumqayıt QİS-nın aidiyyəti rəhbər əməkdaşlarının günahları ucbatından məcburi köçkün olaraq 2013-cü ilin mart ayından 2015-ci ilin aprel ayına kimi məcburi köçkünlərə ayrılmış qaz limitləri (6 nəfər) hesablanaraq Sumqayıt QİS-nın hesabından ona ödənilməsi, əvvəlcə quraşdırılmış və onların müdaxilələri olmayan xarab olmuş sayğacın üzərində qalmış təxminən 37-39 manat pulun Sumqayıt QİS-si tərəfindən sayğacın balansına qaйtarılması, əvvəllər ona məlum olmayan (sonradan verilmiş cədvəldən bilmişdir) səbəblərdən onun ödəniş hesabından (pullarından) hissə-hissə tutulmuş 27 (iyirmi yeddi) manat pulu sayğacın balansına qaytarılması, əvvəlki, sonrakı qeyri-qanuni yollarla ondan hər dəfə sayğacına pul köçürülərəkən həmin məbləğin 10%-nin tutaraq (162 manat cərimə) onun pullarından tutduqları pulları Sumqayıt QİS-si tərəfindən sayğacın balansına ödənilməsi barədə, ərizə, yol xərci, göndərişlər və s. hərəkətlər ilə əlaqədar maddi və mənəvi ziyan olaraq 500 manat pulun alınaraq ona ödənilməsi və onun iştirakı və xəbəri olmadan sözü gedən aktlara, hansısa sənədlərə saxta imza atmış aidiyyəti şəxslər barəsində tədbir görülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-ci ildə Cəbrayıl rayonunda məcburi köçkündür və 1990-ci ilin noyabrından 2018-ci ilin iyun ayına kimi DİO-da xidmət etmişdir. 2013-cц ilin mart ayından DİN-nin müvafiq əmri ilə Sumqayıt ŞPİ-də İTŞ-nə təyin olunmuş, bununla əlaqədar olaraq özü və ailə üzvləri ilə bərabər Sumqayıt şəhər Yaşıldərədə fərdi həyət evində yaşayır. Xidməti işi ilə əlaqədar olaraq əvvəllər məcburi köçkün kimi kommunal xidmətlərindən istifadə etmək üçün aidiyyatı təşkilatlara (qaz, su. işıq) QMKİÜDK-nın Sumqayıt şəhər sektorundan müvafiq arayışlar alıb vermişdir. Məcburi köçkünlərə ayrılmış kommunal limitləri ləğv edildiyi vaxtan indiyə kimi kommunal xərclərini ödəyir. Bildirir ki, o, arayış təqdim etməyinə, dəfələrlə şifahi müraciətlərinə əsasən Sumqayıt QİS-nin adiyyəti rəhbər əməkdaşları yaşadığı evinin həyət hasarı olmadığı bəhanə edərək onun evinə qaz çəkilmədini, sayğacın quraşdırılmasını təmin etmədiклярини və bu səbəbdən də o, 2013-ci ilin mart ayından 2015-ci ilin aprel ayına kimi onların günahları ucbatından qaz limitində istifadə edə bilməmiş, sonradan (2015 aprel) razılaşmadan sonra onun evinə aid olan sayğac evindən təxminən 50-60 metr uzaqda, digər məhlədə qonşularının hasarına quraşdırılmışdır. Təxminən (4 il sonra ) 4 ildən artıq istifadə etmişdir ki, həmin sayğacın işləmədiyini (qaz iyi gəldiyini) bildiyindən və dərhal verdiyi məlumat əsasında həmin sayğacı dəyişərək başqası ilə əvəzlədiрмишlər. Əvvəlki sayğacın üzərində təxminən 37-39 manat məbləğin yeni sayğaca köçürülməsini bildirərək həmin sayğacın laborаtорiyaya göndərildiyini bildirмишлər. O, əvvəlki sayğaca heç bir müdaxilə etməmişdir. QİS-nin ona qarşı etdiyi qeyri qanuni hərəkət və hərəkətsizliyi ilə əlaqədar ona maddi və mənəvi ziyanlar vurmuş, əsəblərinə təsir etmiş vaxtını almışdır. Dəfələrlə Bakı şəhərinə mediatora, QİS-nə və Hüquq Məsləhətxanasına gedib gəlmək ərizə yazmaq, yol xərcləri çəkmək, poçt ödənişləri pullar ödəmiş və s. bütün bunlar maddi və mənəvi cəhətdən məhkəmə tərəfindən nəzərə alınmalıdır. 2019-cu ilin aprel ayında “Azərqaz” İB-nın laborаtoriyası (ona sonradan məlum olub) “gülməli” əsaslar gətirirək 162 (bir yüz altmış iki) manat cərimə yazmışdılar. Təxminən 3-4 ay əvvəl bilmişdir ki, Sumqayıt QİS-si ondan ayrı-ayrı vaxtlarda, hissə-hissə cəmi 27 (iyirmi yeddi) manat pulumu tutublar. Əvvəlki sayğacın qarşı məhləyə quraşdırılmasında, sonradan başqası ilə əvəzləşdirilməsidə də o, iştirak etməmişdir. Sonradan bilmişdir ki, QİS-nin hansısa əməkdaşları ondan xəbərsiz olaraq müqaviləyə, aktlara imza atıblar, guya cərimə aktına imza atmaqdan imtina etmişdir. Bütün bunların heç birindən xəbəri olmayıb. QİS-nin əməkdaşları onun imza yerinə saxta imza atmışlar, yalan məlumatlar yazmışlar. Bunlarla bağlı “Azərqaz” İB-nə və Sumqayıt QİS-nə rəsmi ərizə verməyinə baxmayaraq rəsmi müraciətinə müsbət cavab ala bilməmiş və bu barədə Sumqayıt QİS-nə, X5 heyətinə yazılı təklif vermişdir. İddiaçı iddia ərizəsini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və bildirdi ki, iddia tam əsassız olduğunu hesab edir. İddianın tələb hissəsi qeyri-müəyyəndir, iddiaçı tərəfindən irəli sürülmüş tələblər borcun silinməsi istisna olmaqla onlara aydın deyildir. Həmçinin bu tələblətə aid heç bir sübut yoxdur. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşdə olan İddiaçı müraciətinin cavablandırılması barədə xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ünvanında təbii qaza görə hesabat xx.xx.2019-cu il tarixədək xx.xx.2015-ci il tarixdə quraşdırılmış G-4 markalı itron sayğacın göstəricilərinə əsasən aparılmışdır. xx.xx.2019-cu il tarixdə G-4 markalı (№1402AZ**********30) itron tipli sayğac yeni G-4 markalı Gallus Pay tipli (№**********2) sayğacla əvəz olunmuşdur. Əvəz olunmuş sayğac Dövlət Yoxlamasına göndərilmiş və Cavabdeh İB-yi Metrologiya departamenti, sayğacların müayinəsi labоratoriyası tərəfindən tərtib olunmuş MSK-28/1710-00218-1 nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyünün rəngindən fərqli olduğu və bundan əlavə hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi aşkarlanmışdır. Yoxlamanın nəticəsinə uyğun olaraq ünvana xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuşdur. Tərtib olunmuş akt əsasında hesablama yolu ilə itirilmiş qazın məbləğinin 162 manat olduğu müəyyənləşdirilərək abonentin koduna işlənmişdir. Beləliklə dəymiş ziyan verilmiş rəyə əsasən düzgün hesablanmış və abonent tərəfindən ödənilməlidir. iş materiallarında əlavə edilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında 13 aprel 2015-ci il tarixdə bağlanmış qazın alqı-satqısı barədə 10Y/Q-2053 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh İB ilə İddiaçı arasında qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar. İşдя olan xx.xx.2019-cu il tarixli Cavabdeh İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 1620 m3. İşdə olan Cavabdeh İB-nin əməkdaşları E.Eyvazov, Y.Gülməmmədov və R.Ağalarovun iştirakları ilə ünvan 1 ünvana dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarınn pozulması haqqında” ******* №li xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, ünvana aid sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örütüyünün rəngindən cuzi fərqlidir. Plomb yuvalarının ətrafında əzik izləri aşkarlanmadı. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İşdə olan arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri Yaşıldərə yaşayış massivinin 2-ci məhəlləsində ailə üzvləri ilə birgə yaşayır. “Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hazırki iddia tələbi üzrə iddiaçının tələbini əsaslı hesab etmir. Belə ki, iddiaçı iddia tələbinə dair hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda iddianın tələb hissəsi qeyri-müəyyəndir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh İstahsalat Birliyinin Sumqayıt X2rşı «əsassız hesablanmış borcun silinməsi, tutulmuş pulların sayğac hesab nömrəsinə qaytarılması, maddi və mənəvi ziyan» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar