Məhkəmə qərarları › İş №2(060)-1621/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1621/2021

09.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1621/2021 09.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin himayədə qalma faktının müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək,xx.xx.1999-cu il təvvəllüdlü X1 onun himayəsində olması faktının müəyyən edilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla X3 arasındakı nikah xx.xx.2012-ci il tarixdə bağlanmışdır. Birgə nikahlarından xx.xx.1999-cu il təvvəllüdlü X4 adlı övladları vardır. X6 nikahları pozulduqdan sonra onun himayəsində qalmışdır. Hal-hazırda qızı həddi-buluğa çatdığından atasından aliment alınması dayandırılmışdır. X10 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Məşq və fiziki hazırlıq“ fakültəsinin əyanı çöbəsinin üçüncü kurs tələbəsidir. Təhsil ödənişlidir. Hər il qızının təhsil haqqı üçün 2200 pul ödəyir. Maddi imkanı olmadığı üçün qızının təhsil haqqını ödəyə bilmir, 2-ci qrup əlildir, hər ay 232.29 manat pensiya alır. Himayəsində 2 nələr vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli, 138saylı qərarı imzalanmışdır. Qərara əsasən Azərbaycan Respublikasının təhil müəssələrində normativ təhsil müddətində -ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) v ə sosial baxımdan həssas əhali qrupuna aid edilən (ünvanlı sosial yardımı alanlar, hər iki valideyni( tək valideyn olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri bu kateqoriyaların hər hansı birinə aid olanlar, İ və İİ qrup əlilliyi olanlar, işsiz kimi qeydiyyatda olanlar, yaşa görə əmək pensiyaçıları, yaşa görə sosiaı müavinat alanlar) ailələri üzvü üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrlər (yarım illikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsi ilə eyni məzmunli izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı şəkildə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin mulki işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: -nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X3 ilə Ərizəçi arasında olan nikah xx xxxxxx 2010-cu ildə pozulmuşdur. -xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəh., mik-10, ev 25, m.23-də Ərizəçi övladları X4 və X5 ilə birlikdə yaşayır. -056 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X2 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Məşq və fiziki hazırlıq“ fakültəsinin əyanı çöbəsinin üçüncü kurs tələbəsidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı ilə X3 arasında nikah xx.xx.2012-ci il tarixdə bağlanmışdır. Birgə nikahlarından xx.xx.1999-cu il təvvəllüdlü X4 adlı övladları vardır. X6 nikahları pozulduqdan sonra onun himayəsində qalmışdır. Hal-hazırda qızı həddi-buluğa çatdığından atasından aliment alınması dayandırılmışdır. X10 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Məşq və fiziki hazırlıq“ fakültəsinin əyanı çöbəsinin üçüncü kurs tələbəsidir. Təhsil ödənişlidir.Maddi imkanı olmadığı üçün qızının təhsil haqqını ödəyə bilmir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.2-ci maddəsinə əsasən məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 3-cü bəndində məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 3.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Göründüyü kimi, qanunvericilik öhdədə olma faktı dedikdə, şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olmasını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi övladı xx.xx.1999-cu il təvvəllüdlü X1 onun himayəsində olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : Ərizəçi övladı xx.xx.1999-cu il təvvəllüdlü X1 onun himayəsində olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar