Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1649/2022 11.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi , Məhkəmə iclas katibi X3 İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 07 sentyabr 2020-ci il tarixli MAS-2745 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh 07 sentyabr 2020-ci il tarixli MAS- 2745 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 iyun 2021-ci il tarixə 1395.25 manat gecikdirilmiş əsas, 397.94 manat gecikdirilmiş mükafat, 316.97 manat dəbbə pulu, 8885 manat dəymiş zərər, ümumilikdə 10995.16 manat borc və ödənilmiş 123.39 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə barədə qətnamə çıxarmağı xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək göstərdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2020-ci il tarixli MAS-2745 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220548 ban nömrəli, qara rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 19 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 19088 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19088 manatın 13300 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR SD” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil 02 iyun 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yararsız vəziyyətə salınmış və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3885 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 11 may 2021-ci il tarixdə 400 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 07 sentyabr 2020-ci il tarixli MAS- 2-45 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə etməsinə görə 02 iyun 2021-ci il tarixə 1395.25 manat gecikdirilmiş əsas, 397.94 manat gecikdirilmiş mükafat, 316.97 manat dəbbə pulu, ümumilikdə 2110.16 manat gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra etməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Göstərilənləri nəzərə alaraq, "xxxx" MMC ilə bağlanmış 19 sentyabr 2016-cı il tarixli AL-518 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534550 ban, **********DFCX007 mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi "xxxx" MMC-ə geri qaytarılması, cavabdeh X1 19 sentyabr 2016-cı il tarixli AL- 518 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 oktyabr 2020-ci il tarixə 16241.41 manat gecikdirilmiş əsas, 9649.65 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 29452.06 manat dəbbə pulu, cəmi 55343.12 manat borc və ödənilmiş 30.40 manat dövlət rüsumu “Azevrolizinq" MMC-nin xeyrinə tutulması barədə qətnamə qət edilmişdir. Cavadeh Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, işdə olan 07 sentyabr 2020-ci il tarixli MAS-2745 saylı Daxili lizinq müqaviləsindən görünür ki, iddiaçı 2020-ci il buraxılışlı, "Khazar SD" minik markalı, **-PE- *** dovlət qeydıyyat nişanlı, NVAVV01HHFLE220548 ban, qara rəngli avtomobili illik 19 % olmaqla 48 aylıq muddətə hər ay 397,67 manat sabit məbləğ olmaqla, ümumilikdə 19088 manat məbləğinə cavabdehə lizinqə verməyi, cavabdeh isə İizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşdür. İş materiallarında olan 07 sentyabr 2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən mülkiyyətində olan "KHAZAR SD" markalı, **-PE-*** dovlət qeydıyyat nişanlı avtomobil cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 07.08.2021-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “Emin” şadlıq evinin yaxınlığında iki avtomaşının toqquşması nəticəsində, sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ev 8, mənzil 19-da yaşayan, 1999-cu il təvəllüdlü X4 “sol əlinin yarası” xəsarəti alması barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və “Khazar SD” markalı, ** PE *** d.n.nişanlı avtomobilin sürücüsü X2 barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə Sumqayıt şəhər Pİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan AD № 862285 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar SD” minik markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avotmobilin sahibi İddiaçı MMC-dir. İş materiallarında olan İddiaçı MMC-nin qüsur aktından görünür ki, “Khazar SD” minik markalı, ** PE *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərcləri ümumilikdə 8885 manat təşkil edir. İşə əlavə olunmuş 24 yanvar 2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 07 sentyabr 2020-ci il tarixli MAS-2745 saylı Daxili lizinq müqaviləsi üzrə 02.06.2021-ci il tarixə iddiaçıya əsas borcu 1395,25 manat, mükafat borcu 397,94 manat, cərimə borcu 316,97 manat, cəmi 2110,16 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1 -ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1 -ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol .erilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.11 -ci maddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, avtomobili cavabdehə lizinqə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin və müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə yaranmış 1395,25 manat əsas borcu və 397,94 manat mükafat borcu və 8885 manat dəymiş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 13.9-cu bəndinə əsasən cavabdeh gecikdirilən lizinq ödənişi məbləğinə cərimə kimi gündəlik 0,3 faiz hesablanmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 316,97 manat dəbbə pulu məbləği yaranmış 1395,25 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 10 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı MMC ilə bağlanmış 07 sentyabr 2020-ci il tarixli MAS-2745 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh 07 sentyabr 2020-ci il tarixli MAS- 2745 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 iyun 2021-ci il tarixə 1395 (bir min üç yüz doxsan beş) manat 25 qəpik gecikdirilmiş əsas, 397 (üç yüz doxsan yeddi) manat 94 (doxsan dörd) qəpik gecikdirilmiş mükafat və hesablanmış 10 (on) manat dəbbə pulu, 8885 (səkkiz min səkkiz yüz səksən beş) manat dəymiş zərər, cəmi 10688 (on min altı yüz səksən səkkiz) manat 19 (on doqquz) qəpik borc və ödənilmiş 123 (bir yüz iyirmi üç) manat 39 (otuz doqquz) qəpik dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı MMC ilə bağlanmış 07 sentyabr 2020-ci il tarixli MAS-2745 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 07 sentyabr 2020-ci il tarixli MAS-2745 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 iyun 2021-ci il tarixə 1395 (bir min üç yüz doxsan beş) manat 25 qəpik gecikdirilmiş əsas, 397 (üç yüz doxsan yeddi) manat 94 (doxsan dörd) qəpik gecikdirilmiş mükafat və hesablanmış 10 (on) manat dəbbə pulu, 8885 (səkkiz min səkkiz yüz səksən beş) manat dəymiş zərər, cəmi 10688 (on min altı yüz səksən səkkiz) manat 19 (on doqquz) qəpik borc və ödənilmiş 123 (bir yüz iyirmi üç) manat 39 (otuz doqquz) qəpik dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1649/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1649/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver