Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1668/2021 07.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” X6 qarşı “mirasın qəbulu müddətinin uzadılmasına” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” X6 qarşı “mirasın qəbulu müddətinin uzadılmasına” dair iddiasi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü ildə vəfat etmiş atası X5 Sumqayıt şəhər X9 xx xxxxxxx 1990-cı il tarixli, 12 saylı Protokoluna əsasən verilmiş Sumqayıt şəhəri, “Yaşma” Bağlar massivi ünvanında yerləşən 824 saylı, ölçüsü 0,6 ha torpaq sahəsinə və Sumqayıt şəhər Bələdiyyə Şurasının xx xxxx 2004-cü il tarixli Qərarı ilə 123 saylı Protokola əsasən verilmiş Sumqayıt şəhəri, 20-ci məhəllə ünvanında yerləşən ölçüsü 400 kv.m olan torpaq sahəsinə və onun üzərində yerləşən fərdi evə dair miras əmlakın qəbulu müddətinin buraxılmasını üzürlü hesab edərək, müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəni müdafiə edərək onunla əsaslandırdı ki, X7 onun atasıdır. Bunu xx xxxxxxx 2017-ci ildə onun adına verilmiş, AZ-T № 042751 saylı “Doğum haqqında şəhadətnamə” və xx.xx.2013-cü ildə Nərimanov RPİ tərəfindən verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi təsdiq edir. X1 ondan başqa X10 və X11 adlı iki uşağı anadan olmuşdur. Mərhum atası Y.Abbasov xx xxxxxxxx 2014-cü ildə “Ağ ciyər ödemi” xəstəliyindən vəfat etmişdir. Atasının vəfatı tarixində istifadəsində Sumqayıt şəhər X9 xx xxxxxxx 1990-cı il tarixli, 12 saylı Protokoluna əsasən verilmiş Sumqayıt şəhəri, “Yaşma” Bağlar massivi ünvanında yerləşən 824 saylı, ölçüsü 0,6 ha torpaq sahəsi, Sumqayıt şəhər Bələdiyyə Şurasının xx xxxx 2004-cü il tarixli Qərarı ilə 123 saylı Protokola əsasən Sumqayıt şəhəri, 20-ci məhəllə ünvanında yerləşən ölçüsü 0,6 ha torpaq sahəsi və onun üzərində yerləşmiş fərdi ev olmuşdur. Həmin torpaqlardan və onun üzərində inşa edilmiş fərdi evdən atasının vəfatından sonra o, qanuni varisi kimi istifadə etmiş, faktiki miras əmlakı qəbul edib onu idarə etmişdir. Lakin hüquqi savadsızlıq səbəbindən vaxtında notariat orqanına miras əmlakların qəbulu üçün müraciət etməmişdir. Bu yaxınlarda qanuni vərəsə kimi Sumqayıt Regional “Asan xidmət” X6 mirası qəbul etmək üçün müraciət etmişdir. Sumqayıt Regional “Asan xidmət” X4 mirasın qəbulu müddətini buraxdığı üçün ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bir daha bildirir ki, mərhum atasına məxsus Sumqayıt şəhəri, “Yaşma” Bağlar massivi ünvanında yerləşən 824 saylı, ölçüsü 0,6 ha torpaq sahəsini və Sumqayıt şəhər Bələdiyyə Şurasının xx xxxx 2004-cü il tarixli Qərarı ilə 123 saylı Protokola əsasən verilmiş Sumqayıt şəhəri, 20-ci məhəllə ünvanında yerləşən ölçüsü 0,6 ha torpaq sahəsini və onun üzərində yerləşmiş fərdi evi faktiki qəbul edib, onu idarə edir. Qeyd edir ki, anası X8 xx xxxx 2017-ci ildə dünyasını dəyişmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçının atası X7 xx.xx.2014-cü ildə vəfat etmişdir. İş materiallarında olan Sumqayıt şəhər X9 xx xxxxxxx 1990-cı il tarixli, 12 saylı Protokolunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, “Yaşma” Bağlar massivi ünvanında yerləşən 824 saylı, ölçüsü 0,6 ha torpaq sahəsi X5 ayrılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyə Şurasının xx xxxx 2004-cü il tarixli Qərarı ilə 123 saylı Protokola əsasən, Sumqayıt şəhəri, 20-ci məhəllə ünvanında yerləşən ölçüsü 400 kv.m olan torpaq sahəsi X3 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, 4778 nömrəli məktubdan görünür ki, X3 xx.xx.2014-cü ildə vəfatı ilə əlaqədar notariat ofisinə miras qoyanın adına vərəsəlik işi açılmış və miras qoyanın vərəsəsinin mirasın qəbulu barədə ərizəsi qəbul edilmiş, vərəsəyə Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsüyyə olunmuşdur. İşin araşdırılan və iş materiallarına əlavə edilmiş digər sənədlərdən müəyyən edildi ki, İddiaçı mirasın qəbul edilməsi üçün müddəti üzrlü səbəbdən ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Məhkəmə, iş materiallarını araşdıraraq və işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia əmin edilməli, İddiaçı atası X2 qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı, atası X2 qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılsın. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-1668/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1668/2021
07.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver