Məhkəmə qərarları › İş №2(060)-1668/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1668/2022

31.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1668/2022 31.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə , Cavabdeh «Azəriqaz» İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 iştirakı ilə İddiaçı X2 cavabdeh «Azəriqaz» İB-yə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə 31 mart 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 cavabdeh «Azəriqaz» İB-yə və Sumqayıt Qaz İstismar İdarəsinə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1ə dair əsassız olaraq hesablanmış 168,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı X4 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Sumqayıt Qaz İstismar İdarəsinin cavabdehlər sırasından çıxarılmasını, cavabdeh «Azəriqaz» İB tərəfindən ona məxsus mənzilə hesablanmış 169,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüquqi ilə ona məxsusdur. Həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Bildirmək istəyir ki, yenicə xəbər tutmuşdur ki, 168,52 (yüz altmış səkkiz manat əlli iki qəpik) manat qaza əsassız borc hesablanmışdır. Cavabdehlər tərəfindən iddia edilir ki, guya həmin borc 2019-cu il tarixindən yaranmışdır. Bu tamamilə əsassız borcdur, uydurmadır. Qeyd etdiyi kimi borcun olması onlara yenicə - həyat yoldaşı son ayın borcu ödəyən zaman məlum olmuşdur. Belə ki, 2019-cu il tarixdə sayğac dəyişdirilmiş və kartla ödəniş sisteminə keçirilmişdir. Həmin vaxta qədər, eləcə də həmin vaxtdan sonra da qaz daxil bütün kommunal ödənişlər vaxtıvaxtında ödənmiş və heç bir borc yaranmamışdır. Onlara billdirilmişdir ki, guya tərəflərindən sayğaca müdaxilə edilmişdir. Bildirmək istəyir ki, həm özü, həm də həyat yoldaşı dövlət işində işləyir və hər zaman dövlətlərinin müəyyən etdiyi qanunlara əməl etmişdirlər. Onların bu cür hərəkət etməyi və ya bu cür hərəkətlər etməklərini irəli sürmək belə heç bir məntiqə sığmır. Həmçinin qeyd etmək istəyir ki, qeyd olunan borc 2019-cu il tarixindən yaranmışdır və onlar öyrənənə qədər onlara rəsmi olaraq heç bir məlumat verilməmiş, hər hansı bildiriş göndərilməmişdir. Əgər varsa cavabdehlərdən təqdim etmələrini tələb edir. Onlara bildirilir ki, guya daxildən müdaxilə etmişdirlər. Zahirindən müdaxilə bildirsələr, haqlı ola bilərlər ki, bunu hər kəs edə bilər. Axı həmin sayğacın daxilinə necə müdaxilə edə bilərlər? Görünür ki, əgər müdaxilə olmuşdursa da sayğac sökülüb laboratoriyaya aparılan zaman özləri tərəfindən olunmuş və əsassız borc hesablanmışdır. Belə hal tək onların deyil, bir neçə tanış şəxslərin də başına gəlmişdir. Lakin ədalətli məhkəmə araşdırması zamanı borc öz təsdiqini tapmamış və ləğv edilmişdir. Təkrarən qeyd etmək istəyir ki, tərəflərindən sayğaca heç bir müdaxilə edilməmiş, sayğac qoyulan zaman belə bir təklif olunmayıb, olunsa da qəti şəkildə qəbul etmirlər. Əgər sayğaca müdaxilə etməkləri ilə bağlı əllərində hər hansı sübut varsa məhkəmədən tələb etmələrini xahiş edir. Laboratoriyanın rəyi sübut kimi əsas ola bilməz. Çünki kim qaranti verə bilər ki, müdaxiləni özləri etməyiblər? Əllərində hər hansı sübut (əl barmaq izi, video görüntü. şahid və s.) varsa məhkəməyə təqdim etsinlər. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşir. Sözügedən borc məbləği 2019-cu ildə yazılmışdır. Onların məzilinə cavabdeh tərəfindən borc yazılmasını sonradan bilmişdirlər. Hər ay 200-250 manat kommunal xərc ödəyir. Onların xəbəri olmadan sayğac cavabdeh tərəfindən sökülüb aparılmışdır. Sayğaca müdaxilə olunması barədə aktın tərtib edilməsində iştirak etmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan ünvan 1ə baxış keçirilmişdir. Vizual baxış zamanı sayğaca müdaxilə edildiyi aşkar olunmamışdır. Buna görə də «Azəriqaz» İB tərəfindən 30.04.2019-cu il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmçinin sayğaca olan müdaxilə Dövlət Laboratoriyasının rəyi ilə də öz təsdiqini tapır. Bu baxımdan hesab edir ki, akt tam qanuni və əsaslıdır. Göstərilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında X1 əsasən təbii qazdan istifadəyə görə 169,20 manat borc hesablanmışdır. İşdə olan dəymiş ziyanın bərpasına dair 30.04.2019-cu il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 1692 m3 (169 manat 20 qəpik) müəyyən edilmişdir. İşdə olan 30.04.2019-cu il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda ünvan 1 ünvanında G-4 markalı qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi qeyd edilmişdir. İşdə olan 21.01.2019-cu il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, ünvan 1 ünvanında X2 adına açılmış G-4 markalı, Actaris tipli 08AZ**********5 nömrəli sayğac İtron tipli, G-4 markalı, STS**********4 nömrəli sayğacla əvəzlənmişdir. İşdə olan MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi B-1317 nömrəli bağ sahəsi İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 14.04.2009-cu il tarixdə qeydə alınmışdır. İşdə olan MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 1317 nömrəli bağ sahəsi Nümayəndə İgəndər oğlunun adına Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 02.04.2011-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan AZ-JQ 467697 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə X5 22 fevral 1998-ci il tarixdə Nikah evində nikaha girərək ailə qurmuşlar və bu nikah 86 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada İsgəndərova soyadı verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq abonent istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdehin nümayəndəsi bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 169,20 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu: **********00170) hesablanmış 169,20 (bir yüz altmış doqquz manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar