Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1681/2023 06.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi Maraqlı tərəf Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçi maraqlı tərəf Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1968-ci il təvəllüdlü X7 onun bacısıdır. Uşaqlıqdan bu günə kimi bacısı X7 ağır epilepsiya tez-tez olan qıcolma tutmaları ilə və şəxsiyyət dəyişkənliyi ilə diaqnozu qoyulmuşdur. Hal-hazırda həmin faktı Azərbaycan Respublikası Sumqayıt şəhəri Tibb Mərkəzi Sumqayıt 1 nömrəli şəhər xəstəxanası poliknika şöbəsinin 19 nömrəli xx.xx.2023-cü il tarixli arayışı təsdiq edir. Ona görə də xx.xx.1968-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmədən xx.xx.1968-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi qızı ərizəyə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, X7 anadangəlmə əlildir. Onun məhkəmə iclasında iştirakı mümkün deyildir. Əqli geriyili vardır. Ekspertiza da gəlmiş baxış keçirmişdir. Onu maşından düşürmək mümkün deyildir. Heç adını bilmir. Bu sənədlər pensiya düzəltmək də lazım olur. Məhkəmə iclasında iştirak edən maraqlı tərəf Sumqayıt Şəhər İcra Hakimiyyətin nümayəndəsi X10 ekspertin rəyinə etirazları olmadığını, yekun qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə, Ərizəçi və maraqlı tərəf Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X6 izahatlarını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin olunması barədə qətnamə qəbul edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi Azərbaycan Respublikası, Sumqayıt şəhərində xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Sumqayıt şəhəri Tibb Mərkəzinin Sumqayıt 1 nömrəli Şəhər Xəstəxanası Poliknika Şöbəsinin 19 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında yaşayan 1968-ci il təvəllüdlü X1 tez-tez olan qıcolma tutulmaları ilə şəxsiyyət dəyişkənliyi diaqnozu ilə 1 nömrəli şəhər xəstəxanasının poliknika şöbəsinin psixiatrik kabinetində dispanser və ya ambulator müşahidədir. AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin Rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, X7 xx.xx.1968-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə 1968-ci ilin mart ayının 39-cu günündə doğum aktlarının qeydiyyatı kitabında 906 sayı ilə akt qeydi aparılmışdır. Valideynləri atası X11, anası X5r. AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin Rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1966-cı il mart ayının 9-cu günündə 767 sayı ilə akt qeydi aparılmışdır. Valideynləri atası X12, anası X8r. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və həmin ekspertiza üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi şəxsi Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli 1090 saylı rəyinə əsasən X3 “epilepsiya nəticəsində şəxsiyyət dəyişikliyi” müəyyən edilir. X7 öz hərəkətlərinin mənasını anlamaq və idarə etmək iqtidarına malik olmadığından tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Sumqayıt Psixonevroloji Dispanserinin 109 nömrəli ambulator xəstənin tibbi kartasından məlum olur ki, xx.xx.1980-ci ildə epilepsiya tez-tez qıcolma tutmaları ilə diaqnozu ilə dispanserin qeydiyyatında götürülmüşdür. S.Ə.Kamilova dəfələrlə ambulator müayinədə olmuş və ona ev şəraitində dərman preparatları təyin olunmuşdur. Sumqayıt Psixonevroloji Dispanserinin 463 nömrəli xəstəlik tarixinin çıxarışdan məlum olur ki, X7 xx.xx.1962-ci il tarixdən xx.xx.1992-ci il tarixədək epilepsiya nəticəsində şəxsiyyət dəyişikliyi diaqnozu ilə müalicə olunmuşdur. Yoxlanılan şəxs xəstəliyi ilə əlaqədar 2-ci qrup əlildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması tələbinə haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmənin xüsusi icraat qaydasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən baxdığı işlərdən biridə 305.1.3-cü maddəsində göstərilən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 28.8-ci maddəsinin mahiyyətinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onların üzərində qəyyumluq müəyyənləşdirilir. 34.2-ci fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması tələbinə haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır (MPM 305.1.3). 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması tələbinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, işin yuxarıda tədqiq edilən hallarından və qanunun qeyd edilən tələbindən görünür ki, Ərizəçi ərizəsi təmin edilərək X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 21 mart 1968-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1681/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1681/2023
06.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver