Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-169/2024 08.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 08 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh QSC tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 iyun 2023-cü il tarixli, ******* nömrəli Aktın etibarsız hesab olunması, cavabdehin ona məxsus mənzildə olan G-4 markalı, ******* nömrəli sayğacın dəyəri olaraq ondan tələb etdiyi 64 (altmış dörd) manat 67 (altmış yeddi) qəpik məbləğində pul və qanunsuz hesablanmış 1036 (min otuz altı) manat 80 (səksən) qəpik məbləğində əlavə sərfiyyatın (borcun), cəmi 1101 (min yüz bir) manat 47 (qırx yeddi) qəpik məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri tam və vaxtında ödəmişdir, indiyədək istifadə etdiyi təbii qaza görə borcu olmamışdır və tərəfindən qaz sayğacına heç zaman müdaxilə olunmayıb. Ona dair Abonent Saldosuna əsasən, ailə tərkibi 1 nəfərdən, qaz cihazı isə 4 gözlü qaz plitəsindən (PQ-4)(1/1) ibarətdir. Abonent kodu: **********01470; Sayğac:Tip: ZENNER G4T MEXANİKİ; **********3; Quraşdırılma tarixi: xx.xx.2022-ci il. Cavabdeh QSCnin Sumqayıt QİS-dən ona ünvanlanmış “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında” 14-2-2-6/2-513/2023 nömrəli, 21 İyul 2023-cü il tarixli sənəddə deyilir ki, “...Hörmətli abonent, Sumqayıt QİS-i Sizə bildirir ki, Sizin ünvanda olan G-4 markalı ******* nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanınızdan çıxarılmış sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri olduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Qeyd: Müdaxilə edilmiş Sayğacm dəyəri 64.67 manat (altmış dörd manat 67 qəpik) ABB Sumqayıt fılialı AZ751BAZ******************** nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X2 müraciət olunacaqdır...” Həmin Məktubdan və ona təqdim edilən digər sənədlərdən belə məlum olur ki, guya mənzilində quraşdırılmış qaz sayğacına miidaxilə edilmişdir. Buna görə də cavabdeh qurum sayğacı istismara yararsız kimi qiymətləndirmişdir və ondan müdaxilə edilmiş sayğacın yuxarıda qeyd edilən məbləği 64.67 manat (altmış dörd manat 67 qəpik) və 90 gün ərzində əlavə sərfıyyat kimi hesablamış 8640 kubmetr qazın dəyəri olaraq 1036 manat 80 qəpik, cəmi 1101 (min yüz bir) manat 47 (qırx yeddi) qəpik məbləğində pulu ödəməyi tələb edir. Buna görə də cavabdehin ondan qeyd edilən məbləğdə pulu tələb etməsi tamamilə əsassız və qanunsuzdur. Cavabdeh QSC-nin Sumqayıt QİS tərəfindən tərtib edilmiş və ona ünvanlanmış 25 iyun 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”yə əsasən aşkar edilmiş nöqsan Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 24 İyun 2023-cü il tarixində MSK-14-2-2/3-5-4781 saylı Aktına əsasən ******* Sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır. İcra olunacaq tədbirlər: 1. Mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilsin. 2. İtirilmiş qazm bərpası məqsədi ilə dəymiş ziyan hesablansın və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafıq tədbirlər icra olunsun. Dəymiş ziyanın bərpasına əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən, itirilmiş qaz bərpa edilsin. Əsas: xx.xx.2023 ci il, ******* nömrəli AKT. Dəymiş ziyan həcminin hesablanması: 1. Qaz sayğacının nominal qaz sərfı 4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 giin.qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin.4x24x90=8640m3;Cəmi: 8640 m 3...” “Təbii qazdan istifadə qaydalarınm pozulması haqqında” 25 iyun 2023-cü il tarixli, ******* nömrəli AKTA əsasən: “..İstehlakçı: İddiaçı; Ünvan: Sumqayıt şəhəri, Yaşıldərə massivi, mənzil 147; Abonent kodu: **********01470;Biz aşağıda imza edənlər: Sumqayıt QİS-nin nümayəndələri: Cəfər Ağayev, 10 saylı sahənin s/rəisi Yusif Gülməmmədov və çilingərİlham Məmmədov və istehlakçınm nümayəndəsi İddiaçı ilə bu Aktı tərtib edirik, ona görə ki, istehlakçıya məxsus qeyri-yaşayış (yaşayış) sahəsində, 25.06.23-cü il tarixdə, saat____ (saat göstərilməyib) təbii qazın uçotu vo TQİQ-na riayət olunması yoxlanıldı və aşağıdakılar müəyyən olundu: 24 iyun (il göstərilməyib) Metrologiya Departamentinin rəyinə əsasən G-4 markalı (4787436) Sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır.Tələb: Dəymiş ziyan hesablansın...” Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları’nın 4.3 bəndinə əsasən “Qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə” 25 iyun 2023-cü il tarixli, MSK -14-2-2/3-5-4781 nömrəli aktına əsasən, Cavabdeh İB-nm 14-2-2/3-5-4781/2023 saylı, 02 may 2023-cü il tarixli məktubuna əsasən 03 may 2023-cü il tarixində Sumqayıt QİS-dən Dövlət yoxlamasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğaclarına 24 iyun 2023-cü il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirildi və aşağıdakılar müəyyən edildi: Sıra: 88; Sayğacın zavod nömrəsi: 4787436; İnzibati rayon: Sumqayıt; Sayğacın tipi: SOCAR; Sayğacın markası: G-4; Mexaniki göstərici (m3): 24389; Yoxlamanın nəticəsi: Sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik- cızıq izləri var. Sayğac istismara yararsızdır; Qüsura görə nəticə: Qaz sayğacına müdaxilə. Qeyd etmək istəyir ki, ona məxsus sayğacın zavod nömrəsi (**********3) düzgün qeyd edilməmiş, səhvən ******* kimi qeyd edilmişdir. X1 Sumqayıt QİSin əməkdaşları ona məlum olmayan tarixdə onun iştirakı olmadan mənzilinə quraşdırılan sayğacı götürüb aparmışlar. Bir müddət sonra ona məlum olmuşdur ki, guya o bu yaşlı vaxtında qaz sayğacına müdaxilə etmişdir. Əsas kimi sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması, sayğacın istismara yararsız olması qeyd edilmişdir. Lakin tam məsuliyyəti ilə və qəti əminliklə bildirir ki, o, mənzilinə quraşdırılan sayğaca hər hansı bir müdaxilə etməmişdir. Ona ******* nömrəli 25 iyun 2023-ci il tarixdə AKT tərtib edilərək 8640 m3-1036 (min otuz altı) manat 80 (səksən) qəpik əlavə sərfıyyat hesablamışlar. Halbuki ona dair Abonent Saldosundan məlum olur ki, həmin məbləğ onun son 2 il 5 ayda (29 ayda) ödədiyi ümumi pulun məbləğindən dəfələrlə çoxdur. Belə ki, 2021-ci ilin 12 ayı üzrə qaza görə: qazın sərfı 2335 (iki min üç yüz otuz beş) kubmetr; Sərfın məbləği: 319 (üç yüz on doqquz) manat 60 (altmış) qəpik hesablandığı halda mən 2021-ci ilin 12 ayı üzrə ödədiyi pulun ümumi məbləği 340 (üç yüz qırx) manat olmuşdur.2022-ci ilin 12 ayı üzrə qaza görə: qazın sərfi 1916 ( min doqquz yüz on altı) kubmetr; Sərfin məbləği: 284 (iki yüz səksən dörd) manat 88 (səksən səkkiz) qəpik hesablandığı halda o, 2022-ci ilin 12 ayı üzrə ödədiyi pulun ümumi məbləği 247 (iki yüz qırx yeddi) manat olmuşdur. 2022-ci ilin ilk 5 ayı üzrə qaza görə: qazın sərfı 1266 ( min iki yüz altmış altı) kubmetr; Sərfin məbləği: 154 ( yüz əlli dörd) manat 88 (səksən səkkiz) qəpik hesablandığı halda o, 2022-ci ilin ilk 5 ayı üzrə ödədiyi pulun ümumi məbləği 220 (iki yüz iyirmi) manat olmuşdur. Göründüyü kimi, mənə 29 ayda qazın ümumi sərfı 5517 kubmetr hesablandığı halda, təxminən 3 ayda-90 gündə 8640 kubmetr qaz hesablanması tamamilə özbaşınalıq və qanunsuzluqdur. Əlavə olaraq bildirir ki, sayğacın xüsusi plombu da üstündə olmuş və bu da hər hansı kənar müdaxiləni mümkünsüz edir. Həmçinin sayğac mənzilin çölündə yerləşir və X1 Sumqayıt QİS-in əməkdaşları asanlıqla müdaxilə edə bilər və ya dedikləri kimi nasaz sayğac quraşdıraraq cərimə yazmaq üçün bu cur qanunsuz əməllərdən istifadə edə bilər. Nəticədə isə qanunsuz olaraq ona 1036 (min otuz altı) manat 80 (səksən) qəpik məbləğində əlavə sərfıyyat hesablanmışdır. Ümid edir ki, sivil, demokratik cəmiyyətdə bu cür qanunsuz əməllərin qarşısı tezliklə almacaq və ədalət öz yerini tapacaqdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh QSC tərəfındən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 iyun 2023-cü il tarixli, ******* nömrəli Aktın etibarsız hesab olunması, cavabdehin ona məxsus mənzildə olan G-4 markalı, ******* nömrəli sayğacın dəyəri olaraq ondan tələb etdiyi 64 altmış dörd) manat 67 (altmış yeddi) qəpik məbləğində pulun və qanunsuz hesablanmış 1036 (min otuz altı) manat 80 (səksən) qəpik məbləğində əlavə sərfiyyatın (borcun), cəmi 1101 (min yüz bir) manat 47 (qırx yeddi) qəpik məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-cı maddələrinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan Cavabdeh İB-nin “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında məktubuna əsasən, ünvan 5 ünvanından çıxarılmış G-4 markalı, ******* nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən həmin ünvandan çıxarılmış sayğacın hesablama mexanizminin yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izləri müəyyən edildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri olan 64.67 manatın ödənilməsi abonentdən tələb edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ünvan 6 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 8640 m3 müəyyən edilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən, iddiaçıya məxsus ünvan 5 ünvanında olan sayğaca baxış keçirilmiş və sayğacın hesablama mexanizminin yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuş və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tərtib edilmiş MSK-14-2-2/3-5-4781 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla Cavabdeh İB-nin MSK-14-2-2/3-5-4781 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2023cü il tarixində əhali sektorunda istismarda olan Sumqayıt QİS-dən Metrologiya Departamentinə gətirilmiş aktda nömrələri qeyd olunan qaz sayğacları 24 iyun 2023-cü il tarixdə Dövlət yoxlaması nəticəsində yararsız hesab olunur. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 6 ünvanında İddiaçı adına xx.xx.2022-ci il tarixdə açılmış sayğaca əsasən ona təbii qazdan istifadəyə görə 1036.80 manat borc hesablanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ünvan 6 ünvanında quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımadığından onun barəsində tərtib edilmiş ******* saylı akt əsasında əsassız olaraq hesablanmış 1036.80 manat məbləğində borc və sayğacın dəyərinə görə tələb edilən 64.67 manat məbləğində borc silinməlidir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın qanunsuz sayılması üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacın hesablama mexanizminin yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu və sayğacın istismara yararsız olduğu faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı (abonent kodu: **********01470) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc və sayğacın dəyərinə görə tələb edilən 64,67 (altmış dörd manat altmış yeddi qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-169/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-169/2024
08.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver