Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-17/2024 27.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə və İddiaçı2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti) qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizələri üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2-1(118)-62/2021 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin üçüncü şəxs Cavabdeh verdiyi (razılaşdırdığı) Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında tikinti üçün verilmiş eskiz layihəsinin qanunsuz hesab edilməklə, həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin üçüncü şəxs Cavabdeh verdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında tikinti üçün verilmiş 2018ci il tarixli eskiz layihəsinin qanunsuz hesab edilməklə, həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsinin etibarsız hesab edilməsi qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs Cavabdeh vəkili və nümayəndəsi X5 apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya İnstansiyası Məhkəməsi apellyasiya şikayəti üzrə işə baxarkən müəyyən etmişdir ki, mübahisələndirilən Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin üçüncü şəxs Cavabdeh verdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında tikinti üçün verilmiş 2018-ci il tarixli eskiz lahiyəsi və həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsi artıq iddia qaldırılmazdan əvvəl ləğv edilmişdir. Belə ki, həmin iş üzrə cavabdehin məhkəməyə təqdim etdiyi Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 263 nömrəli sərəncamından görünür ki, həmin sərəncamla ünvan 2 ünvanında qeyri-yaşayış obyekti layihələndirilərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 66-cı və 69-cu maddələrinin tələbləri, ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı nəzərə alınmadığından “Obyektin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 76 nömrəli, 04 aprel 2018-ci il tarixli sərəncamı ləğv edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi, Memarlıq və Şəhərsalma İdarəsinin sərəncamdan irəli gələn məsələləri həll etməsi qərara alınmışdır. Bundan əlavə, məhkəmənin sorğusuna cavab olaraq cavabdehin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 119 saylı cavab məktubunda Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə ərazisində yerləşən Cavabdeh məxsus qeyri-yaşayış binasının memarlıqplanlaşdırma həllinin (eskiz layihəsi) Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 263 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamına əsasən ləğv edildiyi göstərilmişdir. Həmin məktuba əlavə edilmiş qeyri-yaşayış binasının memarlıq-planlaşdırma həllinin surətinin üzərində də onun Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 263 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamına əsasən ləğv edildiyi qeyd edilmiş və həmin qeyd cavabdehin rəis vəzifəsini icra edənin imzası və möhürü ilə təsdiqlənmişdir. Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsinin verilməsinə əsas olmuş “Obyektin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 76 nömrəli, 04 aprel 2018-ci il tarixli sərəncamı isə artıq sonuncu tərəfindən xx.xx.2018-ci il tarixli, 263 nömrəli sərəncamla ləğv edildiyindən, 31 may 2018ci il tarixli 09 saylı icazənin hüquqi qüvvəsi də daha yüksək qüvvəli aktla (xx.xx.2018-ci il tarixli, 263 nömrəli sərəncamla) aradan qaldırılmış, həmin icazə ilə tikintisinə icazə verilmiş müvafiq qeyri-yaşayış binasının memarlıq-planlaşdırma həlli (eskiz layihəsi) isə cavabdehin özü tərəfindən ləğv edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-108/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan şikayət verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Mübahisələndirilən tikiliyə verilmiş icazə və digər sənədlərin ləğv edilməsinə baxmayaraq cavabdeh inşa etdiyi özbaşına tikilini bu vaxta kimi könüllü olaraq sökməmiş və nəticədə iddiaçıların hüquqlarının və qanuni mənafelərinin pozuntusu hal-hazıradək davam etdiyinə görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. Yuxarıda göstərilənlərdən aydın olur ki, Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında inşa edilmiş yarımçıq tikili hüquqi olaraq özbaşına tikilidir və buna görə də həmin yarımçıq tikilinin Cavabdeh hesabına sökülməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3 və 180.4-cü maddələri ilə əsaslandırmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsi ilə iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əsasən iddiaçılar cavabdeh tərəfindən Sumqayıt şəhəri Corat qəsəbəi 76-cı məhəllə, 175 ünvanda inşa edilmiş yarımçıq tikilinin (qeyri yaşayış sahəsinin) sökülməsini tələb edirlər. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Sumqayıt şəhəri Corat qəsəbəi 76-cı məhəllə, 175 ünvanda yerləşən 0,08 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində 1961-ci ildə inşa edilmiş ümumi sahəsi 145,3 kv.metr olan mövcud bir mərtəbəli fərdi yaşayış evi Cavabdeh tərəfindən alğı-satqı yolu ilə əldə edilmişdir. Həmin əmlak (torpaq sahəsi və fərdi yaşayış evi) RX seriyalı, ******* nömrəli çıxarışa əsasən xx.xx.2017-ci il tarixdə tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evinin yerində iki mərtəbəli yeni fərdi yaşayış evinin inşa edilməsinə dair 2018-ci ildə ərizə ilə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmiş və onun müraciəti təmin olunaraq divarının xarici hündürlüyünün 11,30 metr, ümumi tikinti altı sahəsinin 347 m2 olaraq nəzərdə tutulduğu iki mərtəbəli yeni yaşayış evinin eskiz layihəsi Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmişdir. Sonra Cavabdeh ona məxsus olan torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikintisinə qərar vermiş və bununla əlaqədar müvafiq icazənin verilməsi və yeni layihə-smeta sənədlərinin təsdiq edilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin 76 saylı, 04 aprel 2018-ci il tarixli sərəncamına əsasən Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında yerləşən 800 kv.m torpaq sahəsində razılaşdırılmış lahiyəyə uyğun olaraq obyektin layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında yerləşən Cavabdeh məxsus divarının xarici hündürlüyünün 11,30 metr, ümumi tikinti altı sahəsi 679,0 m2 nəzərdə tutulduğu qeyriyaşayış binasının “Memarlıq-planlaşdırma həlli” təsdiq edilmiş və tikintinin aparılması üçün 07 saylı, 31 may 2018-ci il tarixli tikintiyə icazə barədə xüsusi nişan verilmişdir. Bundan sonra Cavabdeh tərəfindən tikinti işləri aparılmış, qeyri-yaşayış sahəsinin birinci mərtəbəsinin karkasının tikintisi tamamlanmışdır. 2021-ci ildə iddiaçılar X3 və İddiaçı2 Salman qızı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə qarşı “Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin üçüncü şəxs Cavabdeh verdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında tikinti üçün verilmiş 2018-ci il tarixli eskiz lahiyəsinin qanunsuz hesab edilməklə, həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli, 09 saylı icazəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(118)-62/2021 nömrəli qərarı ilə iddia ərizəsi təmin edilmişdir. Həmin qərardan üçüncü şəxs Cavabdeh apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş sənədlərə əsasən məlum olmuşdur ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 263 nömrəli sərəncamı ilə ünvan 2 ünvanında qeyri-yaşayış obyekti layihələndirilərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 66-cı və 69-cu maddələrinin tələbləri, ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı nəzərə alınmadığından “Obyektin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 76 nömrəli, 04 aprel 2018-ci il tarixli sərəncamı ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2- 1(105)-108\2022 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(118)-62/2021 nömrəli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmin iddia ərizəsində iddiaçılar cavabdehə qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsi barədə sərəncamın, həmin sərəncamı qəbul etmiş inzibati orqan tərəfindən digər sərəncamla ləğv edildiyini əsas tutaraq tələb irəli sürmüşlər. Cavabdeh alğı-satqı yolu ilə əldə etdiyi və mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evini, həmin ərazidə yeni fərdi yaşayış evinin, sonradan isə qeyri-yaşayış sahəsinin tikintisi məqsədi ilə sökdüyünü, bu zaman Sumqayıt şəhər İcra Hakimiyyətinin və Memarlıq və şəhərsalma idarəsinin müvafiq razılıqlarına və tikintiyə icazə barədə sərəncamına etimad göstərdiyini əsas tutaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 263 nömrəli sərəncamının ləğv edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. İnzibati işin icraatı zamanı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Cavabdeh mülkiyyətində olan torpaq sahəsində ilk olaraq fərdi yaşayış evinin tikintisinə icazə verildiyi və həmin fərdi yaşayış evinin layihəsinin cavabdeh tərəfindən təsdiq edildiyi, bundan əlavə cavabdeh tərəfindən fərdi yaşayış evinin tikintisi üçün verilmiş icazənin geri götürülməsi və ya layihənin təsdiqinin ləğv edilməsi barədə hər hansı bir qərar qəbul edilmədiyi aşkar edildiyinə görə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Qərardadda ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İddiaçı Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi 76-cı məhəllə, 175 saylı ünvanda inşa edilmiş yarımçıq tikilinin fərdi yaşayış evi kimi inşasına davam etdirilməsi şəhərsalma və tikinti norma və qaydalarına əsasən mümkündürmü? 2) Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi 76-cı məhəllə, 175 saylı ünvanda tikilmiş binanın qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilməsi və istifadəsi mümkündürmü? 14.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5346 saylı ekspert rəyində qoyulmuş suallara aşağıdakı cavablar verilmişdir: 1-ci sual üzrə: Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi 76-cı məhəllə, 175 saylı ünvanda inşa edilmiş yarımçıq tikilinin Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə və şəhərsalma və tikinti norma və qaydalarının tələblərinə uyğun faktiki yarımçıq tikilidə rekonstruksiya işləri aparılmaqla fərdi yaşayış evi kimi inşasına davam etdirilməsi mümkündür. 2-ci sual üzrə: Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi 76-cı məhəllə, 175 saylı ünvanda tikilmiş binanın qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi və istifadəsi faktiki yarımçıq tikilidə rekonstruksiya işləri aparılmaqla və Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun inşa olunmaqla mümkündür. Ekspertizanın nəticəsinə dair rəy alındıqdan sonra Sumqayıt şəhər İcra hakimiyyəti ilə aralarında olan mübahisənin alternativ, məhkəmədən kənar həlli imkanının yarandığını nəzərə alaraq iş üzrə iddianın baxılmamış saxlanılması haqqında ərizə təqdim etdiklərindən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Bundan sonra ekspert rəyində gəlinən nəticələr nəzərə alınmaqla Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi 76-cı məhəllə, 175 saylı ünvanda mövcud olan yarımçıq tikilinin fərdi yaşayış evinə rekonstruksiyası aparılmaqla "xxxx" MMCtərəfindən fərdi yaşayış evinin yeni “Layihənin tikinti ərazisinin Baş Planı və Memarlıq-planlaşdırma Bölmələri” hazırlanaraq məlumatlandırma icraatı qaydasında Sumqayıt şəhər İcra Hakimiyyətinə təqdim olunmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, hal-hazırda məlumatlandırma icraatı qaydasında proses davam edir. Mübahisənin yuxarıda sadalanan faktiki hallarından görünür ki, əvvəla mübahisələndirilən yarımçıq tikili mülkiyyət hüququ ilə Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir və tikinti işləri aparılarkən hər hansı bir şəkildə qonşu torpaq sahələrinə müdaxilə edilməmişdir. İddiaçılar öz tələblərini onunla əsaslandırırlar ki, həmin tikilinin inşasına dair icazə verici sənədlər (Sumqayıt Şəhər İcra Hakimiyyətinin 76 saylı, 04 aprel 2018-ci il tarixli sərəncamı və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş 07 saylı, 31 may 2018-ci il tarixli tikintiyə icazə barədə xüsusi nişan) Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 263 nömrəli sərəncamı ilə ləğv edilmişdir. İşin hallarından, eləcə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2-1(105)-108\2022 nömrəli qərardadı ilə müəyyən edilmiş hallardan görünür ki, mübahisələndirilən yarımçıq tikilinin yerləşdiyi ərazidə əvvəllər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak – fərdi yaşayış evi mövcud olmuşdur və ilk olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Cavabdeh, mülkiyyətində olan və sonradan sökdüyü fərdi yaşayış evinin yerində yeni fərdi yaşayış evinin tikintisinə icazə verilərək həmin fərdi yaşayış evinin layihəsi təsdiq edilmişdir. İşin mübahisəsiz hallarından biri odur ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 263 nömrəli sərəncamı ilə qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 76 saylı, 04 aprel 2018-ci il tarixli sərəncamı ləğv edilmişdir. Yeni fərdi yaşayış evinin tikintisinə icazə isə aradan qaldırılmamış, həmin fərdi yaşayış evini razılaşdırılmış layihəsi qüvvədən düşürülməmişdir. Belə olan halda mübahisələndirilən yarımçıq tikilinin özbaşına tikili olmasını iddia etmək tamamilə əsassızdır. Bir daha təkrar olaraq bildirlər ki, ləğv olunan qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsi haqqında sərəncamdır. Mövcud yarımçıq tikilinin qanunsuz hesab edilərək sökülməsi barədə aidiyyəti dövlət orqanları tərəfindən hər hansı bir qərar qəbul edilməmişdir. Həmçinin ləğv etmə barədə qərar qəbul edilmədiyinə görə fərdi yaşayış evinin tikintisi məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış layihə halhazırda da qüvvədədir. İddia tələbinin əsassızlığını şərtlədirən digər hal ondan ibarətdir ki, iddiaçıların hazırki iddianı qaldırmağa subyektiv hüquqlarının olması mübahisəlidir. Belə ki, əvvəla özbaşına tikilinin sökülməsinə dair iddia mövcud qanunvericiliyin tələblərinə görə aidiyyəti dövlət orqanı tərəfindən qaldırıla bilər. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının tələbinə görə: 4. Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti... 4.2. Yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. 4.3. Yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Məhkəmənin nəzərinə çatdırırlar ki, özbaşına tikilinin sökülməsi üçün həmin özbaşına tikilinin inşası nəticəsində hüquqlarının pozulduğunu iddia edən şəxs bunu mötəbər sübut və dəlillərlə əsaslandırmalı, həmin iddianı qaldırmaqda onun hüquqi marağı aşkar olmalıdır. Hazırki işdən görünür ki, iddiaçının iddia tələbi məhz cavabdehə məxsus fərdi yaşayış evinin qanunsuz tikili kimi onun öz hesabına sökülməsindən ibarətdir və iddia tələblərinin əsası kimi iddiaçılar həmin tikilinin qanunsuz olması və onların mülkiyyət hüquqlarını pozması ilə əsaslandırmışlar. Bu halda, hazırkı mülki iş üzrə mübahisə predmeti olan tikilinin qanunsuz tikili olub-olmaması halı müəyyən edilməklə yanaşı, həmin tikilinin iddiaçıların mülkiyyət hüquqlarına qəsd edib-etməməsi, onlar üçün təhlükə törədib-törətməməsi, mülkiyyət hüquqlarının realizəsi üçün hər hansı maneə yaradıb-yaratmaması halı, onlar arasında səbəbli əlaqənin olması halı müəyyən edilməlidir. Yalnız bu halda iddiaçılarınn mübahisə predmeti olan tikiliyə dair qeyd edilən iddia tələbinin irəli sürülməsinə dair subyektiv hüquqa malik olmaları halı ortaya çıxmış olur. İndiki halda mübahisə predmeti olan fərdi yaşayış evinin tikintisi zamanı müvafiq qaydalara əməl edilməməsi halı müəyyən edilmiş olsa da, qeyd edilən halın ciddi pozuntu qismində çıxış etməklə, iddiaçıların mülkiyyət hüquqlarına qəsd etməsi, mülkiyyət hüquqlarının pozulmasına, mülkiyyət hüququ əsasında onlara məxsus olan əmlakdan (fərdi yaşayış evindən) istifadə etmələrinə, sahiblik və sərəncam səlahiyyətlərinin realizə edilməsinə maneçilik törətməsi, habelə hər hansı formada mülkiyyət hüquqlarının pozulmasına səbəb olması halı müəyyən edilməmişdir. İddianın təmin olunmaması üçün əsas təşkil edən digər hal ondan ibarətdir ki, iddiaçılar X1 və İddiaçı2 Salman qızının Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə qarşı “Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin üçüncü şəxs Cavabdeh verdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında tikinti üçün verilmiş 2018-ci il tarixli eskiz lahiyəsinin qanunsuz hesab edilməklə, həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsinin etibarsız hesab edilməsi tələbinə” dair inzibati iş üzrə keçirilmiş ekspertizaların nəticələrinə dair rəylərdən görünür ki, həmin rəylərdə Cavabdeh mülkiyyətində olan torpaq sahəsində inşası yarımçıq qalmış mövcud tikilinin faktiki vəziyyəti nəzərə alınmaqla deyil, həmin tikilinin layihəsi və layihələrdə nəzərdə tutulmuş ölçülər əsas götürülərək layihə üzrə tikilinin şəhərsalma və tikinti norma və qaydalarına uyğun olmaması qeyd olunmuşdur. Belə ki, rəylərdə eskiz layihəsi üzrə tikilinin divarının xarici hündürlüyünün 11,30 metr təşkil etdiyinin, həmçinin ümumi tikinti altı sahəsinin 679,0 m2 kimi nəzərdə tutulduğunun, bunun isə qonşu sahələrlə ara məsafəsinə dair normativ ölçülərin pozulmasına səbəb olduğu qeyd olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, mübahisələndirilən tikili başa çatmamışdır, tikilinin yalnız birinci mərtəbəsinin karkası inşa edilmişdir. Sonradan isə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 10/5346 saylı ekspert rəyində Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi 76-cı məhəllə, 175 saylı ünvanda inşa edilmiş yarımçıq tikilinin Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə və şəhərsalma və tikinti norma və qaydalarının tələblərinə uyğun faktiki yarımçıq tikilidə rekonstruksiya işləri aparılmaqla fərdi yaşayış evi kimi inşasına davam etdirilməsinin və sözügedən yarımçıq binanın qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi və istifadəsinin faktiki yarımçıq tikilidə rekonstruksiya işləri aparılmaqla və Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun inşa olunmaqla mümkün olması nəticəsinə gəlinmişdir. Yuxarıda qeyd olunan ekspert rəyləri ilə gəlinən nəticələr bu xüsusatlara əsaslanmışdır ki: 1) Sumqayıt Şəhər İcra Hakimiyyətinin 76 saylı, 04 aprel 2018-ci il tarixli sərəncamına əsasən Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında yerləşən 800 kv.m torpaq sahəsində razılaşdırılmış lahiyəyə uyğun olaraq obyektin layihələşdirilməsinə və tikintisinə icazə verilərkən inşa ediləcək qeyri-yaşayış binasının divarının xarici hündürlüyünün 11,30 metr, ümumi tikinti altı sahəsinin isə 679,0 m2 olması nəzərdə tutulmuşdur. Buna görə də, məhkəmə-tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli, 17139 saylı rəyində ara məsafəsinə dair normativ qaydaların pozulduğu nəticəsinə gəlinmişdir. 2) Məhkəmə-tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-10/5346 saylı ekspert rəyində isə faktiki mövcud olan yarımçıq tikilinin vəziyyəti və ölçüləri əsas götürülərək bu nəticəyə gəlinmişdir ki, həmin yarımçıq tikilinin fərdi yaşayış evi kimi inşasının davam etdirilməsi tikinti norma və qaydalarına əsasən mümkündür. Qeyd olunduğu kimi, cavabdeh tərəfindən artıq mövcud tikilinin fərdi yaşayış evi kimi tikintisinin davam etdirilməsinin nəzərdə tutulduğu yeni baş plan və memarlıqplanlaşdlrma bölməsi hazırladılmış və təsdiq edilməsi üçün aidiyyəti üzrə təqdim olunmuşdur. Bu göstərilənlər digər əsasla sübut edir ki, mübahisələndirilən tikili özbaşına tikili hesab edilə bilməz. Belə ki, həmin tikilinin fərdi yaşayış evi kimi tikintisinin davam etdirilməsinin mümkünlüyü barədə ekspert rəyi mövcuddur və cavabdeh tərəfindən ekspert rəyində göstərilənlər nəzərə alınmaqla tərtib edilmiş layihə sənədləri aidiyyəti icra hakimiyyəti orqanına təqdim olunmuşdur. Məhkəmənin nəzərinə çatdırırlar ki, yeni layihədə layihələndirilən fərdi yaşayış evinin 1 mərtəbəli olması, xarici divarının hündürlüyünün 4 metr olması və ümumi tikinti sahəsinin isə 293,6 kv.metr təşkil etməsi nəzərdə tutulmuşdur ki, bu ölçülər mövcud şəhərsalma və tikinti norma qaydalarına və qonşuluqda yerləşən fərdi yaşayış evlərinin ümumi tikinti əmsallarına, onların öz aralarında olan, ümumən həmin ərazinin planlaşdırma sənədlərində nəzərdə tutulmuş ara məsafələrinə və digər qaydalara tam uyğundur. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmənin nəzərinə çatdırırlar ki, əvvəla iddiaçıların hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqları yoxdur. Digər tərəfdən mübahisələndirilən yarımçıq tikilinin özbaşına tikili hesab edilməsi üçün heç bir əsas yoxdur. Buna görə də, iddia rədd edilməlidir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, ekspertin rəyinə baxmayaraq iddiaçı tərəf razı deyil və onun sökülməsini tələb edir. Onun tərəf də başa düşür ki, bu günki gündə sökülüb yenidən eyni yaşayış sahəsi tikilicəksə onun sökülməyinin mənası yoxdur. Onunla bağlı sərəncam verildiyi halda razılıq əldə oluna bilər. İndiki vəziyyətdə həmin sərəncamın olmaması səbəbindən hesab edirlə ki, iddia tələbi təmin olunmalıdır. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında izahatı alınmış İddiaçı2 izahatında göstərmişdir ki, hal-hazırda mübahisəli yerdə hər hansı işlər getmir. Artıq beş ildir ki, dayanmışdır. Hal-hazırda cavabdehin ev tikəcəyi və yaxud üstünü bağlayıb nəyəsə çevirəcəklərini bilmirlər. Onları bir neçə dəfə aldatmışlar. Ev tikiləcək deyib, market tikmişlər. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. 29 aprel 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, cəmi bir prosses olmuş və icraat dayandırılmışdır. Bu səbəbən də iddia tələbinə qarşı etirazı məhkəməyə təqdim etməmişlər. İcra Hakimiyyətinə qarşı inzibati məhkəmədə iddia qaldırılmışdır. Onlar obyekt tikintisi üçün müraciət etmişdirlər. İcra Hakimiyyəti tərəfindən onlara icazə verilmişdir. Rəna və Raya cavabdehin sağ və sol qonşularıdır. Tikinti vaxtı onlar məhkəməyə müraciət etmişlər. İnzibati məhkəmə İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamı ləğv etmişlər. Onlar da sərəncamın ləğv edilməsi ilə bağlı qərarı mübahisələndirmişdirlər. Həmin iş üzrə ekspertiza təyin edilmiş və bildirilmişdir ki, həmin tikilini yaşayış evinə çevirmək olar. Bundan sonra danışıqlar aparılmış və onlar iddianı geri götürmüş və mübahisəni məhkəmədənkənar həll etmək istəyirdilər. Hazırki iş üzrə icraat təzələndiyindən iddia tələbinə qarşı etirazı hazırki mərhələdə təqdim etmişlər. İlk layihədə 2 mərtəbəli qeyriyaşayış binası olmalı idi. Hazırki tələb üzrə iddiaçılar – sağ və sol qonşular qeyri-yaşayış binasının hündürlüyünə görə şikayət etmişdirlər ki, həyətlərinin içərisi görünəcəkdir. Əvvəllər həmin ünvanda ev olmuşdur. Cavabdeh sonradan qeyri-yaşayış binası tikmək istəmişdir. Hazırda tikili yarımçıq qalmış, ikinci mərtəbə tikilməmişdir. Yaşayış üçün münasibdir. Bununla bağlı ekspertiza rəyi də vardır. 2 mərtəbə nəzərdə tutulmuşdur. Cavabdeh daha 2 mərtəbəli tikməyəcəkdir. Bir mərtəbəli yaşayış üçün münasib evə çevirəcəkdir. Burada subyektiv hüquq da vardır. Əgər qanunsuz tikilidirsə, İcra Hakimiyyəti müraciət etməlidir. Hal-hazırki tikili iddiaçıların hansı hüququnu pozur və yaxud həmin tikili sökülmüşdür. 1961-ci il tarixdə tikilən ev olmuşdur. Bərpa etmək mümkün olmadığına görə həmin tikili sökülmüşdür. 31 may 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, mövcud tikilinin təyinatını dəyişdirmək istəyirlər. Layihə var, İH-nə vermişlər, təsdiq olunmalıdır. Ekspert rəyi də vardır. Tikili bir mərtəbəlidir. Bu gün layihə üzrə tikinti aparılsa belə, yenə həmin tikili tikiləcəkdir. Bir mərtəbəli tikilidir, sadəcə üstünü örtəcəkdirlər. Hazırki mövcud tikili iddiaçıların heç bir subyektiv hüquqlarına toxunmur. Tikintinin sökülməsi də cavabdehin hüququnu pozur. Adi tikilidir, öz həyətində qalmış, bu gün onun sökülməsi iddiaçılara nə verəcəkdir. Eyni kvadrat üzrə tikiləcəkdir. Onlar iki mərtəbəli tikəcəkdirlər. Lakin sərəncam ləğv olunduğuna görə birinci mərtəbənin üstünü bağlayacaqdırlar. Ondan sonra isə ev olacaqdır. Hazırki iddia isə qərəzdən irəli gələn iddiadır. Cavabdehə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə cavabdeh tərəfin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə və İddiaçı2 izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş üzrə AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 ünvan 5 ünvanında qeydiyyatdadır. İş üzrə xx.xx.2022-ci il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödəmişdir. İş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin İddiaçı2 ünvanlanmış 2249 nömrəli, 13 oktyabr 2022-ci il tarixli sorğuya cavabdan görünür ki, o, xx.xx.2012-ci il tarixdə ölmüş əri – X2 miras əmlakının qəbulu üçün Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmiş və X2 vərəsəsi kimi tanınmışdır. İş üzrə Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 571 nömrəli arayışdan görünür ki, İbrahimov Raya Salam qızı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 176 nömrəli evdə qeydiyyatdadır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 adına xüsusi mülkiyyət hüququ əsasında tam payda ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmişdir. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 108/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(118)-62/2021 nömrəli qərarının ləğv edilməsi, iddianın mümkün hesab edilməməsi qərara alınmışdır. İş üzrə xx.xx.2022-ci il tarixli 119 saylı cavab məktubunda Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə ərazisində yerləşən Cavabdeh məxsus qeyri-yaşayış binasının memarlıq-planlaşdırma həllinin (eskiz layihəsi) Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 263 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamına əsasən ləğv edildiyi göstərilmişdir. Həmin məktuba əlavə edilmiş qeyri-yaşayış binasının memarlıq-planlaşdırma həllinin surətinin üzərində də onun Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 263 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamına əsasən ləğv edildiyi qeyd edilmiş və həmin qeyd cavabdehin rəis vəzifəsini icra edənin imzası və möhürü ilə təsdiqlənmişdir. İş üzrə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 263 nömrəli sərəncamından görünür ki, həmin sərəncamla ünvan 2 ünvanında qeyri-yaşayış obyekti layihələndirilərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 66-cı və 69-cu maddələrinin tələbləri, ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı nəzərə alınmadığından “Obyektin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 76 nömrəli, 04 aprel 2018-ci il tarixli sərəncamı ləğv edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi, Memarlıq və Şəhərsalma İdarəsinin sərəncamdan irəli gələn məsələləri həll etməsi qərara alınmışdır. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7541/2022 saylı, xx.xx.2022-ci tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə 2-1(118)-4080/2022 saylı işə mahiyyəti üzrə baxılıb, çıxarılacaq yekun qərar qüvvəyə minənədək iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-262/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-17/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işin icraatının təzələnməsi qərara alınmışdır. İş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/5346 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi, 76-cı məhəllə, 175 saylı ünvanda inşa edilmiş yarımçıq tikilinin Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə və şəhərsalma və tikinti norma və qaydalarının tələblərinə uyğun faktiki yarımçıq tikilidə rekontruksiya işləri aparılmaqla fərdi yaşayış evi kimi inşasına davam etdirilməsi mümkündür. Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi, 76-cı məhəllə, 175 saylı ünvanda tikilmiş binanın qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi və istifadəsi faktiki yarımçıq tikilidə rekonstruksiya işləri aparılmaqla və Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun inşa olunmaqla mümkündür. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında tam payda ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz Əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, indiki halda iddiaçının iddia tələbi məhz cavabdehə məxsus fərdi yaşayış evinin qanunsuz tikili kimi onun öz hesabına sökülməsindən ibarət olmuş, iddia tələbinin əsası kimi həmin tikilinin qanunsuz olması və onun mülkiyyət hüququnu pozması ilə əsaslandırmışdır. Bu halda, hazırkı mülki iş üzrə mübahisə predmeti olan tikilinin qanunsuz tikili olub-olmaması halı müəyyən edilməklə yanaşı, həmin tikilinin iddiaçının mülkiyyət hüquqlarına qəsd edib-etməməsi, onun üçün təhlükə törədibtörətməməsi, mülkiyyət hüquqlarının realizəsi üçün hər hansı maneə yaradıb-yaratmaması halı, onlar arasında səbəbli əlaqənin olması halı müəyyən edilməlidir. Yalnız bu halda iddiaçıların mübahisə predmeti olan tikiliyə dair qeyd edilən iddia tələbinin irəli sürülməsinə dair subyektiv hüquqa malik olması halı ortaya çıxmış olur. İndiki halda mübahisə predmeti olan fərdi yaşayış evinin tikintisi, onun qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı müvafiq qaydalara (habelə iş üzrə müəyyən edilmiş digər tikinti norma və qaydalarına) əməl edilməməsi halı müəyyən edilmiş olsa da, qeyd edilən halın ciddi pozuntu qismində çıxış etməklə, iddiaçıların mülkiyyət hüququna qəsd etməsi, mülkiyyət hüquqlarının pozulmasına, mülkiyyət hüququ əsasında ona məxsus olan əmlakdan (fərdi yaşayış evindən) istifadə etməsinə, sahiblik və sərəncam səlahiyyətlərinin realizə edilməsinə maneçilik törətməsi, habelə hər hansı formada mülkiyyət hüquqlarının pozulmasına səbəb olması halı müəyyən edilməmişdir. Həmçinin, mübahisə predmeti olan tikilinin tikilməsi nəticəsində icazə və digər sənədlərin ləğv edilməsinə baxmayaraq cavabdeh inşa etdiyi özbaşına tikilini bu vaxta kimi sökmədiyindən iddiaçıların hüquqlarının və qanuni-mənafelərinin pozuntusu halı müəyyən edilməmiş, iddiaçı tərəfindən də qeyd edilən halla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçının iddia tələbi ona məxsus yaşayış evinə vurulmuş maddi ziyanın aradan qaldırılması (müəyyən edilməsi) ilə bağlı olmamış, tikilinin qanunsuz tikili kimi sökülməsi ilə bağlı olmuş, mübahisə predmeti olan tikilinin tikilməsi nəticəsində icazə və digər sənədlərin ləğv edilməsinə baxmayaraq cavabdeh inşa etdiyi özbaşına tikilini bu vaxta kimi sökmədiyindən iddiaçıların hüquqlarının və qanuni-mənafelərinin pozulması kimi hallara istinad edilmişdir. Bu baxımdan, hətta həmin hal müəyyən edilmiş olsa idi belə, qeyd edilən hal o halda iddia tələbinin əsası kimi çıxış edə bilərdi ki, pozuntu iddiaçının mülkiyyət hüquqlarını əhəmiyyətli dərəcədə pozmaqla (mülkiyyət hüququnun həyata keçirilməsinin mümkün olmaması, həyat və sağlamlıq üçün real təhlükəli hal olması, həmin pozuntunun başqa qaydada aradan qaldırılmasının qeyri-mümkün olması və bu kimi digər hallar) mülkiyyət hüququna qəsd kimi mövcud olmuş olsun. Mülki Məcəllə 30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.2 Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 69.1 Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Maddə 69.2 Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Maddə 69.4 Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Maddə 69.5.2-1 Bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi ölçüsündə müyyən olunur. Maddə 74.1 Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 74.2 Bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Maddə 76.3 Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Nəzərə alınmalıdır ki, baxılan işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçının sökülməsini tələb etdiyi tikilinin fərdi yaşayış evi kimi inşasına Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmaqla başlanmış, eyni zamanda sonradan təyinatının qeyri-yaşayış sahəsinə çevrilməsi də həmin orqanla razılaşdırılmış və tikinti obyektinin istismarına icazə verilmiş, daha sonra isə həmin icazə ilə tikintisinə icazə verilmiş müvafiq qeyri-yaşayış binasının memarlıq-planlaşdırma həlli (eskiz layihəsi) isə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ləğv edilmişdir. Mövcud vəziyyətdə mübahisəli tikilinin sökülməsi tələbinin təmin olunması iki halda mümkün ola bilər: 1) tikili razılaşdırılmış layihə sənədlərinə uyğun inşa edilməsin (həmin sənəddən kənara çıxmaqla inşa edilsin) və bu hal iddiaçının hüquqlarına və qanuni mənafelərinə toxunsun; 2) tikilinin mövcudluğu iddiaçının hüquqlarına və qanuni maraqlarına zidd olsun, onun özünün sağlamlığı və əmlakına real təhlükə yaratsın. Lakin iddiaçıların da məhkəmə iclasında bildirdiyi kimi, mübahisəli tikilinin tikintisi artıq beş ildir ki, dayanmışdır. Hazırkı iş üzrə təyin edilmiş ekspertiza əsasında məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi, 76-cı məhəllə, 175 saylı ünvanda inşa edilmiş yarımçıq tikilinin Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə və şəhərsalma və tikinti norma və qaydalarının tələblərinə uyğun faktiki yarımçıq tikilidə rekontruksiya işləri aparılmaqla fərdi yaşayış evi kimi inşasına davam etdirilməsi mümkündür. Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi, 76-cı məhəllə, 175 saylı ünvanda tikilmiş binanın qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi və istifadəsi faktiki yarımçıq tikilidə rekonstruksiya işləri aparılmaqla və Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun inşa olunmaqla mümkündür. Məhkəmə qeyd edir ki, işin tədqiq olunan faktiki halları onu deməyə əsas verir ki, Cavabdeh məxsus fərdi yaşayış evi inşa edilərkən həmin tikilinin təsdiq edilmiş eskiz layihəsindən qismən də olsa kənara çıxma halları olmuşdur. İlk növbədə qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi və istifadəsi faktiki yarımçıq tikilidə rekonstruksiya işləri aparılmaqla və Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun inşa olunmaqla mümkündür. Lakin daha öncə istinad olunan Məcəllənin tələblərindən aydın olur ki, hazırkı iş üzrə Cavabdeh məxsus tikilinin sökülməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə məxsusdur. Mənzil Məcəlləsinin 2.1-ci maddəsində mənzil hüquqlarının əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə sökülür. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Qeyd edilən Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 695 saylı Fərmanının 4.10cu bəndinə əsasən həmin Məcəllənin 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü,95.5ci (birinci halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının qanunsuz tikilinin sökülməsi barədə iddia qaldırmağa subyektiv hüququ olmadığından, iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib- etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını nəzərə alan məhkəmə bu qənaətə gəlir ki, irəli sürülmüş iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti) qarşı Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı1 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-17/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-17/2024
27.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver