Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-170/2022 28.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən tikilmiş eyvanın sökülməsi və digər tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh oğluna (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tikinti normalarına zidd tikilmiş eyvanın onun hesabına sökülməsi və həmçinin iddiaçının torpaq sahəsinə baxan pəncərələrin ləğv edilərək daşla hörülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri Corat qəsəbəsi, 71-ci məhəllə 8 saylı ev iddiaçının X1na məxsus olmuşdur. X1 26.11.2006-cı ildə ölmüşdür. Atasının ölümündən sonra miras qalmış Sumqayıt şəhəri, 71-ci məhəllə, 8 saylı evi faktiki miras kimi qəbul edərək orada yaşayır. Qonşusu olan cavabdeh ona verilmiş icazə sənədlərindən kənarar çıxaraq qonşu ilə ara məsafəsini gözləmədən fərdi yaşayış evinin tikintisini aparır. Həmin hal Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 15.12.2020-ci il tarixli arayışı ilə təsdiqini tapır. Hazırda cavabdehin tikdiyi yaşayış evinin eyvanı iddiaçının yaşadığı torpaq sahəsinə düşür. Dəfələrlə bu barədə cavabdehə müraciət etsə də, cavabdeh buna məhəl qoymayaraq, icazə sənədlərindən kənara çıxaraq, tikintinin inşasını davam etdirir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sumqayıt Şəhər Məhkəmsinin 07.10.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır. 31.03.2022-ci il tarixində ekspert rəyi iş materialları ilə birlikdə məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, ekspert rəyində də tikilinin inşası zamanı müvafiq qanunvericilikdə nəzərdə tutulmuş normalara uyğun inşa edilmədiyi göstərilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi və ekspert rəyi ilə razı deyildir. Sözügedən tikili tikilən zaman Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsindən əməkdaşlar gəlmiş və tikinti normalarının pozulası ilə bağlı irad bildirməmişlər. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1964-cü ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1980-ci ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş qeydiyyat vəsiqəsi ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 71, ev 8 Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 27 sentyabr 1990-ci il tarixli qərarı əsasında X2 adına qeydə alınmışdır. Ölüm haqqında şəhadətnamənin notarial qydada təsdiq edilmiş surətinə əsaəsn X4 26.11.2006-cı ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş çıxarışa əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 71-ci məhəllə, 10 saylı fərdi yaşayış evi cavabdehə məxsusdur. İş materiallarına "xxxx" MMC-nin cavabdehə məxsus torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin memarlıq planlaşdırma bölməsi əlavə edilmişdir. İş materiallarına ərazinin fotoşəkilləri əlavə edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin iddiaçıya ünvanlanmış oxşar məzmunlu 15.12.2020-ci il, 08.01.2021-ci il və 17.03.2021-ci il tarixli məktublarında cavabdehin ünvan 4 ünvanında verilmiş icazə sənədlərindən kənara çıxaraq, qonşu ilə ara məsafəsi gözləmədən fərdi yaşayış evinin tikintisini apardığı və bununa bağlı aidiyyəti qurumların məlumatlandırıldığı bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.03.2022-ci il tarixli, 10/6131 saylı ekspert rəyində göstərilmişdir ki, mübahisə predmeti olan tikilinin mülki iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş memarlıq və planlaşdırma sənədinin mövqe planında qeyd olunan ölçülərə uyğun inşa edilmədiyi müəyyən olunur. Mübahisə predmeti olan tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin müvafiq bəndlərinin tələbinin pozulduğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). Mülki Məcəlləyə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (180.4.). Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən tikinti normalarına zidd tikilmiş eyvanın onun hesabına sökülməsini xahiş edir. İş materiallarından və ekspert rəyindən də göründüyü kimi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 71-ci məhəllədə cavabdeh tərəfindən inşa edilmiş eyvan Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş memarlıq və planlaşdırma sənədinin mövqe planında qeyd olunan ölçülərə uyğun edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia cavabdeh tərəfindən inşa edlmiş eyvanın onun hesabına sökülməsi hissəsində təmin edilməlidir. Mülki Məcəllədə göstərilmişdir ki, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz (171.1.). İşdən göründüyü kimi iddiaçı həmçinin torpaq sahəsinə baxan pəncərələrin ləğv edilərək daşla hörülməsini məhkəmədən xahiş edir. Lakin məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə baxan pəncərələrin mövcudluğu onun öz sahəsindən istifadəsinə maneçilik yaratmadığı, hüququnu əhəmiyyətli dərəcədə pozmadığı üçün iddia həmin hissədə əsaslı hesab edilə və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 4 ünvanında inşa edilmiş eyvan onun öz hesabına sökülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-170/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-170/2022
28.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver