Məhkəmə qərarları › İş №2(060)-1711/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1711/2022

06.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1711/2022 06.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «hesablanmış borcun silinməsi” tələbinə diar iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən elektrik enerjisinə görə hesablanmış 304.79 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında işə mahiyyəti üzrə baxılıb iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Ona görə də, hesab edirlər ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən , hazırki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğunu nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4169/2020 saylı, 03.11.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «hesablanmış borcun silinməsi” tələbi qismən təmin edilmiş, İddiaçı istifadəsində olan (abonent kodu:**********00475) Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 75 saylı(Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, ev 0240, mənzil 0475) fərdi yaşayış evinə cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 596.77 (beş yüz doxsan altı manat, yetmiş yeddi qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2. maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi varsa, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar