Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1732/2022 10.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, 6 saylı otağında ona məxsus olan yorğandöşəyin çıxarılaraq otağın boşaldılması və qapının qırılması ilə əlaqədar vurulmuş zərərin (300 AZN) zərərçəkənin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 14 saylı yataqxana Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 19 noyabr 2007-ci il tarixli 377 saylı sərəncamı ilə MKTİB-nin balansına verilmişdir. Sözü gedən 42-ci məhəllə, yataqxana 14, otaq 6 X9 tərəfindən 07.07.1999-cu il tarixində Həsənov Natiq Həsən oğluna verilmişdir. Həsənov Natiq Həsən oğlu orada qeyri-rəsmi olaraq, X5 ilə vəfat edənə qədər yaşamışdır. Həsənov Natiq 2012-ci ildə vəfat etmişdir. Qonşuların verdiyi məlumata görə X5 orada yaşadığı müddət ərzində həmin yataqxananın 30-cu mənzilində yaşayan Cavabdeh 5-6 dəst yorğan döşəyini yerinin dar olduğunu bəhanə edərək, onun otağına yığmışdır. X5 2020-ci ildə vəfat etmişdir. Ə.Aytəkinin vəfatından sonra onun bacısı bütün əşyaları oradan aparmış, otağın açarlarını 8 saylı MKS-yə təhvil vermişdir. 6 saylı otaq 12.02.2021-ci il tarixindən mənzilin keçmiş sahibi Həsənov Natiqin oğlu, Həsənli Ülvi Natiq oğluna Kirayə müqaviləsi əsasında verilmişdir. Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi, 8 saylı MKS-nin rəhbərliyi və Həsənli Ülvi Natiq oğlu tərəfindən dəfələrlə Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, ona aid olan əşyaları otaqdan götürməmiş və ailə üzvlərinin sayının çox olmasını bildirərək, otağın ona verilməsini tələb etmişdir. Bu səbəbdən Həsənli Ülvi Natiq oğlu həmin otağa köçə bilmir. Ülvi Həsənlinin müraciətini nəzərə alaraq 23.01.2022-ci il tarixində MKTİB və ərazinin MKS işçiləri tərəfindən qanunsuz yığılmış yorğan-döşəyin otaqdan boşaldılması barədə komissiya yaradılmışdır. Komissiya tərəfindən otaqda olan yorğan-döşək oradan çıxarılaraq akt əsasında anbara aparılarkən, Telmiranın həyat yoldaşı X6 buna imkan verməmiş və aktı imzalayaraq yorğan-döşəyi təhvil alaraq evinə aparmışdır. Otaq boşaldıldıqdan sonra Həsənli Ülvi tərəfindən otağın qıfılı dəyişdirilmişdir. Lakin, komissiya üzvləri getdikdən sonra Cavabdeh oraya gəlmiş, otağın qapısını qıraraq yorğan-döşəyi yenidən otağa yığmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, ona məxsus olan əşyalar yataqxananın 6 saylı otağına Mənzil Kommunal İstehsalat Birliyinin rəisinin razılığı ilə yığılmışdır. Əliyeva Aytəkin vəfat edənədək 9 il həmin xanıma onun baxdığını bildirdi. 6 ildir ki, əşyaları həmin otaqdadır. Həmin otağın ona verilməsini bildirsələr də, verməmişlər. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-X2 İstismar Birliyinin 18 saylı 17.12.2007-ci il tarixli əmrinin surətindən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 19 noyabr 2007-ci il tarixli 377 saylı sərəncamına əsasən Sumqayıt şəhəri, 42ci məhəllə, yataqxana 14, otaq 6 Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin balansına verilmişdir. - 8 saylı Mənzil Kommunal Sahəsinin 12.01.2022-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, otaq 6 X9 tərəfindən 07.07.1999-cu ildə Həsənov Natiq Həsən oğluna verilmiş, otağın sahibi Həsənov Natiq Həsən oğlu 28.02.2012-ci ildə ölmüşdür. X1 Natiq Həsən oğlunun nikahsız arvadı olmuşdur, Aytəkin 2020-ci ildə ölmüşdür. Həsənov Ülvi Natiq oğlu Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, otaq 6 ünvanlna sosial kirayə müqaviləsi əsasında qeydiyyata düşmüşdür. -23.01.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, otaq 6 kirayə müqaviləsi əsasənda Həsənli Ülvi Natiq oğluna verilmişdir. Əvvəllər həmin mənzildə yaşamış X5 öldükdən sonra X3 aid əşyalar onun bacısı tərəfindən oradan aparılmışdır. Həmin otaqda qalan 8-9 dəst yorğan-döşək isə həmin yataqxananın 30-cu mənzilində yaşayan Cavabdeh aid olduğu bildirilmişdir. Xəbərdarlıqlara baxmayaraq Cavabdeh ona məxsus əşyaları həmin otaqdan götürmək istəməmişdir. Ona görə də yorğan-döşək MKTİB-nin Təmir-Tikinti İdarəsinin anbarına təhvil verilmişdir. - 12.02.2021-ci il tarixli, 14 saylı Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında sosial kirayə müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 14 saylı yataqxananın 6 saylı otağı Həsənli Ülvi Natiq oğluna verilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 14 saylı yataqxana Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 19 noyabr 2007-ci il tarixli 377 saylı sərəncamı ilə MKTİB-nin balansına verilmişdir. Sözü gedən 42-ci məhəllə, yataqxana 14, otaq 6 X9 tərəfindən 07.07.1999-cu il tarixində Həsənov Natiq Həsən oğluna verilmişdir. Həsənov Natiq Həsən oğlu orada qeyri-rəsmi olaraq, X5 ilə vəfat edənə qədər yaşamışdır. Həsənov Natiq 2012-ci ildə vəfat etmişdir. Qonşuların verdiyi məlumata görə X5 orada yaşadığı müddət ərzində həmin yataqxananın 30-cu mənzilində yaşayan Cavabdeh 5-6 dəst yorğan döşəyini yerinin dar olduğunu bəhanə edərək, onun otağına yığmışdır. X5 2020-ci ildə vəfat etmişdir. Ə.Aytəkinin vəfatından sonra onun bacısı bütün əşyaları oradan aparmış, otağın açarlarını 8 saylı MKS-yə təhvil vermişdir. 6 saylı otaq 12.02.2021-ci il tarixindən mənzilin keçmiş sahibi Həsənov Natiqin oğlu, Həsənli Ülvi Natiq oğluna Kirayə müqaviləsi əsasında verilmişdir. Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi, 8 saylı MKS-nin rəhbərliyi və Həsənli Ülvi Natiq oğlu tərəfindən dəfələrlə Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, ona aid olan əşyaları otaqdan götürməmiş və ailə üzvlərinin sayının çox olmasını bildirərək, otağın ona verilməsini tələb etmişdir. Bu səbəbdən Həsənli Ülvi Natiq oğlu həmin otağa köçə bilmir. Ülvi Həsənlinin müraciətini nəzərə alaraq 23.01.2022-ci il tarixində MKTİB və ərazinin MKS işçiləri tərəfindən qanunsuz yığılmış yorğan-döşəyin otaqdan boşaldılması barədə komissiya yaradılmışdır. Komissiya tərəfindən otaqda olan yorğan-döşək oradan çıxarılaraq akt əsasında anbara aparılarkən, Telmiranın həyat yoldaşı X6 buna imkan verməmiş və aktı imzalayaraq yorğan-döşəyi təhvil alaraq evinə aparmışdır. Otaq boşaldıldıqdan sonra Həsənli Ülvi tərəfindən otağın qıfılı dəyişdirilmişdir. Lakin, komissiya üzvləri getdikdən sonra Cavabdeh oraya gəlmiş, otağın qapısını qıraraq yorğan-döşəyi yenidən otağa yığmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsininin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin Məcəllənin 153.2-ci maddəsinə əsasən qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə (bundan sonra – Mənzil Məcəlləsi) əsasən mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur (17.1.). Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu (17.2.). İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu (17.3.). Xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir (91.1.1). Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir (92). Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən- Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, otaq 6 Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 19.11.2007-ci il tarixli 377 saylı sərəncamı ilə MKTİB-nin balansına verilmişdir. Həmin otaq 12.02.2021-ci il tarixli sosial kirayə müqaviləsi əsasında Həsənli Ülvi Natiq oğluna verilmişdir. Həmin yataqxananın 30 saylı otağında yaşayan Cavabdeh özünə məxsus olan əşyaları 14 saylı yataqxananın 6 saylı mənzilinə qanunsuz yerləşdirmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh həmin əşyaları götürməkdən imtina etmişdir. 23.01.2022-ci il tarixində MKTİB və ərazinin MKS işçiləri tərəfindən qanunsuz yığılmış yorğan-döşəyin otaqdan boşaldılması barədə komissiya yaradılmışdır. Komissiya tərəfindən otaqda olan yorğan-döşək oradan çıxarılaraq akt əsasında anbara aparılarkən, Telmiranın həyat yoldaşı X6 buna imkan verməmiş və aktı imzalayaraq yorğan-döşəyi təhvil alaraq evinə aparmışdır. Otaq boşaldıldıqdan sonra Həsənli Ülvi tərəfindən otağın qıfılı dəyişdirilmişdir.Lakin, komissiya üzvləri getdikdən sonra Cavabdeh oraya gəlmiş, otağın qapısını qıraraq yorğan-döşəyi yenidən otağa yığmışdır. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). Məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, otaq 6 ünvanında yerləşən yaşayış sahəsi Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olduğu üçün iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir. Məhkəmə iddia tələbinin vurulmuş zərərin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddiaçı bununla bağlı sübut təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrəbüdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməkdən azad olan təşkilat olduğundan, iddia isə qiymətləndirilməyən iddia olduğundan Cavabdeh 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ona məxsus olan əşyaları Sumqayıt şəhəri, 42-ci məhəllə, 14 saylı yataqxananın 6 saylı otağından çıxarılmaqla həmin otaq boşaldılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İddianın verilməsinə görə 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-1732/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1732/2022
10.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver