Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1735/2024 16.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsna qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu il təvəllüdlü X3, xx.xx.2004-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2004-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
Ərizə onunla əsaslandırılmışdır ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müəyyən olunmalı şəxs-xx.xx.2004-cü il təvəllüdlü X7 ərizəçi onun övladıdır. X1 uşaqlıqdan “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik (İQ-20), daimi ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları, nitq qüsuru və özünə xəsarət yetirmələrlə” bağlı xəstəlikdən əziyyət çəkir. Ona müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Ona özü qulluq edir, daim kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Onun nikahı pozulmuş və X7 onun himayəsindədir. Bu səbəbdən məhkəməyə müraciət edərək xx.xx.2004-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini və Ərizəçi onlara qəyyum təyin edilməyini istəmişdir.
Tərəflərin mövqeləri:
3. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, övladı X4 ciddi əqli geriliyi vardır. Onu heç bir yerdə rəsmi şəkildə təmsil edə bilmir. X7 yaşadıqları evdə qeydiyyatda olduğundan onun adından rəsmi şəkildə edilə biləcək hərəkətləri edə bilmir. Sonda məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin lüzumsuz uzanmasının, ərizəçinin hüquqlarının vaxtında təmin edilməsinin yubanmasının qarşısının alınması məqsədilə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır.
Tədqiq olunan sübutlar:
5. AZ-İ 066119 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Ərizəçi arasında olan nikah ləğv edilmiş, bu barədə Sumqayıt şəhər VVADQ şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 37 nömrə ilə qeyd edilmişdir.
6. AZ-İ 548325 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2004-cü ildə anadan olmuşdur. X2, anası isə Ərizəçidır.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X6 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik (İQ-20), daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları, nitq qüsuru və özünəxəsarət yetirmə diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik təyin olunmuşdur.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2024-cü il tarixli, 1365 saylı rəyindən görünür ki, X5 ağır dərəcəli əqli gerilik davranış pozuntuları qeyd olunur. Bunu anamnestik məlumatlar- körpəlikdən psixofiziki inkişafdan geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, Sumqayıt Psixiatriya Xəstəxanasında müalicədə olması, xəstəliyi ilə əlaqədar İ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə qeyriadekvat daxil olması, ona ünvanlanan sualların bir qismini başa düşməməsi, təfəkkürünün primitivliyi, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyri-adekvatlığı, iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, davranışı üzərində nəzarətinin zəifləməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinmişdir ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 psixi inkişafın geriliyi qeyd olunur. D.O.Əliyevanın ətrafda baş verən hadisələrə reaksiyası qeyri-adekvatdır. X5 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə qeyd olunur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 31.1-ci maddəsinə əsasən, fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər; 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir;
11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edib, ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir.
13. Belə ki, X7 xx.xx.2004-cü ildə doğulmuşdur. Ərizəçi onun anasıdır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək övladının fəaliyyət qabiliyyətsiz hesab edilməsini məhkəmədən xahiş edir. X6 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik (İQ-20), daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları, nitq qüsuru və özünəxəsarət yetirmə diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik təyin olunmuşdur.
14. Məhkəmə tərəfindən xx.xx.2004-cü il təvəllüdlü X4 psixi vəziyyətinin öyrənilməsi məqsədilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2024cü il tarixli, 1365 saylı rəyində tədqiqatın nəticəsi olaraq X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik olmaması, X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas olduğu müəyyən edilmişdir.
15. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlər ilə birlikdə qiymətləndirərək qeyd edir ki, hazırki işin hallarının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və məhkəmənin özü müstəqil qaydada həmin halları müəyyən edə bilmədiyindən mötəbər sübut kimi qəbul edilməlidir.
16. Məhkəmə hesab edir ki, ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
17. Belə olan halda məhkəmə hesab edir ki, müqafiq ekspet rəyindən şəxsin tam fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olduğu müəyyən edildiyindən ərizə təmin edilməli, xx.xx.2004-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva