Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1769/2023 27.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın ləğv olunması və akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın ləğv olunması və akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 onun mülkiyyətindədir. Həmin evdə istifadə olunan qazın hesablanması üçün cavabdeh tərəfindən qoyulmuş sayğacın yoxlanılması zamanı sayğacın klapanın işlək olmaması, yivli birləşmələrdə korroziya izinin mövcudluğu, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması, sayğacın işləmə mexanizminin keçən qazın həcmini qeyd etməməsi, aşkar olunması müvafiq aktda qeyd olunmuşdur. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmuşdur. Bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş və sayğac yenisi ilə əvəz olunmuşdur. İtirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanaraq 1140 kub metr qazın itkisi üçün zərərin ödənilməsi onun üzərinə qoyulmuşdur. Bu isə 172.8 manat təşkil edir. İstifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacları cavabdeh tərəfindən ona məxsus evin daxilində deyil, hasarın çöl tərəfində yerləşdirilmişdir. Bu səbəbdən də həmin sayğacın hər hansı bir müdaxilədən, belə müdaxilə varsa belə, qorunmasının onun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Buna baxmayaraq cavabdeh təşkilat tərəfindən bu akt tərtib edilmişdir. Qeyd edir ki, həmin akt onun tərəfindən imzalanmamışdır. Hesab edir ki, əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmış və əsassız olaraq ona borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə bildirsə də hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət verməmişdir. Hansı əsasla, hansı qanunvericilik müddəasına görə qaz sayğacına olan müdaxiləyə görə onun məsuliyyət daşımalı olduğunu izah edə bilməmişlər. Qeyd edilənlərə əsasən məhkəmədən, ünvan 1 ünvanında, fərdi yaşayış evində istifadə olunan qaza görə quraşdırılmış qaz sayğacının dəyişdirilməsi və yenisi ilə əvəz olunması nəticəsində aparılmış yoxlama nəticəsində hesablanmış 1440 kub metr həcmində itirilmiş qaz sərfiyyatına görə hesablanmış 172.8 manat borcun və tərtib edilmiş qaz sayğacına müdaxilə edilməsi barədə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* saylı aktın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək bildirmişdir ki, akt əsasında hesablanmış borcun 172.80 manat və mediasiya üçün ödədiyi 50 manatın qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, 1440 kubmetrə görə 172.80 manat əssasız məbləğ yazılmışdır. Bildirdilər ki, sayğac düzgün işləməmişdir. Lakin o ayda 80-100 manat arasında ortalama olaraq ödəniş etmişdir. Hal-hazırki sayğac üzrə də ödəniş edir. Sayğac hasarın çölündə yerləşir. Heç bir müdaxilə etməmişdir. Nəzarətçiyə demiş və nəzarətçi bildirmişdir ki, problem ondan qaynaqlanmır. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 izahatında bildirdi ki, “Azəriqaz” İstehsalat Birliyinin heç kimlə şəxsi-qərəzli münasibəti mövcud deyildir. Sayğac çıxarılmış və labarotoriyaya göndərilmişdir. Onun əsasında isə akt tərtib olunmuşdur. Əhalinin sayına və ərazinin həcmindən asılı olaraq ayda bir və iki dəfə vaxtaşırı yoxlamalar keçirdilir. Sayğac yavaş-yavaş yazıb və keçən sərfiyyat isə az qeyd olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********00090) İddiaçı məxsus ünvan 2 ünvanında xx.xx.2022-ci il tarixdə Zenner G4T Smart tipli, **********138 nömrəli sayğac quraşdırılmışdır. 28 oktyabr 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, İddiaçı ünvanına ******* saylı, 28 oktyabr 2022-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 1440 kubmetr qaz itkisi hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 28 oktyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, aktda sayğacda qeyd olunan nöqsan sayğaca baxış keçirilməsi, yivli birləşmənin korroziyaya uğraması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi qeyd olunmuşdur. Qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi 25 oktyabr 2022-ci il tarixli, MSK-29/1710-03044-1 saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın klapanı işlə deyil, yivli birləşmələrində korroziya izinin mövcud olması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəng qoruyucu örtüyünün rəngindən fərqli olması, sayğacın yaddaş arxivinin oxunması, sayğacda istismar müddətində xx.xx.2012-ci il tarixdə ALARM-1 rejiminin aşkar olunması, xətaların təyin edilə bilməməsi, sayğacın membranının fasilələr ilə işləməsi səbəbindən sayğacı sınaq qurğusunda yoxlamağın mümkün olmaması, kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilməsi, kənar təsir izlərinin aşkar edilməməsi, sayğacın istismara yararsız olması kimi hallar qeyd olunmuşdur. 07 fevral 2023-cü il tarixli MŞS/MT030/2023-00146 №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, “Azəriqaz” İB ilkin mediasiyada iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, sayğaca baxış keçirilmiş, sayğacın klapanı işlək deyil, yivli birləşmələrində korroziya izinin mövcud olması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəng qoruyucu örtüyünün rəngindən fərqli olması, sayğacın yaddaş arxivinin oxunması, sayğacda istismar müddətində xx.xx.2012-ci il tarixdə ALARM-1 rejiminin aşkar olunması, xətaların təyin edilə bilməməsi, sayğacın membranının fasilələr ilə işləməsi səbəbindən sayğacı sınaq qurğusunda yoxlamağın mümkün olmaması, kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilməsi, kənar təsir izlərinin aşkar edilməməsi, sayğacın istismara yararsız olması kimi hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 172.8 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 28 oktyabr 2022-ci il tarixli, ******* №-li akta əsasən hesablanmış 172.8 manat borc abonentin hesabından (abonent kodu **********00090) silinməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı məxsus mənzildə cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 28 oktyabr 2022-ci il tarixli, ******* №-li akta əsasən hesablanmış 172.8 manat borc abonentin hesabından (abonent kodu **********00090) silinsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 50 (əlli) manat mediasiya xərci tutulub İddiaçı verilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1769/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1769/2023
27.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver