Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1791/2023 16.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi və maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyətsiz elan olunması tələbinə dair» ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü X12 Nazim qızının fəaliyyət qabiliyyətsiz elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda qeydiyyatda olan xx.xx.1988ci il təvəllüdlü Vəliyeva Könül Nazim qızı onun doğma bacısıdır. Onun doğum haqqında arayışının verilməsi barədə 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” X6 rəsmi qaydada ərizə ilə müraciət etsələr də 04 fevral 2023-cü il tarixli məktubla bildirilmişdir ki, ailə həyatına aid məlumatlar yalnız məhkəmənin müvafiq sorğusu əsasında cavablandırıla bilər. Bu səbəbdən də ərizəyə yalnız ərizəçiyə məxsus doğum haqqında şəhadətnamə əlavə edilmişdir. Nəzərə çatdırmaq istəyir ki, bacısı l qrup əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Kamissiyası tərəfindən verilmiş müayinəyə dair məlumatdan da müəyyən edilir ki, Vəliyeva Könül Nazim qızına "Şizofreniya paranoid forma, fasiləsiz gedişili, davamlı hallüsinator-paranoid sindromla, dərin psixi qüsur halı, (kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı var) əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Sol aşağı ətraf əzələlərinin atrofıyası. Sol aşağı ətrafın dayaq hərəkət və yerimə funksiyasının pozulması, sol bud sümüyünün boynunun yalançı oynağı. Sol aşağı ətrafın limfostazı, sol bud sümüyünün aşağı l/3-nin osteomieliti (postravmatik), sol bud-çanaq və diz oynaqlarının postravmatik kontrakturası, hər iki bud-çanaq oynağının lll-İV dərəcəli postravmatik koksartrozu, sol bud sümüyünün orta-aşağı 3-də birinin eksakortial osteo sintezindən sonrakı qeyri-düzgün bitişməyən sınığı, yalançı oynaq, digər neqativ pozuntular, xroniki tubulointerstisial nefrit, xroniki anemiya diaqnozları üzrə əlillik dərəcəsi verilmişdir. X12 Nazim qızı hal-hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində qeydiyyatda olmaqla stansionar müalicə alır. Qeyd edir ki, X12 Nazim qızı öz hərəkətlərini idarə edə və onların mənasını dərk etməyə qadir deyildir. Özünü idarə edə bilmir. Başqasının köməyinə ehtiyacı vardır. Bacısının ondan başqa heç kimi yoxdur. X3 İ4 dekabr 2022-ci il tarixdə ''Durğunluq ürək çatışmamazlığından" vəfat etmişdir. X1 24 yanvar 2017-ci il tarixdə "Kəskin sol mədəcik çatışmamazlığından” vəfat etmişdir. Ona görə də, məhkəməyə müraciət edərək bacısının fəaliyyət qabiliyyətsiz elan edilməsini və özünün ona qəyyum təyin edilməsini istəyir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmədə iştirak edən zaman ərizəni müdafiə edib, ərizəyə oxşar izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi A.V.Eyvazova ekspert rəyini nəzərə alaraq K.N.Vəliyevanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə məhkəmənin mülahizəsinə verdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə materiallarını nəzərdən keçirib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyaında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2018-ci il tarixli arayışın surətindən görünür ki, Vəliyeva Könül Nazim qızı birinci dərəcəli müddətsiz əlildir. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür kki, X9 xx.xx.2022-ci il tarixdə və X4 xx.xx.2017-ci il tarixdə ölmüşdürlər. İş materiallarınsa olan Azərbaycan Respublikasının Daxişi İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, Vəliyeva Könül Nazim qızı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 2, mənzil 86-da qeydiyyatdadır. İşə əlavə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi şəxsin Gəncə regional Ambulator Şöbəsinin 31 iyul 2023-cü il tarixli, 458 saylı rəyindən müəyyən edilir ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 2, mənzil 86-da yaşayan Vəliyeva Könül Nazim qızı “Şizofreniya paranoid forma xəstəliyi keçirdiyindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin ərizəsi üzrə qaldırıla bilər. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi şəxsin Gəncə regional Ambulator Şöbəsinin 31 iyul 2023-cü il tarixli, 458 saylı saylı rəyini nəzərə alaraq, məhkəmə 12 avqust 1988-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Vəliyeva Könül Nazim qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 12 avqust 1988-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Vəliyeva Könül Nazim qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-1791/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1791/2023
16.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver