Məhkəmə qərarları › İş №2(060)-18/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-18/2024

01.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-18/2024 01.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Behbudova Aynur Mirzalı qızının sədrliyi Həsənli Mehriban Hüseyn qızının katibliyi İlkin iddia üzrə iddiaçı qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı1, ilkin iddia üzrə iddiaçı qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı4 nümayəndəsi X11, ilkin iddia üzrə cavabdeh qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “kompensasiya ödəməklə pay hüququna xitam verilməsi” və payın naturada ayrılması tələbinə dair ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçılar qarışılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı “əmlakın paylara uyğun bölgüsü və naturada bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X14 Cavabdeh qarşı “kompensasiya ödəməklə pay hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8000 manat kompensasiya ödənilməklə onu Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllədə yerləşən 50 saylı A yaşayış evinin 5/70 hissəsinə olan pay hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışlar ki, mübahisəli ev Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllə, M.Qorki küçəsi, ev 50-də yerləşməklə “A” yaşayış evi olmaqla qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə əsasında onların aralarında bölünmüş və bu əmlak üzərində hər birinin payı müəyyən edilməklə adlarına çıxarış da verilmişdir. Cavabdeh bu evdə vərəsə payı 5/70 hissə təşkil edir. Göründüyü kimi onun miras əmlakdakı payı cüzidir. Lakin onun bu əmlakda payının olması səbəbindən onlar miras əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Həmin payın naturada ayrılması mümkün olmadığı üçün onlar paya uyğun kompensasiya ödənilməklə onun mülkiyyət hüquqlarına xitam verilməsi ilə bağlı hazırki iddianı təqdim edirlər. Onu da qeyd edirlər ki, cavabdeh S.Seyidova bu evdə yaşamır. Onun qeyd edilən ünvanda ayrıca mülkiyyətində “V” yaşayış evi vardır. O, həmin evdə yaşayır. Lakin cüzi payının olmasından istifadə edərək onlara bu əmlak üzərində sərəncam verməyə imkan vermir. Həmin payın da naturada ayrılması mümkünsüzdür. Çünki pay cüzi bir hissədir. Hazırki evin real bazar qiyməti 110800 manat təşkil edir. Cavabdehin bu evdə payının 5/70 hissədə olduğunu nəzərə alsalar ona 8000 (səkkiz min) manat kompensasiya ödəməyi məqsədəuyğun bilirlər. İlkin iddia üzrə iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllədə yerləşən 50 saylı “A” yaşayış evindən ona çatası 5/70 hissəsində payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavəni onunla əsaslandırmışlar ki, onlar, Cavabdeh qarşı 8000 (səkkiz min) manat kompensasiya ödənilməklə onun Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22ci məhəllədə yerləşən 50 saylı “A” yaşayış evinin 5/70 hissəsinə olan pay hüququna xitam verilməsi barədə iddia qaldırmışlar. Cavabdehin payı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22ci məhəllə, M.Qorki küçəsi, ev 50-də yerləşməklə “A” yaşayış evində Cavabdeh vərəsə payı 5/70 hissə təşkil edir. Göründüyü kimi onun miras əmlakdakı payı cüzidir. Lakin onun bu əmlakda payının olmaması səbəbindən onlar miras-əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli iddiaçı X5 ərizəsindən görünür ki, Cavabdeh qarşı verilən iddia tələblərinə dair ərizəni iddiaçı X14 imzalamamışdır. Ona görə də iddia tələblərindən ona dair hissədə imtina edilməsi və bu barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-512/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X5 Cavabdeh qarşı “kompensasiya ödəməklə pay hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə iddiaçı X12 dair hissədə xitam verilməsi qərara alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X5 Cavabdeh qarşı “əmlakın paylara uyğun bölgüsü və naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ona qarşı qaldırılmış iddianın rədd edilməsi və əmlakın real ölçüləri əsasında bütün mülkiyyətçilər arasında ünvan 1 ünvanında yerləşən mübahisəli evin paylara uyğun olaraq real bölgüsünün aparılması və payın naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, o, iddiaçıların iddia tələbini qəbul etmir. Belə ki, daşınmaz əmlakın fərdi yaşayış evinin çıxarışında yeni bölgü aparılarkən həmin evdə olan bütün tikililər və yardımçı sahələr də həmin bölgüyə salınmalıdır. Bunun üçün evin yeni texniki pasportu və çıxarışı hazırlanmalıdır. Həmin pasporta uyğun yeni qiymətləndirilmə aparılmalıdır. Yalnız həmin qiymət əsasında da texniki göstəricilərə uyğun olaraq evin sahəsi (həyətyanı tikililər nəzərə alınmaqla) müəyyən olunmalıdır. Yalnız bundan sonra həmin ev torpaq sahəsi ilə birgə yeddi nəfər mülkiyyətçilər arasında naturada real bölgü aparılmalıdır. Yeni çıxarışda X5 5/70 hissə, Cavabdeh 5/70 hissə, İddiaçı2 6/70 hissə, İddiaçı4 6/70 hissə, İddiaçı1 36/70 hissə, İddiaçı3 6/70 hissə, X6 6/70 hissə payları vardır. Hazırda bu prosesslər baş tutmadığı üçün iddianı qəbul etmir. Bundan başqa bildirmək istəyir ki, daşınmaz əmlakda paylar müəyyən edilsə də həmin paylara uyğun real bölgü aparılmamışdır. Bu da evdən istifadə ilə bağlı bir sıra çətinliklərin yaranmasına səbəb olmuşdur. Yaranmış problemin həlli ilə bağlı evin naturada (çıxarışda göstərilən yeddi nəfərin payı) bölünməsini məqsədəuyğun hesab edir. Ona həmin evə aid olan anbardan payının real bölgüsünü məhkəmədən tələb etmiş və məhkəmə qətnaməsi ilə (Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi) ona çatan pay real bölgüsü əsasında ayrılaraq verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X5 Cavabdeh qarşı “yaşayış evinin bazar qiymətlərinə uyğun məcburi satılması və satış pulunun paylara uyğun bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, məhkəmədən mübahisə predmeti olan Sumqayıt şəhəri, M.Qorki küçəsi, 22-ci məhəllə, ev 27/50A yaşayış evinin bazar qiymətlərinə uyğun məcburi açıq hərracda satılması və satış pulunun paylara uyğun yeddi nəfər mülkiyyətçi arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-512/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərardadı ilə ilkin iddia üzrə birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X5 Cavabdeh qarşı “kompensasiya ödəməklə pay hüququna xitam verilməsi” tələbinə dair ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə birgə iddiaçılar qarışılıqlı iddia üzrə birgə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X12 qarşı “əmlakın paylara uyğun bölgüsü və naturada bölünməsi” tələbinə dair qarışılıqlı iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı1 izahatında bildirdi ki, əgər Şarabani xanım qiymətlə razı deyildirsə, artıq qiymətə satsın, onlarda kompensasiya miqdarını daha artıq versin. Mənzilin istismar müddəti bitmişdir. Onu alan adam gərək evi sıfırdan söküb, ev tiksin. Adında kotej vardır. Lakin yaşayış yoxdur. Həmin ərazinin torpağına görə qiymət verirlər. Mənzili götürən yoxdur. Alan bildirir ki, mənzili sökəcəkdir. 10 min manat ödənilməsinə razıdır. Qarşılıqlı iddia tələbini qəbul etmirlər. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı4 nümayəndəsi X11 izahatında bildirdi ki, ilkin iddia tələbini müdafiə edir. Bildirir ki, 112 min manat mənzilin dəyərindən kompensasiyası 8 min manatdır. 10 min manat da verməyə razıdırlar. Qarşılıqlı iddia tələbini qəbul etmirlər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarışılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatında bildirdi ki, rəylə tanış olmuşdur. Belə ki, evin dəyəri çox aşağı qiymətə qoyulmuşdur. Ekspert rəyində evin qiymətini çox aşağı qiymətə qoymuşdur. Naturada bölgü mümkün deyildir. Birinci dəfə ekspertizada iştirak etmiş, lakin ikincisində ona məlumat verilməmişdir. Naturada bölgü mümkün olmadığı üçün kompensasiya rol oynamır. Satış getməlidir. Satış getdikdən sonra öz payını almalı və qırağa çıxmalıdırlar. 5/70 hissədə onun payı vardır. 10 min manatı da qəbul etmir. Belə ki, həmin evdə atasının və anasının zəhməti vardır. Ona görə də ilkin iddia tələbini qəbul etmədiyini bildirdi. Digər ilkin iddia üzrə iddiaçılar məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaslarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; İlkin iddia üzrə iddiaçı qarışılıqlı iddia üzrə cavabdeh İddiaçı4 nümayəndəsi X11 məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh kompensasiya olaraq təklif etdikləri 8 min manatın artırılaraq 10 min manat məbləğində ödənilməsini və pay hüququna xitam verilməsini xahiş etmişlər. Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli, AZ-İİ seriyalı, 254832 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 16 fevral 2022-ci il tarixdə Sumqayıt şəhərində diffuz iri B-hüceyrəli limfoma səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 02-ci ayının 17-ci günündə 310 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 539 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı4 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22 saylı məhəllə, 50 saylı evdə yaşayır. Ev bir mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 56.8 kv.m ibarətdir. Ev paylara bölünmüş, ailə üzvlərinin sayı on iki nəfərdən ibarətdir. Həmin ünvana İddiaçı4, X15, X33 oğlu, X19, X35 oğlu, İddiaçı2, X20, X14, X16, X21, X17 və Cavabdeh qeydiyyatdadır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, hüququ rəsmiləşdirilən şəxs İddiaçı2 olmaqla, fərdi yaşayış evi növündə daşınmaz əmlak ünvan 2 ünvanında yerləşir. Xüsusi mülkiyyət hüququ əsasında **********03-10301 reyestr nömrəsi ilə sonuncunun adına rəsmiləşdirilmişdir. X5 5/70 hissə, Cavabdeh 5/70 hissə, İddiaçı2 6/70 hissə, İddiaçı4 6/70 hissə, İddiaçı1 36/70 hissə, İddiaçı3 6/70 hissə, X6 6/70 hissə payları vardır. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X14 tərəfindən 23 noyabr 2022-ci il tarixdə Cavabdeh ünvanlanmış təklifdən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllə, M.Qorki küçəsi, ev 50 A-da onun payı 5/70 hissə təşkil edir. Miras əmlakdakı payı cüzidir. Naturada həmin payı bölüb ayırmaq mümkün deyildir. Evə 110800 manat qiymət qoyulmuşdur. Bu məbləğdə ona paya uyğun 8000 manat kompensasiya düşür. Həmin məbləği könüllü olaraq qəbul etməyi təklif edirlər. Razı olmadığı halda bu barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 383 inventar nömrəsi olan texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi **********03-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. X5 5/70 hissə, Cavabdeh 5/70 hissə, İddiaçı2 6/70 hissə, İddiaçı4 6/70 hissə, İddiaçı1 36/70 hissə, İddiaçı3 6/70 hissə, X6 6/70 hissə payları vardır. Daha sonra texniki pasportda tikililərin mərtəbələr üzrə planı, mərtəbələr üzrə otaqların təsnifatı, tikilinin altındakı torpaq sahəsinin koordinatları, yaşayış evlərinin texniki göstəriciləri, həyətyanı tikililərin və qurğuların texniki göstəricilərini əks etdirən cədvəllər iş materiallarına əlavə olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin bazar dəyəri haqqında FY 03-003/22 nömrəli, 31 oktyabr 2022-ci il tarixli hesabatdan görünür ki, aparılmış təhlil və hesablamalar nəticəsində X3 paylı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən 0,0434 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evinin 31 oktyabr 2022-ci il tarixinə bazar dəyəri – 110 800,0 manat, likvid dəyəri – 99 720, 0 manat təşkil etmişdir. Torpaq sahəsinin müqayisə yanaşması ilə hesablanmış dəyəri – 53000,0 manat təşkil etmişdir. Fərdi yaşayış evinin müqayisə yanaşması ilə hesablanmış dəyəri 57 700,0 manat, torpaq sahəsinin fərdi yaşayış evi ilə birlikdə müqayisə yanaşması ilə hesablanmış ümumi dəyəri 110 700,0 manat təşkil etmişdir. Torpaq sahəsinin fərdi yaşayış evi ilə birlikdə xərc yanaşması ilə hesablanmış ümumi dəyəri 111 000,0,0 manat təşkil etmişdir. Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 may 2012-ci il tarixli, AZ-İ seriyalı, 765110 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı4 ilə X18 arasında xx.xx.2012-ci il tarixində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2012-ci ilin may ayının 29-cu günündə 777 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada isə Abdullayeva soyadı verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7752/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X5 Cavabdeh qarşı “kompensasiya ödəməklə pay hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçılara qaytarılmışdır. Həmin qərardaddan İddiaçı4 şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7752/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7752/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X5 Cavabdeh qarşı “kompensasiya ödəməklə pay hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin qaytarılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7752/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi və iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, hüququ rəsmiləşdirilən şəxs Cavabdeh olmaqla, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllə, 50 ünvanında yerləşən fərdi yaşayış növündə daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında **********03-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. Cavabdeh 1/14 hissə, X5 1/14 hissə, X3 isə 12/14 hissə payı qeydə alınmışdır. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikası, Sumqayıt şəhərində xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. 30 dekabr 2007-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur. Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2008-ci il tarixli, 2(060)-2962/2008 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Sumqayıt şəhəri, 22-ci məhəllə, ev 27/50 “A” yaşayış sahəsində ümumi sahəsi 48,6 kv.metr olan anbara dair real bölgünün paylara mütənasib şəkildə aparılması və 1/14 hissədə iddiaçı X4, 1/14 hissədə X7, 12/14 hissədə X3 adına qeydə alınması, anbarın X8 verilmiş hissəsinin boşaldılması, iddia tələbinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinin Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 15 fevral 2023-cü il tarixli, 367 nömrəli sorğuya cavabından görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş X1 miras qalmış əmlaka dair 1 saylı Sumqayıt Regional “ASAN” xidmət mərkəzi notariat ofisində vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 13 mart 2023-cü il tarixli, 3-21-3-31/2-826/2023 saylı Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış məktuba cavabından görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllə ünvanda 50 saylı fərdi yaşayış evi Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il və xx.xx.2005-ci il tarixli qətnamələri əsasında 12/14 hissə X9, 1/14 hissə X5, 1/14 hissə Cavabdeh adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli, 2V-474 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2022-ci il tarixli 2V-479 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 2V-491 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli 2V-512 reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında sözügedən fərdi yaşayış evi üzərində 36/70 hissə İddiaçı1, 6/70 hissə İddiaçı2, 6/70 hissə İddiaçı4, 6/70 hissə İddiaçı3, 6/70 hissə X6, 5/70 hissə Cavabdeh və 5/70 hissə X5 adına olmaqla paylı mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq hər bir hüquq sahibinə xx.xx.2022-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-512/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmış, həmin qərardad ilə bağlı olaraq göndərilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2023-cü il tarixli, 10/2138 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərin nəzərə alınaraq, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllədə yerləşən 50 saylı fərdi yaşayış evinin İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh paylara uyğun naturada bölgüsünün “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinin və metodik vəsaitin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Ekspert rəyi təqdim olunduğundan, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-512/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə işin baxılma müddətinin 2 ay uzadılması qərara alınmışdır. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə vəsatət ilə müraciət edərək, ünvan 1nin qiymətləndirilməsi və bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilməsini və ekspertizanın keçirilməsinin AR Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinə həvalə edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-512/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmış, həmin qərardad ilə bağlı olaraq göndərilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/6859,9/6911 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllədə yerləşən faktiki sahəsi 131,16 m2 olan fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 112000.0 manat məbləğində müəyyən edilmişdir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Ekspert rəyi təqdim olunduğundan, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Mülki işin araşdırılmış hallarından göründüyü kimi, tərəflər kompensasiya ödəməklə pay hüququna xitam verilməsi və payın naturada ayrılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221 Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarından aydın olur ki, hazırki iddia predmeti olan əmlakın naturada bölgüsü mümkün olmadığından və cavabdehin həmin əmlakda payı cüzi olduğundan, iddiaçılar tərəfindən cavabdehə payına mütənasib olaraq kompensasiya hüququ verməklə, sonuncunun ümumi paylı mülkiyyət hüququna xitam verilməlidir. Kompensasiya hesablanan zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəyindəki qiymətin əsas götürülməsini, məhkəmə daha ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/6859,9/6911 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllədə yerləşən faktiki sahəsi 131,16 m2 olan fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 112000.0 manat məbləğində müəyyən edilmişdir. İlkin iddia üzrə cavabdehin ümumi əmlakdakı payı 1/14 hissədə olduğundan (112000:14=8000) 8000 manat məbləğində iddiaçılar tərəfindən ilkin iddia üzrə cavabdehə ədalətli olaraq kompensasiya təklif edilir. Üstəlik sonuncu məhkəmə iclasında iştirak edən iddiaçılar tərəfindən məhkəməyə ilkin iddia üzrə cavabdehə 10 min manat məbləğində kompensasiya verilməsi təklif edilmişdir. Göründüyü kimi, onun payına mütənasib surətdə düşən hesablama nəticəsində əldə edilən 8 min manatdan artıq 10 min manat məbləğində kompensasiya verilməsi onun məfaneyi üçün daha əlverişlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Paylı mülkiyyətdə olan ümumi əşyanın bölünməsi, həmin əşyalara dair payların müəyyən edilməsi, ayrılması, habelə satışı ilə bağlı hüquqi əsaslar Mülki Məcəllənin 220-ci maddəsində göstərilmişdir. Həmin Məcəllənin 220.3-cü maddəsində paylı mülkiyyətdə olan ümumi əşyalara dair payların bölünməsinin və ayrılmasının 2 qaydası nəzərdə tutulmuşdur: bunlardan birincisi qarşılıqlı razılıq əsasında payların bölünməsi, yaxud ayrılması, digəri isə mübahisə yarandığı halda, məhkəmə qaydasında həmin proseslərin həyata keçirilməsi ilə bağlıdır. Qanun ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması ilə bağlı məsələlərin həll edilməsini əvvəlcə mülkiyyətçilərin iradəsinə verir. Bu mümkün olmadıqda isə, mübahisənin məhkəmə yolu həll edilməsi həyata keçirilir. Yəni, qanunda sözügedən mübahisənin mərhələli tənzimlənməsi qaydalarına görə əvvəlcə paylı mülkiyyətin mülkiyyətçiləri arasında ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılıq əldə edilə, belə razılıq olmadıqda isə mülkiyyətçilər öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Bu zaman, yəni paylı mülkiyyətdə olan əşyanın naturada ayrılması mümkün olmadıqda, yaxud mümkün olduğu halda, payın naturada ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququ əmələ gəlir. Həmçinin, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 10/2138 saylı, 06 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərin nəzərə alınaraq, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllədə yerləşən 50 saylı fərdi yaşayış evinin İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh paylara uyğun naturada bölgüsünün “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinin və metodik vəsaitin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İşin qeyd edilən faktiki hallarından və sadalanan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, tərəflər isə mənzilə dair payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən mövcud iddia tələbi təmin edilə bilməz. İlkin iddia tələbində həmçinin payın naturada ayrılması xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa, qarşılıqlı iddia ərizəsindən həmçinin aydın olur ki, iddiaçı “payın naturada ayrılması” barədə iddia tələbindən başqa, “naturada bölgü mümkün olmadıqda mənzilin açıq hərracdan satılaraq onun payına müvafiq pulun verilməsi”ni xahiş etmişdir. İddia bu hissədə də təmin edilməməlidir. Belə ki, paylı mülkiyyətdə olan əşyanın hərrac yolu ilə satılması məsələsi yalnız yuxarda şərh edilən mərhələli ardıcıllıqla həyata keçirilməlidir. Bu hüquqi əsas isə Mülki Məcəllənin 220.6-cı maddəsində göstərilmişdir. Yəni, şərh edilən ardıcıllığa əməl edildikdən sonra, həmçinin ümumi əmlakdakı payın bölünməsi və ya ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Eyni hüquqi yanaşma “Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında da göstərilmişdir. Həmin qərarda göstərilir ki, ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə, məhkəmə şərh edilənlər əsasında belə qənaətə gəlir ki, Mülki Məcəlləsinin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydaya riayət etmədən qarşılıqlı iddiaçının tələbi ilə həmin mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi qanunvericiliyin tələblərinə uyğun deyil və buna görə də qarşılıqlı iddia tələbi “ümumi əmlakda olan payın naturada bölünməsi və hərrac yolu ilə satılması” hissəsində rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllə, ümumi sahəsi 113.20 kv.m olan 50 nömrəli fərdi yaşayış evinin cüzi - 1/14 hissədə pay sahibi olan Cavabdeh payına uyğun olaraq (112000:14=8000 manat + 2000 manat iddiaçılar tərəfindən təklif olunan ümumi məbləğ 10000 manat) digər payçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 tərəfindən kompensasiya ödənilməklə ümumi əmlakdakı pay hüquqununa xitam verilməli, ilkin iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbində rüsumla bağlı tələb olmadığından iddiaçılara aid edilməlidir. Məhkəmə habelə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edildiyindən (1/2), qarşılıqlı iddia tələbi isə təmin edilmədiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 150,0 manat məbləğində pulun 100 manatı ilkin iddia üzrə iddiaçılara aid edilməli, 50 manatı isə ilkin iddia üzrə cavabdehə aid edilməli və müvafiq olaraq alınaraq X2 hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22-ci məhəllə, ümumi sahəsi 113.20 kv.m olan 50 nömrəli fərdi yaşayış evinin cüzi - 1/14 hissədə pay sahibi olan Cavabdeh payına uyğun olaraq 10000 manat digər payçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 tərəfindən kompensasiya ödənilməklə ümumi əmlakdakı pay hüququna xitam verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150,0 manatın 100 manatı ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 müştərək qaydada, 50 manat isə ilkin iddia üzrə Cavabdeh tutularaq X10, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE**********0002088501 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar