Məhkəmə qərarları › İş №2(060)-182/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-182/2023

16.01.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-182/2023 16.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi X2 Ərizəçi və maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi və maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan elan edilməsi tələbinə dair» ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02 may 1950-ci il tarixdə doğulmuş anası X1 fəaliyyəti qabiliyyəti olmayan elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, L.Ərizəçi onun anasıdır. Anası Sumqayıt şəhəri, 4 saylı şəhər Poliklikasının Psixiatrik kabinetində «Vaskulyar demensiya» diaqnozu ilə qeydiyyatındadır. Anası 2015-ci ildən «Vaskulyar demensiya» xəstəliyindən əziyyət çəkir. O, nə etdiyini bilmir, öz adını və ailə üzvlərinin adını yaddan çıxarmışdır. Kənar şəxslərin köməyi olmadan yaşaya bilmir. Anasının üzərində qəyyum təyin edilməlidir. Anasının fəaliyyət qabiliyyətsiz hesab edilməsi ona anasına pensiya düzəltmək üçün lazımdır. Ərizəçi ərizəni müdafiə edib, ərizəyə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində dəvət olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi A.V.Eyvazova ekspert rəyini nəzərə alaraq L.Ərizəçi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə məhkəmənin mülahizəsinə verdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə materiallarını nəzərdən keçirib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. İşdə olan 24 may 1976-cı il tarixli “doğum haqqında şəhadətnamə”dən müəyyən edilir ki, X5 Ərizəçi anasıdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər Səhiyyə şöbəsinin 4 nömrəli şəhər poliknikasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, məhəllə 3, ev 6/21, mənzil 32-də yaşayan L.Ərizəçi “vaksulyar demensiya” diaqnozu ilə poliknikada qeydiyyatdadır. İşə əlavə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 12 noyabr 2022-ci il tarixli, 2983 saylı rəyindən müəyyən edilir ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil, fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs-1950-ci il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə «Fəaliyyət qabiliyyəti olmayan şəxs» hesab edilməlidir. İş materiallarında olan AZE seriyalı, N-01642183 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, L.Ərizəçi Sumqayıt şəhəri, məhəllə 3, ev 6/21, mənzil 32-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin ərizəsi üzrə qaldırıla bilər. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının 12 noyabr 2022-ci il tarixli, 2983 saylı rəyini nəzərə alaraq, məhkəmə 02 may 1950-ci ildə Türkmənistan Respublikasının, Mukri kəndində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 02 may 1950-ci ildə Türkmənistan Respublikasının, Mukri kəndində doğulmuş Sumqayıt şəhəri, məhəllə 3, ev 6/21, mənzil 32-də qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar