Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-182/2025 04.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair (Maraqlı şəxs: Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməklə,onun üzərində mənim qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının keçmiş əri ilə X4 xx.xx.2006-cı il təvəllüdlü X5 adlı bir övladı var. Övladı qüsurla, anadangəlmə iflic, danşıq qabiliyyəti olmyan və anadangəlmə kor olaraq doğulmuşdur. Övladı qüsurlu doğulduğu səbəbindən əri iddiaçıdan ayrılaraq rəsmi qaydada boşanmışdır. Hal-hazırda iddiaçının qızı 100 faiz yeriş funksionallığı pozuntusu, görmə sinirinin artosiyası, spastik tetrapegiya, simtomatik epilepsiya, spastit uşaq setbral iflici xəstəliyindən əziyyət çəkməkdədir. Ona 100 faizlik əqli və fiziki qusurların olması halı üzrə dövlət tərəfindən ayrılmış əllilik pensiyasını ala bilmir. Belə ki, iddiaçıya övladının fəaliyyət qabiliyyətli olmaması ilə bağlı onun üzərində qəyyum olmağımın zəruriliyi izah edilir və yalnız bundan sonra onun pensiyası ilə bağlı müvafiq sənədlrə iddiaçı tərəfindən sərəncam hüququnun tanınacağı bildirilir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəfələrlə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin ürətindən görünür ki, X5 xx.xx.2006-cı ildə doğulmuş, atası X4, anası Ərizəçidır. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X8 “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5511 saylı ambulator xəstənin tibbi vərəqindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X3 G 80.0 spastik serebral iflic, G82.4 spastik tetroparez R 56.8 qıcolma sendromu diaqnozu qoyulumuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X3 müddətsiz görmə sinirinin otrofiyası, OU görmə sinirinin otrofiyası, spastik tetroparez, spastik serebral iflic diqnozu qoyulmuş, əmək qabiliyyətsiz olduğu qeyd olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3044 saylı rəydən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X2 uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə müəyyən edilir. xx.xx.2006-cı il təvəllüdlü X5 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. xx.xx.2006-cı il təvəllüdlü X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müəyyən olunmalı şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən müayinə edilmiş və o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 319-cü maddəsinə əsasən -Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-182/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-182/2025
04.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver