Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1836/2024 02.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hüseynov Elmir Xoşbəxt oğlu, Ərizəçi hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Ərizəçi iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək ölən anası X1 verilmiş 10/112 nömrəli xx.xx.1975-ci il tarixli orderdə soyadlar və adlar yazılan qrafada iddiaçının adının Quliyev İlq. M kimi deyil tam şəkildə Ərizəçi Menaccədin kimi oxunulmasına, həmçinin Azərbaycan Respublikasının dövlət arxivinin Sumqayıt filialının təqdim etdiyi xx.xx.2023-cü il tarixli 3-48-DA-10F/12-472-2023 nömrəli arxiv çıxarışında ərizəçinin adının qeydə alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Ərizədən görünür ki, ərizəçi tələbində ilkin olaraq hüquqi əhəmiyyət kəsb edən faktın müəyyən edilməsini xahiş etsə də, həmçinin Azərbaycan Respublikasının dövlət arxivinin Sumqayıt filialının təqdim etdiyi xx.xx.2023-cü il tarixli 3-48-DA-10F/12-472-2023 nömrəli arxiv çıxarışında ərizəçinin adının qeydə alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi hüquq haqqında mübahisənin olduğu müəyyən edilir. Belə olan halda ərizəçinin ümumi əsaslarla iddia vermək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 149-cu maddəsinin tələbləri pozulduğundan, həmin məcəllənin 152.1.1 maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-1836/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1836/2024
02.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver