Məhkəmə qərarları › İş №2(060)-1839/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1839/2021

29.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1839/2021 29.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Bank «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank «xxxx» ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 8-ci mkr, ev 22A, 12 saylı mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsinə, mənzilin boşaldılmasına və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” ASC-nin “Gənclik” filialı ilə cavabdeh X15, X5 və Kazımova Ofelya Məcid qızı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 117/ZBGF saylı Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 192 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 36000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində cavabdehlər X2 Əliyəddin Məhəmməd oğlu və Kazımova Ofelya Məcid qızı xx.xx.2010-cu il tarixdə “xxxx” ASC-nin “Gənclik” filialı ilə və satıcı Cavabdeh1 etibarnamə əsasında adından çıxış edən Həsən Həsən oğlu ilə 117/ZBGF/1 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Qazıyev Səbuhi Ağabala oğlu Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 22 A ünvanında yerləşən 12 saylı mənzili ipotekaya qoymuşdur. xx xxxx 2016-cı il tarixdə X13 Palatasmm müvafiq qərarına əsasən “xxxx” ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə Bank “xxxx” ASC arasında imzalanmış xx xxx 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq xx xxxx 2016-cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün “xxxx” ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank “xxxx” ASCyə təhkim edilmişdir. Bu barədə, cavabdehə dəfələrlə şifahi, yazılı və KİV hesabma məlumat verilmişdir. X15, X5 və Kazımova Ofelya Məcid qızı kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürdüyünə və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirmədiyinə görə iddiaçı Bank “xxxx” ASC Bakı şəhəri Qubadlı Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” ASC-nin Gənclik filialı ilə cavabdehlər X15, X14 oğlu və Kazımova Ofelya Məcid qızı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 117/ZBGF saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2018-ci il tarixinə olan 25250.86 manat əsas borc, 1588.14 manat faiz borcu, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum, ümumilikdə 26839 manat və 60.4 manat məbləğin cavabdehlər X6, X1 və Kazımova Ofelya Məcid qızından iddiaçı Bank “xxxx” ASC-nin xeyrinə tutulması, cavabdehlər X15, X5, Kazımova Ofelya Məcid qızı ilə bağlanan xx.xx.2010-cu il tarixli, 117/ZBGF/l saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə X12 məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 61.8 m2 olan mənzilə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışmdan əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər X6, X1 və Kazımova Ofelya Məcid qızından tutulması, həmin mənzildə qeydiyyatda olan Cavabdeh1, Həsən Həsən oğlunun, X9, Cavabdeh2, X7 mənzildən istifadə hüququna xitam verilməsinə və mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(028)-604/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, “xxxx” ASC-nin Gənclik “xxxx” ASC-nin Gənclik filialı ilə cavabdehlər X15, X5 və Kazımova Ofelya Məcid qızı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 117/ZBGF saylı kredit müqaviləsinə xitam verilməsi, X6, X1 və Kazımova Ofelya Məcid qızından 25250.86 manat əsas borcun, 1588.14 manat faiz borcunun, cəmi 26839 manat borcun, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçtin ödənilmiş rüsumun Bank “xxxx” ASC-nin xeyrinə tutulması, tələbin ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 61.8 m2 olan mənzilə yönəldilməsi, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 61.8 m2 olan mənzilinin ilkin satış qiyməti 46.000 manat müəyyən edilməklə, açıq hərracda satılması və həmin mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına X10, X3 və Kazımova Ofelya Məcid qızının Bank “xxxx” ASC-yə olan borcun ödənilməsi, borc ödənildikdən sonra mənzilin satışından artıq qalan pul vəsaiti X12 qaytarılması qət edilmişdir, iddia qalan hissədə təmin edilməmişdir. Göstərilən qətnamə ilə razılaşmayan X15 apellyasiyai şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 1628/2019 saylı qərardadı ilə cavabdeh L.M.Həsənovanın apellyasiya şikayətindən imtinası qəbul edilmiş, iddiaçı Bank “xxxx” ASC-nin cavabdehlər X18ma, X4, Kazımova Ofelya Məcid qızına, Cavabdeh1, Həsən Həsən oğluna, X19ma, Cavabdeh2 və X11 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi barədə mülki işə dair Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(067)-604/2018 saylı qətnaməsindən cavabdeh L.M.Həsənovanın verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 37/01 nömrəli “Hərracın yekunları barədə” Protokola əsasən X12 məxsus olan Sumqayıt şəhəri, 8-ci mikrorayon, 22 A saylı evin 12 saylı mənzili Bank “xxxx”xxxx“Bank xxxx’ ASC ilə “İxtisaslaşdırılmış təşkilat” “xxxx” MMC arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli Çıxarışına əsasən ünvan 2 hal-hazırda “Bank xxxx” ASC-nin mülkiyyətindədir. Lakin Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə qeydiyyatdadır. Bu isə bir mülkiyyətçi kimi “Bank xxxx” ASC-nin hüquqlarını pozur, evdən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Bundan sonra, xx xxxxxx 2021-ci il tarixdə iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Bank «xxxx» ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 8-ci mkr, ev 22A, 12 saylı mənzildən Cavabdeh1 və Cavabdeh2 qızı Qiyaslı Mələk Ramiq qızı ilə birlikdə istifadə hüququna xitam verilməsinə, mənzilin boşaldılmasına və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: “xxxx” MMC ilə Bank «xxxx» ASC arasında bağlanmış xx xxxxxxx 2020-ci il tarixli Y- 135 saylı «Hərracın yekunları barədə» Protokoldan və eyni tarixli «Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə» Müqavilədən görünür ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin sifarişi əsasında Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(028)-604/2018 saylı icra vərəqəsinə əsasən X12 məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 22A, 12 saylı mənzil hərraca çıxarılmış, əmlakın ilkin satış qiyməti 46.000 manat müəyyən edilmiş, keçirilən ilk hərrac baş tutmadığına görə ipotekasaxlayan Bank «xxxx» ASC əmlakı 39100 manata almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron Çıxarışından görünür ki, ünvan 1 saylı xüsusi mülkiyyət hüququ üzrə Bank «xxxx» ASC-nin adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydə alınmışdır. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Qiyaslı Mələk Ramiq qızı ünvan 4 ünvanında daimi qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsin əəsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsindəəqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsindəşikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrindəərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdəəmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncüşəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, icra sənədinə əsasən ipoteka predmeti olan mənzilə tutma yönəldilmiş və o, satılaraq keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Lakin, mənzilin keçmis sakinləri olan cavabdehlər mənzildən qeydiyyatdan çıxmamış, mənzili boşaldaraq iddiaçıya təhvil verməmişlər. Cavabdehlər qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla və mənzili boşaldıb tərk etməməklə iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırırlar. Cavabdehlərlərin mənzildən qeydiyyatdan çıxarılması üçün onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərlərin mənzildən istifadə hüququ alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan itirilmiş sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh1 və Cavabdeh2 övladı xx.xx.2017-ci il təvəllüdlü Qiyaslı Mələk Ramiq qızı ilə birlikdə Sumqayıt şəhəri, 8-ci mkr, ev 22A, 12 saylı mənzilə istifadə hüquqlarına xitam verilməli və həmin mənzil onlar tərəfindən boşaldılmalıdır. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsümünun əvəzi olaraq 20 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 övladı - xx.xx.2017-ci il təvəllüdlü Qiyaslı Mələk Ramiq qızı ilə birlikdə Sumqayıt şəhəri, 8-ci mkr, ev 22A, 12 saylı mənzilə istifadə hüquqlarına xitam verilsin və həmin mənzil onlar tərəfindən boşaldılsın. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat Cavabdeh1 və Cavabdeh2 tutularaq Bank «xxxx» ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar