Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1852/2021 22.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və digər tələblərinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) “Cavabdeh” İstehsalat Birliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında istifadədə olan qaza görə quraşdırılmış qaz sayğacına müdaxilə edilməsi barədə xx.xx.2018-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, bu akt əsasında hesablanmış 80 manat məbləğində borcun silinməsi, artıq ödənilmiş vəsaitin geri qaytarılması və 1000 manat dəyərində maddi və mənəvi ziyanın cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçıya məxsusdur. Qaz sayğaçı mənzildən kənarda yerləşir. Qaz sayğacının çıxarılması iddiaçının iştirakı olmadan aparılmışdır. xx.xx.2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktla iddiaçıya məxsus fərdi evdə istifadə olunan qaz sayğacı işlədicilərin saatlıq qaz sərfinə uyğun yeni sayğacla əvəz edilməsi barədə göstəriş verilmişdir. Həmin aktın baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyd hissəsində xətaların normaya uyğun olmadığı, sayğacın minimal sərfiyyatda 100% xətayla işlədiyi və hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi qeyd edilmişdir. Bunun nəticəsi olaraq itirilmiş qazın həcmini 864 kub göstərərək ona 80 manat əsasız və qanunsuz borc hesablanmışdır. 2019-cu ilin 1,3,5,7,10,12 və 2020-ci ilin 1,3,5,7,10-cu ayları üzrə hər dəfəsində qaza 10 manat ödəniş etdikdə balansa 100 kub deyil, 50 kub yüklənməsini qanunsuz və əsassız təyin edilmiş borca çıxılır deyə ona bildirilib. Borc yazılmadan öncə sayğacın üstündə 1 manatlıq qaz da vardı. Cavabdeh təşkilat tərəfindən xx xxxxxxx 2018-ci il tarixində dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ödənişlər barədə qəbzləri vardır. Həmin qəbzlərdən görünür ki, onun smart karta yüklədiyi puldan tutulmalar aparılmışdır. Sayğac mənzildən kənarda binanın pilləkən meydançasında və hündürdə yerləşdiyindən ona müdaxilə etməsi qeyri mümkündür. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğaca baxış keçirilməsi üçün laboratoriyaya göndərilmişdir. Rəyə əsasən itirilmiş qazın sərfiyyatı olaraq 86,40 manat hesablanmışdır. İddiaçı 1000 manat dəyərində mənəvi ziyanın tutulmasını xahiş etmişdir. Mənəvi ziyanın hansı əsaslarla tələb edildiyi qeyd edilməmişdir. Cavabdehin nümayəndəsi qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1954-cü ildə, Tovuz rayonu, Bayramlı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında iddiaçıya məxsus mənzilin qaz sayğacı dövlət yoxlamasına aparılmış və heç bir sızma aşkar edilmədiyi, qaz sayğacının texniki qaydalara cavab verdiyi, sayğacın abonentə təhvil verildiyi və sərfiyyatı qeydə almadığı göstərilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktda göstərilmişdir ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27V/14-də yerləşən 77 saylı mənzilin sayğacı xx.xx.2018-ci il tarixdə dövlət yoxlanılmasına aparılmış və müəyyən edilmişdir ki, xətalar normaya uyğun deyil, sayğac minimal sərfiyyatda 100% xətayla işləyir və hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Həmin akt əsasında iddiaçının itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə cavabdehə 864 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçıya aid ünvanın **********30770 saylı abonent saldosunda cavabdehə akt əsasında 86,40 manat borc hesablandığı göstərilmişdir. İddiaçı tərəfindən cavabdehin balansına edilmiş ödənişlər barədə qəbzlər təqdim edilmişdir. Qəbzlərdən görünür ki, iddiaçının smart karta yüklədiyi məbləğlərdən cavabdeh tərəfin ümumililkdə 45 manat pul tutulmuşdur. Məhkəmə hesab edir ki, iddia xx.xx.2018-ci il tarixli aktın etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 12-ci bölməsində göstərilmişdir ki, aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. Aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir. Akt mətninin sonunda (imzalardan qabaq) aktın nüsxələri və saxlandığı yer haqqında məlumat yerləşdirilir. Akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Bu zaman imza etmiş şəxslərin vəzifələri göstərilir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi akt müəyyən bir hadisənin və ya faktın təsdiq edilməsi məqsədi ilə tərtib edilmiş sənəddir. İşdən göründüyü kimi iddiaçıya məxsus yaşayış evində quraşdırılmış qaz sayğacına xx.xx.2018-ci il tarixində baxış keçirən zaman sayğacın qüsurla işlədiyi müəyyən edilmişdir. Aktın tərtib edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verildiyi iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən iddia aktın etibarsız hesab edilməsi hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Hazırkı halda cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini, bununla bağlı cavabdehə iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində ziyan vurulduğunu və bunda iddiaçının təqsirli olduğunu sübut edə bilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (77.2.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. Bu səbəbdən iddiaçıya akt əsasında hesablanmış borc silinməlidir. Eyni zamanda iddiaçı tərəfindən təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, ona akt əsasında hesablanmış borca görə smart karta yüklədiyi məbləğlərdən ümumilikdə 45 manat çıxılmışdır. Həmin borc əsassız olduğu üçün qeyd edilən məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə iddiaçı cavabdehdən 1000 manat dəymiş maddi və mənəvi ziyanın əvəzinin tutularaq ona verilməsini xahiş etsə də, ona həqiqətən cavabdeh tərəfindən həmin məbləğdə maddi, yaxud mənəvi ziyan vurulması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçının cavabdehdən hansı əsasla maddi və mənəvi ziyan tələb etməsi iddia ərizəsinin dəlilləri və iddiaçının izahatı ilə də müəyyən edilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia 1000 manat maddi və mənəvi ziyanın cavabdehdən tutulması hissəsində təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı əsassız hesablanmış 80 (səksən) manat məbləğində borc silinsin. Cavabdeh tərəfindən iddiaçının smart karta yüklədiyi məbləğlərdən tutulmuş 45 (qırx beş) manat məbləğində pul cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1852/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1852/2021
22.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver