Məhkəmə qərarları › İş №2(060)-1863/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1863/2023

08.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1863/2023 08.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 08 iyun 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən barəsində yazılmış 2550 (iki min beş yüz əlli) manat borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi ev 16 ünvanında yerləşən bağ sahəsində istifadə etmədiyi halda qanunazidd olaraq 2550 (iki min beş yüz əlli) manat sudan istifadə borcu yazılmışdır. Halbuki onun bağ sahəsində ümumiyyətlə borcun yazıldığı tarixə su borusu, su xətti mövcud olmayıb. Onun bağ sahəsində su quyusu olduğu üçün bağında suvarmanı məhz həmin su quyusundan aparmışdır. Cavabdeh tərəfindən hansı xidmət və ya istehlaka görə ona borcun yazılması müəmmalı qalıb. Cavabdeh ilə bağ sahəsində suvarma aparılması üçün hər hansı müqaviləsi olmayıb, bağında su xətti, su borusu mövcud olmayıb. Öz vəsaiti hesabına bağında su quyusu açdırmış və bu qanunvericiliyə əsasən tamamilə pulsuzdur, torpağında yerləşən quyunun suyundan istifadə etdiyinə görə qanunvericiliyə əsasən ödəniş nəzərdə tutulmur. Həmçinin o ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır və onunla cavabdeh arasında yalnız həmin mənzildə sudan istifadə ilə bağlı abunə müqaviləsi bağlanılıb. Cavabdeh tərəfindən yazılmış borca görə narazıdır, həmin borcu əsassız hesab edir, 2550 (iki min beş yüz əlli) manat borc məbləğinin silinməsini xahiş edir və tələbini əsaslandırır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nın 1.1-ci bəndinə görə Bu Qaydalar “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və su təchizatı və kanalizasiya sistemlərindən (sudan) istifadə sahəsində su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasmda qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyir. "Sudan istifadə Qaydaları"nm 1.2.2-ci bəndinə əsasən, istehlakçı - STKM-in xidmətlərindən istifadə edən hüquqi və ya fıziki şəxsdir, 1.4-ci bəndinə əsasən, Bu Qaydalara uyğun olaraq, hər bir istehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərindən (bundan sonra - STTSAS) istifadə etmək hüququ vardır, 1.6-cı bəndinə əsasən, STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra müqavilə) əsasən həyata keçirilir, 4.1.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək İstehlakçıların vəzifəsidir. Qeyd etdiyi əsaslar onu bir daha göstərir ki, həmin borc onun barəsində mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi dəyərləndirilə bilinməz. AR NK-nin 2014-cü il 13 avqust tarixli 275 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları” və AR NK-nin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları" bağ sahəsində yerləşən quyusundan istifadə edilən suya görə ödəniş öhdəliyini nəzərdə tutmur. Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi ev 16 ünvanında yerləşən bağ sahəsində cavabdeh tərəfindən ona su verilməyib. Ona su verdiklərini sübut etsinlər, sonra ona borc yazsınlar, qanunvericiliyin tələblərinə uyğun hərəkət etsinlər. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Bildirir ki, iddiaçının 5 nəfərlik ailə tərkibi və 0,3 ha torpaq sahəsinə görə hesabat aparılıb və nəticədə qeyd edilən borc yaranıb. İddiaçı bağ sahəsində yaşayış olmaması barədə vaxtında cavabdeh təşkilata rəsmi qaydada ərizə ilə müraciət etməli idi. Əgər bağ sahəsində 2021-ci ilə qədər normativ qaydada hesabat aparılıb, sudan istifadəyə görə əvvəl 36 qəpik, daha sonra 50 qəpik, hazırda isə 1 manatdan hesablanır. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı tərəfindən 2021-ci ildə 5 manat, 2022-ci ildə isə 50 manat məbləğində ödəniş olub. Bu il isə heç bir ödəniş həyata keçirilməyib. Göstərilənlərə əsasən nümayəndə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (məhkəmə bildirişinə imza etməklə) iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edərək bildirmişdir ki, sözügedən bağ sahəsi ona atasından qalıb. Həmin bağ –torpaq sahəsinin faktiki dahəsi 0,5 ha-dır. Həmin bağa 2021-ci ildə su və qaz xətti çəkdirmişdir, belə ki, orada gələcəkdə övladı üçün ev tikdirmək istəyirdi. Bir müddət sonra ona Azərsu ASC tərəfindən 2500 manat məbləğində borcunun olması barədə bildiriş gəlmişdir. Həmin bildirişin ona səhvən gəldiyini düşünərək İdarəyə getmiş və bildiriş barədə məlumat vermişdir. Lakin İdarədə ona 2500 borcu olduğunu bildirmişlər. Həmin vaxt o, İdarənin əməkdaşlarına bağ sahəsinə baxmağı təklif etmişdir. Belə ki, həmin bağda yaşayış yoxdur. O ailə üzvləri ilə birlikdə daimi olaraq Sumqayıt şəhəri, F.Qayıbov küçəsi, ev 14, mənzil 14 ünvanında yaşayır. Hələ indi bağ sahəsində ev tikdirir. Bunu məhkəməyə təqdim etdiyi videogörüntü də təsdir edir. Cavabdehlə sudan istifadə ilə bağlı hər hansı bir mqavilə bağlanmayıb. Məhkəmənin nəzərinə çatdırır ki, bağ sahəsində sudan ancaq həyətində olan ağacları sulamaq üçün istifadə etmişdir. Bunu isə həyətində olan su quyusundan su çıxararaq etmişdir. Su xətti və sayğacı yeni çəkdirmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan xx.xx.2023-cü il tarixli abonentin kartından görünür ki, ünvan 2 ünvanında İddiaçı 5 nəfər ailə tərkibi ilə sudan istifadəyə görə 2571.47 manat borc hesablanmışdır. İşdə olan Hacı Zeynalabdin rayon Mənzil İstismar hissəsi 1 nömrəli Mənzil İstismar Sahəsinin 2594 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə 1996-cı ildən etibarən Sumqayıt şəhəri, F.Qayıbov küçəsi, ev 14, mənzil 14 ünvanında yaşayır. İş materiallarında olan abonentin kartından görünür ki, Sumqayıt şəhəri, F.Qayıbov küçəsi, ev 14, mənzil 14 ünvanında İddiaçı 5 nəfər ailə tərkibi ilə xx.xx.2012-ci il tarixdə sayğac açılmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərsu ASC tərəfindən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi ev 16 ünvanında yerləşən bağ sahəsində xx.xx.2002-ci il tarixdə bağlanmış müqaviləyə əsasən sudan istifadəyə görə hesablama 5 nəfərə görə aparılmış və nəticədə iddiaçıya 2571.47 manat borc hesablanmışdır. İddiaçı sözgüdən bağ sahəsində yaşamadığını bildirərək həmin borcun silinməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirə bilmişdir. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında Azərsu ASC tərəfindən borc hesablanmış ünvanda - ünvan 3ğını, bağ sahəsində olan bir neçə ağacın sulanması üçün isə su quyusundan istifadə etdiyini bildirmişdir. Bu halı, yəni bağ sahəsində yaşayışın olmadığını, yaşamaq üçün yeni ev tikildiyini və həyətdə su quyusunun olmasını iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntü də təsdiq edir. Həmçinin iş materialına əlavə edilmiş Hacı Zeynalabdin rayon Mənzil İstismar hissəsi 1 nömrəli Mənzil İstismar Sahəsinin 2594 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından da görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə 1996-cı ildən etibarən Sumqayıt şəhəri, F.Qayıbov küçəsi, ev 14, mənzil 14 ünvanında yaşayır. ünvan 4ə təqdim edilmiş abonent kartından isə görünür ki, həmin ünvan da Cavabdeh ASC-də İddiaçı adına 5 nəfər ailə tərkibi ilə qeydə alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçının 5 nəfər ailə tərkibi iki ünvanda eyni anda yaşaması və eyni anda sudan istifadə etməsi mümkünsüz olduğundan, məhkəməyə təqdim edilmiş sübutlardan isə iddiaçının Sumqayıt şəhəri, F.Qayıbov küçəsi, ev 14, mənzil 14 ünvanında daimi olaraq yaşadığı, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi ev 16 ünvanında yaşamadığı öz təsdiqini tapdığından iddiaçıya ikinci ünvana görə sudan istifadə ilə əlaqədar borc hesablanması onun bir istehlakçı kimi hüquqlarını pozur. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh ASC tərəfindən sözügedən mübahisəli - Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi ev 16 ünvanında xx.xx.2021-ci ildə sayğac quraşdırılmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya sayğac quraşdırılan tarixə qədər hesablanmış borc silinməlidir. Həmin vaxta kimi cavabdeh təşkilat tərəfindən isə iddiaçıya 2417,67 (1462.67 (2016) + 249 (2017) + 267 (2019) + 351,6 (2020) + 35,95 (2021-ci ilin birinci ayı) +51,45 (2021-ci ilin ikinci ayı)) manat borc hesablanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi ev 16 ünvanında (abonent kodu: **********000) sudan istifadəyə görə hesablanmış 2417,67 (iki min dörd yüz on yeddi manat altmış yeddi qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi ev 16 ünvanında (abonent kodu: **********000) sudan istifadəyə görə hesablanmış 2417,67 (iki min dörd yüz on yeddi manat altmış yeddi qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar