Məhkəmə qərarları › İş №2(060)-1872/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1872/2022

14.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1872/2022 14.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" İB-nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" İB-nə qarşı borcun silinməsi tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının yaşadığı ünvan 1-yə dair tərtib edilmiş 16.06.2020-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 216 manat cərimənin və sayğacın dəyəri kimi tələb olunan 211,69 manat pulun silinməsi və qaz verilişi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə Sumqayıt şəhər, 16-cı məhəllə, ev 24/19-da yerləşən 12 saylı mənzildə yaşayır. Mənzilin çöl hissəsində, gedişgəliş yolunun üstündə cavabdeh təşkilat tərəfindən qaz sayğacı quraşdırılmışdır. İddiaçı hər ay qaz sərfıyyatı ilə bağh ödənişləri kart vasitəsi ilə həyata keçirmişdir. Lakin iddiaçının və ailə üzvlərinin xəbəri olmadan cavabdeh təşkilatın nümayəndələri həmin kartla işləyən sayğac çıxarılmış, yerinə mexaniki sayğac quraşdırılmış və bundan sonra yaşadığı ünvana cavabdeh təşkilat tərəfindən belə bir məktub göndərilmişdir ki, guya çıxarılmış sayğacın element yuvasının alt hissəsindən gövdəyə birləşən hissədən sınıq olmuş və nəticədə sayğac «Alarm-1» rejiminə düşmüş və sayğac yararsız hesab olunmuşdur və buna görə də sayğacın dəyəri - 211,69 (iki yüz on bir manat 69 qəpik) cavabdeh təşkilatın hesabına ödənilməlidir. Bundan başqa 16.06.2020-ci il tarixli ******* saylı akt tərtib olunaraq 2160 kvub.metr sərfıyyat, yəni 216 (iki yüz on altı) manat cərimə də hesablanmışdır. Onu da qeyd edir ki, 03.02.2022-ci il tarixdə cavabdeh təşkilatın nümayəndələri quraşdırdıqları mexaniki sayğacı çıxararaq kartla işləyən sayğac quraşdırmış və həmin kartı bloka salaraq iddiaçıya bildirmişlər ki, yazılan borcları ödədikdən sonra iddiaçı karta vəsait yükləyib qazdan istifadə edə bilər. Göründüyü kimi cavabdeh iddiaçıya əsassız borc hesablamaqla yanaşı bu gün bir istehlakçı kimi qazdan istifadə etməsinə də əngəl yaratmış və bu da iddiaçıya və ailə üzvlərinə bu soyuq qış aylarında ciddi problemlər yaratmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı bu evdə yaşamaqla qazdan istifadə ilə bağlı bütün borcları Smart kart əsasında vaxtında ödəmişdir. Sayğac yaşadığı evin çöl hissəsində yerləşir və əgər həmin sayğaca hər hansı bir müdaxilə olmuşsa, belə buna görə iddiaçı cavabdehlik daşımamalıdır. Belə ki, həmin ərazidən hər gün yüzlərlə insan keçir, kiminsə təqsiri üzündən də bu halın baş verməsi qaçılmazdır, hər gün həmin sayğacın yanında dayanıb onu qorumaq iddiaçının vəzifəsi deyildir,ə gər sayğac mənzilin daxilində olsaydı, onda iddiaçı bu cavabdehliyə cəlb edilə bilərdi. Ona görə də cavabdehin bu müdaxilənin iddiaçı tərəfdən edilməsi barədə gəldiyi qənaət tam əsassızdır. Digər tərəfdən cavabdeh təşkilatın nümayəndələri bütün bu hərəkətləri iddiaçının iştirakı olmadan etmiş, iddiaçı yalnız kartın bloka düşməsi səbəbi ilə maraqlandıqda cavabdeh təşkilat iddiaçıya artıq borcun hesablandığını bildirmişdir. Belə hesab edir ki, cavabdehin bu hərəkətləri tam qanunsuzdur, ona görə də cavabdeh tərəfindən akt əsasında hesablanmış sərfiyyat, onun əsasında tətbiq olunan cərimə və sayğacın dəyərinə görə tələb olunan borc silinməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd edilənləri təsdiq etdi. Əlavə olaraq bildirdi ki, sayğac yaşadığı evin kənarında yerləşir. Buna görə də sayğaca müdaxiləyə görə məsuliyyət daşımır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktı qanunsuz, həmin akt əsasında hesablanmış cərimənin əsassız olduğunu qeyd edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi. Bildirdi ki, 2020-ci ilin oktyabr ayının 29-da abonentin iştirakı ilə sayğaca baxış keçirilmiş, sayğacın dövlət yoxlamasından sonra sayğacın çıxış plasmas borusunun deşildiyi aşkar edilmişdir. Dəymiş ziyanın ödənilməsi ilə bağlı borc yaranmışdır ki, həmin borc məbləği də əsaslıdır. Odur ki, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki iş materiallarında olan: - 28.01.2022-ci il tarixli 01/02FU-11-81 saylı “Sayğacın dövlət yoxlamasının bildirişi haqqında” məktubdan görünür ki, G-4 markalı 1202AQ**********1 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın element yuvasının alt hissədən gövdəyə birləşən sınıqdır nəticədə sayğac Alarm-1 rejiminə düşdüyündən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. - "xxxx" İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 13.11.2020-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, 29.10.2021-ci ildə Dövlət yoxlamasına gətirilmiş G-4 markalı (№1202AQ**********1) sayğaca baxış keçirilmiş, sayğacın element yuvasının alt hissədən gövdəyə birləşən sınıqdır nəticədə sayğac Alarm-1 rejiminə düşdüyü aşkar olunmuşdur. - "xxxx" İB Sumqayıt QİS-nin rəisi tərəfindən 13.11.2020-ci ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın həcmi 2160 m3 müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sayğacın element yuvasının alt hissədən gövdəyə birləşən sınıqdır nəticədə sayğac Alarm-1 rejiminə düşdüyündən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Bu əsasla ******* saylı 13 noyabr 2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akt əsasında 216 manat cərimə hesablanmışdır. Həmçinin sayğacın dəyəri kimi 211,69 manat hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məişət qaz qurğusu ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, sənaye qaz qurğusu isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçıya aid edilmiş vəzifədir. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X4 Reyestrinə daxil edilməsidir. X1 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, X4 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 mart 2011-ci il tarixli 11 saylı qərarı X4 Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı iddiaçı üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Ona görə də məhkəmə, sayğacın element yuvasının alt hissədən gövdəyə birləşən sınıqdır nəticədə sayğac Alarm-1 rejiminə düşdüyünə görə itirilmiş qazın dəyərinin, habelə sayğaça görə hesablanmış vəsaitin iddiaçıdan tutulmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 1000 manatadək olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına (abonent kodu: **********10120) tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23.11.2020-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 216 manat məbləğində borc və sayğacın dəyərinə görə hesablanmış 211,69 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" İB tərəfindən Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 24/19 ünvanında **********10120 abonent koduna hesablanmış 216 manat cərimə borcu və sayğacın dəyərinə görə hesablanmış 211,69 manat, ümumilikdə 427,69 manat borc silinsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" İB-dən tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar