Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-189/2023 12.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 1 saylı yataqxananın 111 saylı mənzilinə aid **********00821 №-li abonent koduna hesablanmış 175.89 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Füzuli rayonundan məcburi köçkün düşməklə göstərilən ünvanda yaşayır. Cavabdeh təşkilat tərəfindən mənzilə quraşdırılmış işıq sayğacı üzrə sərfiyyat mövcud qaydalar əsasında ödənilmiş və onun borcu olmamışdır. Dəfələrlə həmin borcun silinməsi ilə cavabdehə müraciət etsə də cavabdeh bundan imtina etmişdir. O, cavabdeh tərəfindən tələb olunan məbləği əsassız hesab edir. Cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə etiraz daxil olmuşdur. Etirazda bildirilmişdir ki, iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki. iddiaçının mənzili xx.xx.2008-ci il tarixdə abonent qeydiyyatına alınmışdır. xx.xx.2008-ci il tarixdə abonentin mənzilinə elektrik hesabat sayğacı quraşdırılmışdır. İddiaçı xx.xx.2015-ci il tarixindən xx.xx.2022ci il tarixədək 3567.61 manat dəyərində X1 etmiş, həmin məbləğin 3371.12 manat hissəsi məcburi köçkün limitindən tutulmuş abonent özü isə 20 manat ödəniş etmişdir. Abonentin enerjitəchizatçı təşkilata sayğac əsasında 175.89 manat borcu qalmışdır. Abunə haqqında çıxarışdan da görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixindən xx.xx.2022ci il tarixədək aylıq ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını vaxtlı-vaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Ona görə də iddianın rədd edilməsi xahiş olunur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. O, eyni zamanda qeyt etdi ki, iddiaçı cavabdeh təşkilata məcburi köçkün olaraq sərf etdiyi elektrik enerjisi borcunun silinməsi üçün nəzərdə tutulmuş pulun ona ödənilməsi barədə ərizə ilə müraciət etmiş və həmin tarixdən etibarən bu məbləğin ona verilməsinə baxmayaraq, iddiaçı lazımi ödənişi etməmişdir. İddiaçıya məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: - "xxxx" ASC-nin X2 Təchizatı və Satışı İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən ev **********00821 saylı kodla xx.xx.2008-ci il tarixindən abonent qeydiyyatındadır. Abonentin mənzilinə xx.xx.2008-ci il tarixdə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmişdir. Abonentin xx.xx.2022-ci il tarixinə enerjitəchizatçı təşkilata 175.89 manat məbləğində sayğac borcunun yaranmasının səbəbi, sərf etdiyi elektrik enerjsinin dəyərini tam həcmdə ödəməməsidir. - "xxxx" ASC-nin X2 Təchizatı və Satışı İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı yaşadığı ünvan 2 ünvanında X1yə görə "xxxx" ASC-nin X2 Təchizatı və Satışı İdarəsinin məlumat bazasında **********00821 saylı kodla xx.xx.2008-ci il tarixindən İddiaçı Nəsir oğlu adı ilə abonent qeydiyaytındadır. Abonentin mənzilinə xx.xx.2008-ci ildə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmişdir. Mənzildə istifadə olunmuş elektrik enerjisinin dəyərinin kim tərəfindən ödənilməsi haqqında məlumat bazasında qeyd yoxdur. Abonentin mənzilinə yaranmış borc (175.89 manat) ay ərzində tətbiq olunan qaçqın limitindən artıq istifadə edilmiş elektrik enerjisinin dəyəridir. Mənzilin xx.xx.2022-ci il tarixinə enerjitəchizatçı təşkilata 175.89 manat sayğac borcu vardır. - Azərbaycan Respublikası DİN-nin ******* saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Həsənova İradə Tofiq qızı Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 7/10 saylı evin 40 saylı mənzilində qeydiyyatdadır. -Abunə haqqında çıxarışdan görünür ki, İddiaçı adına 175.89 manat borc vardır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 1 saylı yataqxananın 111 saylı mənzilində yaşayır. Cavabdeh təşkilat tərəfindən həmin ünvana 175.89 manat borc hesablanmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Beləliklə, məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının qeyd etdiyi borc məbləği enerji təchizatı müəssisəsindən onun istifadə etdiyi elektrik enerjisinə görə hesablanmışdır. Buna görə də Enerjitəhcizatı müəssisəsi tərəfindən iddiaçının mənzilinə hesablanmış həmin borc məbləği və həmin borcu tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Odur ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçının ərizəsində silinməsi xahiş edilən 175.89 manat borc elektrik enerjisinin sərfiyyatına görə yaranmış və sayğaca görə hesablanmış borc olduğundan bu məbləğ onun tərəfindən ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh təşkilat "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 1 saylı yataqxananın 111 saylı mənzilinə aid **********00821 №-li abonent koduna hesablanmış 175.89 manat borcun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-189/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-189/2023
12.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver