Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1897/2022 08.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi məhkəmə iclas katibi X6 İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi üzrə və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən olunması tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən 7000 (yeddi min) manat kompensasiya verilməklə ona məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 5 saylı evin 16 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia həcminin artırılması ilə bağlı ərizə verərək, cavabdeh X4 iddiaçı tərəfindən 9000 (doqquz min) manat kompensasiya verilməklə iddiaçıya məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 5 saylı evin 16 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddiaçı-cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçıya qarşı “7000 manat məbləğində kompensasiya ödənilməsi şərti ilə Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 5, mənzil 16-da yerləşən mənzilə yaşayış hüququna xitam verilməsi barədə’’ iddia tələblərini rədd edilməsini və Sumqayıt şəhəri, 13cü mikrorayon, ev 5, mənzil 16-da yerləşən 4 otaqlı yaşayış sahəsinin 2 otağına iddiaçının və 2 övladının- 13 sentyabr 2006-cı il təvəllüdlü X7 və 09 oktyabr 2010-cu il təvəllüdlü X9 yaşayış sahəsindən istifadə qaydalarının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbinə dəqiqləşmə verərək, ilkin iddia tələbinin rədd edilməsini, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 5, mənzil 16-da yerləşən 4 otaqlı yaşayış sahəsinin 2 otağına iddiaçının və 2 övladının- 13 sentyabr 2006-cı il təvəllüdlü X7 və 09 oktyabr 2010-cu il təvəllüdlü X9 yaşayış sahəsindən, yəni mənzildən ümumi birgə istifadə üçün nəzərdə tutulmuş dəhliz, mətbəx və hamam otağından istifadənin və digər otaq və eyvanından istifadədə iddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək qarşılıqlı iddianı qəbul etməyərək göstərdi ki, Cavabdeh ilə iddiaçının oğlu Ələsgər Rzayev arasında 19 sentyabr 2003- cü il tarixdə rəsmi nikah qeydə alınmış, həmin nikah Qobustan Rayon Məhkəməsinin 19 dekabr 2014-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2015-ci il tarixli qətnaməsi ilə hazırkı cavabdeh X2 onun mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mkr, ev 5, mənzil 16-ya istifadə hüququ tanınmış və həmin mənzilə köçürülmüşdür. Cavabdeh Şərqiyyə Rzayeva ilə iddiaçının mülkiyyətində olan mənzildə birgə yaşamaq mümkün deyil, uzun müddət cavabdeh tərəfindən evdə yaradılan söz-söhbətə iddiaçı dözsə də artıq mümkün deyil. Belə ki, cavabdeh iddiaçının evində sözləri və hərəkətləri dava- dalaşa səbəb olur, mülkiyyətindən istədiyi kimi istifadə etmək hüququ məhdudlaşmışdır. iddiaçının cavabdehlə birgə yaşamaqları mümkün olmadığı üçün hesab edir ki, cavabdehə 9000 (doqquz min) manat kompensasiya verilməklə mənzilindən istifadə hüququna xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq, cavabdeh X4 iddiaçı tərəfindən 9000 (doqquz min) manat kompensasiya verilməklə iddiaçıya məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 5 saylı evin 16 saylı mənzildən istifadə hüququna verilməsi, qarşılıqlı iddia tələbinin qanunsuz əsassız olduğu üçün təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh-iddiaçı Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, hal-hazırda iş üzrə cavabdehin ailə üzvlərindən oğlu üçün onun da gecə-gündüz işləyərək yığdıqları pullar hesabına ayrıca mənzil alaraq ailəsi ilə orada yaşayır. O, də niyə görə bu zəhmətə qatlaşmışdır ki, heç olmasa bu mənzildə uşaqları ilə birlikdə sərbəst yaşayacaqdır. Lakin cavabdeh mənzildən istifadəyə hər cür maneçiliklər törətmiş, qaz, su və işıq xətlərini bağlamış mənzildən istifadəni hər cür çətinləşdirmişdir. Qışın günündə məcbur olub atası rayondan qaz peçi gətirib ki, evdə yemək bişirə bilsin. Bundan başqa, cavabdehin oğlu da alimenti vaxtlıvaxtında verməmiş və alimentə görə 7000 manata yaxın borcu olmuşdur. Qohum olduqları üçün onun tutulmaması üçün həmin alimentdən imtina etmişdir. İndi isə vicdansızcasına həmin onun oğlunun vermədiyi 7000 aliment borc pulunu ona kompensasiya kimi vermək istəyir. Bu da azmış kimi cavabdeh vicdansızcasına bizi evsiz-eşiksiz qoymaq məqsədilə mübahisəli mənzili 75.000 manata satmağa hazırlaşır və bunun üçün elan da vermişdir. O, cavabdehin oğlu X12 ilə nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Bütün cehiz əmlaklarında birlikdə cavabdehlərin razılığı ilə mənzildə köçüb yaşamış və istifadə etmişlər. Birgə nikahdan 2 övladları anadan olmuşdur. Lakin, münasibətləri pozulmuş, onunla münasibətləri normallaşdırmaq, ailə münasibətlərini qaydaya salmaq cəhdləri heç bir nəticə verməmişdir. O, bütün bunlara baxmayaraq, milli adət- ənənələrinə uyğun olaraq ailənin dağılmaması üçün əlindən gələni etmişdir. Lakin o, ailə münasibətlərini davam etdirməyi lüzumsuz saymışdır. Beləliklə, onların nikahları pozulmuş, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə ondan hər ay 117 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin cavabdeh nəinki məhkəmə tərəfindən təyin olunmuş alimenti ödəməkdən boyun qaçırmış, hətta cavabdehlə birləşərək onu azyaşlı körpələrində birlikdə mənzildən çıxartmaq üçün məhkəməyə müraciət etmişdir. Hal-hazırda cavabdehin 7000 manata yaxın aliment borcu yaranmışdır. Beləliklə də cavabdeh həmin vaxtdan başlayaraq, onu və azyaşlı körpələri ilə həmin mənzildən istifadə etməklərinə hər cür maneələr yaratmağa başlayaraq, hüquqlarını məhdudlaşdırmışlar. Ona görə də, hal-hazırda artıq buna nəsə bir ad qoymağa dili də gəlmir ki, öz gəlinini və nəvəsini evdən çıxartmaq üçün məhkəmə qapılarına salmışdır. O, məhkəmə qətnaməsilə həmin mənzilə hüququnun tanınmaqla köçürülmüşdür. Ona görə də qanuni qüvvədə olan məhkəmə qətnaməsinə hər hansı zidd hərəkətlər qanunsuz və qeyri mümkündür. Hesab edir ki, qanun da, mənəviyyat da buna yol vermir. Qeyd olunanlardan belə məlum olur ki, cavabdeh qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, mənzilə olan hüquqlarını pozmuşlar və cavabdehin hərəkətləri tam qanunsuzdur. Ona görə də, onların oradan yaşayış hüquqlarını məhkəmənin əli ilə itirərək sui-istifadə edərək yaşadıqları evi satdırıb pulunu mənimsəməklə onları küçədə qoymaq istəyirlər. Cavabdehin təqsirli hərəkətləri nəticəsində onlar özlərinə məxsus olan evdə normal yaşayış hüququndan məhrum edilmişlər. Cavabdeh hər zaman həmin mənzildən istifadə etməklərinə hər cür maneələr yaratmağa başlayaraq, hüquqlarını məhdudlaşdırmış və son nəticədə bu cür iddia ilə məhkəməyə müraciət etmişdir. Dəfələrlə polisdə ailə münaqişələri araşdırılmışdır. Ümumiyyətlə isə, cavabdehin iddia tələbləri qeyri-müəyyən və qeyridəqiqdir. Cavabdeh onun mənzildən çıxarılmağını tələb edir, 9000 manat kompensasiya təklif edir, Halbuki istifadə hüququna yalnız bazar qiyməti ilə müvafiq kompensasiya verilə bilər, istifadə hüququnun müddəti 3 ildir. Bir qayda olaraq 1 otaqlı ev üçün kirayə haqqına uyğun olaraq bu məbləğ müəyyən edilir. Məsələn aylıq 300 manat kirayə haqqı olan bir evdə 3 il yaşamağa görə təqribən 11000 manat lazımdır. Bundan əlavə tək onun çıxmağını tələb edir, halbuki o, azyaşlı körpələri ilə birlikdə orada yaşayır. Onun Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, onun və azyaşlı körpələrinin Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 5, mənzil 16-da yerləşən 4 otaqlı yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə kifayət qədər tutarlı əsasları vardır. Belə ki, onun və körpələrinin başqa yaşayış yerləri yoxdur, aztəminatlı valideyinlərinin təqaüdçüdürlər, başqa yerdən gəliri yoxdur, cavabdeh isə onun azyaşlı övladlarında mübahisəli mənzildə yaşamağına imkan vermir. Övladı 13-cü mikrorayondakı 33 saylı tam orta məktəbin 5-ci sinfində oxuyur. Digər övladı isə peşə liseyində təhsil alır. Cavabdehin isə onun da zəhməti sayəsində əldə etdikləri digər yaşayış evləri vardır. Göründüyü kimi, bu insanlar öz hüquqlarından sui-istifadə etmək istəyirlər. Göstərilənləri nəzərə alaraq, ilkin iddia tələbinin rədd edilməsini, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 5, mənzil 16-da yerləşən 4 otaqlı yaşayış sahəsinin 2 otağına iddiaçının və 2 övladının- 13 sentyabr 2006-cı il təvəllüdlü X7 və 09 oktyabr 2010-cu il təvəllüdlü X9 yaşayış sahəsindən, yəni mənzildən ümumi birgə istifadə üçün nəzərdə tutulmuş dəhliz, mətbəx və hamam otağından istifadənin və digər otaq və eyvanından istifadədə iddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 cavabdeh-iddiaçı Cavabdeh izahatına uyğun izahat verərək, ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli və qarşılıqlı iddia tələbi isə əsassız olduğu üçün təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, № ******* saylı “çıxarış”ın surətindən müəyyən edilir ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 5, mənzil 16 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 135 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Qobustan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(026)-240\2014 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, X5 ilə X12 arasında bağlanmış 19 sentyabr 2003-cü il tarixli İİ-AZ 006858 saylı nikahın pozulması, onların 13 sentyabr 2006-cı il tarixdə anadan olmuş uşaqları X10 və 15 dekabr 2010-cu il tarixdə anadan olmuş X13 anaları X2 yanında qalması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3114/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, iddiaçı Cavabdeh Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 5 saylı evin 16 saylı mənzilinə istifadə hüququnun tanınması və iddiaçı Cavabdeh uşaqları xx.xx.2006-cı il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X13 ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 5 saylı evin 16 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1323/2015 saylı, 18 avqust 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2015-ci il tarixli 2(060)-3112/2015 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cavabdeh X8 108 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2015-ci il tarixdən hesablanması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı X2 apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2015-ci il tarixli 2(060)-3112/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis X1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, onun xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİnin 1-ci PB-nə daxil olmuş ərizəsi əsasında yoxlama aparılmış, ərizədə göstərilən xüsusatlar mülki xarakter daşıdığından Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək məqsədəmüvafiqdir. İş materiallarında olan Daşınmaz Əmlakın Qiymətləndirilməsi üzrə müstəqil ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ərazisində 2 otaqlı mənzillərin aylıq kirayə haqqı mənzilin təmirindən, mərtəbəsindən asılı olaraq 200-250 manat civarında təşkil edir. İş materiallarında olan Daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəydən görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 5, mənzil 16 bazar qiyməti 65000 manat təşkil edir. Məhkəmə ilkin iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırda iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh kompensasiya verilməklə, xüsusi mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. İşin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və keçmiş gəlini olan cavabdehin isə həmin mənzilə istifadə hüququ vardır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verməkdə haqlı deyil. Kompensasiya məbləğinin mübahisəli evin satılıb əldə edilən məbləğdən ödənilməsinə yalnız mülkiyyətçinin müvafiq təklifi olduqda, həmin əmlaka digər şəxslərin hüquqları nəzərə alınmaqla yol verilə bilər. Kompensasiya təklif olunan şəxsin evin satılaraq ona pay verilməsini tələb etmək hüququ yoxdur. İddiaçı cavabdehə 9.000 (doqquz min) manat məbləğində kompensasiya verməklə mübahisəli mənzilə yaşayış (istifadə) hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyin qeyd olunan tələblərini və işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı-cavabdeh İddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, ilkin iddia tələbi üzrə iddia tələbi təmin olunaraq cavabdeh-iddiaçıya mənzilə dair kompensasiya ödənilməklə istifadə hüququna xitam verildiyi halda, qarşılıqlı iddia tələbi üzrə iddiaçının sözügedən mənzilə dair istifadə qaydalarının müəyyən edilməsinə əsas qalmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilərək, Cavabdeh 9000 (doqquz min) manat məbləğində kompensasiya verilməklə onun Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 5-də yerləşən 16 saylı mənzilə olan istifadə hüququna xitam verilməli və iş üzrə ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 5, mənzil 16-da yerləşən 4 otaqlı yaşayış sahəsinin 2 otağına iddiaçının və 2 övladının- 13 sentyabr 2006-cı il təvəllüdlü X7 və 09 oktyabr 2010-cu il təvəllüdlü X9 yaşayış sahəsindən, yəni mənzildən ümumi birgə istifadə üçün nəzərdə tutulmuş dəhliz, mətbəx və hamam otağından istifadənin və digər otaq və eyvanından istifadədə iddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat məbləğində kompensasiya verilməklə onun Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 5-də yerləşən 16 saylı mənzilə olan istifadə hüququna xitam verilsin. İş üzrə ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Cavabdeh-iddiaçı Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1897/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1897/2022
08.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver