Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1919/2022 18.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və cavabdeh “Azəriqaz” İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh “Azəriqaz” İstahsalat Birliyi Sumqayıt Qaz İstismar Birliyinə qarşı «X4nın pozulması haqqında aktın ləğvi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt QİŞ tərəfindən xx.xx.2021-ci il tarixində 03.08.709 saylı aktın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, Azəriqaz İ.B, Sumqayıt QİŞ-nın ziyana görə tərtib etdiyi 185,73 (yüz səksən beş manat yetmiş üç qəpik) manat olan ******* saylı aktı və abonentin saldosunda 563,70 (beş yüz altmış üç manat 70 qəpik) manat xitam və yeni SMK-dan çıxılan 70 (yetmiş) manatın qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, Azəriqaz İ.B, Sumqayıt QİS-nın ziyana görə tərtib etdiyi ******* saylı akt üzrə hesablanmış 185,73 manat və əsassız hesablanmış 563,70 manat məbləğində pulun silinməsi və yeni smartkartdan tutulmuş 70 manat pulun Azəriqaz İB Sumqayıt QİS-nin balansına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, 2014-cü ilin yay ayında SMK-4 1502AZ1301 15030968 saylı sayğac Novxanı bağlar Çinarlı küç 1478 saylı bağda quraşdırıldı. 2021-ci ilin iyun ayında tərəfindən Azəriqaz.İ.B. Sumqayıt QİŞ-nə sözügedən sayğacın dəyişdirilməsi üçün müraciət etmişdir. Təbii X4nın pozulması haqqında 03.08.709 saylı aktda göstərilən sayğacın kəmər hissəsindən alətlə kəsilmiş olduğunun göstərilməsi düzgün deyildir. Belə ki, birinci, sayğac 5 ildən bir yenilənməsi təlimatda göstərilir. 2014-cü ildən quraşdırılan sayğac 2021- ci ilin iyun ayında yeniləndirilmişdir (8ildən sonra). Digər tərəfdən sayğacın kəmər hissəsinin istehsalçının tərəfindən xüsusi dəzgah ilə birləşdirilmişdir. Sayğacın birləşdirilən kəmər adlanan hissəsini heç bir alətlə kəsmək mümkün deyildir. Daha sonra sözügedən sayğacın arxa hissəsi evin divarına yapışdırılmışdır. Divarla sayğac arasında heç bir məsafə yoxdur. Həmin sayğac qutu ilə divara yapışdırılmışdır. Bir də bildirir ki, sayğac yerindən açılmayıbsa heç cür həmin sayğacın arxa hissəsini kəsmək mümkün deyildir. Hətta mübahisəli sayğac yeniləşdiriləndə plombu- (Sorğutu) üstündə idi. Sadəcə sayğacın sökülən hissəsi arxa divar tərəf - olduğu üçün buna qaz nəzarətçisi fikir verməmişdir. 2021-ci ilin yanvar-fevral ayında (həmin vaxtda bağda yaşayış olmamışdır) çox güclü şaxta olduğu vaxtda bağ evinin 3-cü mərtəbəsində pəncərə açıq qaldığına görə su kranı bağın teplisiyasında Su radiatoru Şaxtadan partlamışdır. Ehtimal var ki, sayğacın arxa hissəsi divarla sayğac arasında qar buzlaşması olduğundan sözügedən sayğacın kəmər hissəsi partlamışdır. Evin arxasında olduğu vaxtda sayğacın kəmərinin ayrılmasını təsadüfən gözünə dəymişdir. Ona görə də sayğacın yeniləndirilməsi üçün ərizəni aidiyyatı idarəyə vermişdir. Yəni sayğac onun təşəbbüsü ilə dəyişdirilmişdir. Buna baxmayaraq Azəriqaz İ.B. Sumqayıt QİŞ- nin tərəfindən sözügedən sayğacın ziyan dəyərini 185,73 manat ( yüz səksən beş manat, yetmiş üç qəpik) manat ödənilməsi tələbi qoyulmuşdur. Onu da bildirir ki, məhkəmənin qərarı olmadan hal-hazırki sayğaca SMK-a yüklənən 50%-ni qaz idarəsi tərəfindən borca görə tutulur. Göstərilənləri nəzərə alaraq, Azəriqaz İ.B, Sumqayıt QİS-nın ziyana görə tərtib etdiyi ******* saylı akt üzrə hesablanmış 185,73 manat və əsassız hesablanmış 563,70 manat məbləğində pulun silinməsi və yeni smartkartdan tutulmuş 70 manat pulun Azəriqaz İB Sumqayıt QİS-nin balansına qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh “Azəriqaz” İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək göstərdi ki, ünvan 1 ünvanına quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı aktda sayğacın baxış zamanı məlum olmuşdur ki, 1502AZ**********68 nömrəli G-4 markalı sayğacın gövdəsi kənar təsir nəticəsində birləşmə hissədən kəsilib, hesablama mexanizminin qoruyucusu örtüyü gövdədən aralanması halı aşkar edilmişdir. Əvvəlki, yəni yararsız hala salınmış təbii qaz sayğacı təlimata uyğun olaraq İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə Dövlət Yoxlamasına göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına “İnformasiya Texnologiyaları və Rabitə İdarə”nin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında “sayğac istismara yararsız kimi qiymətləndirilmişdir”. Əməkdaşları həmin mənzilə xx.xx.2021-ci il tarixdə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və Dövlətə vurduğu ziyan müəyyən edilərək xx.xx.2021-ci il tarixli aktla dəyişilmiş qaz sayğacın dəyəri kimi 185,73 manat, akt əsasında 432 manat cərimə hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin, lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və cavabdeh “Azəriqaz” İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə2 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan “Azəriqaz” İB Sumqayıt QİS tərəfindən Səhnam Məcidova ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilir ki, ünvanında olan G-4 markalı 1502AZ**********68 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın gövdəsi kənar təsir nəticəsində birləşmə hissədən kəsilib, hesablama mexanizminin qoruyucusu örtüyü gövdədən aralandığından sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 185,73 manat ABB Sumqayıt filialı AZ751BAZ******************** nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X3 müraciət olunacaqdır. İş materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları E.Eyvazov, N.Həsənov və E.Hüseynovun iştirakları ilə tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” № ******* saylı, xx.xx.2021-ci il tarixli “akt”ın surətindən görünür ki, Nümayəndə1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ evi 1478b-yə aid sayğac xx.xx.2021-ci il tarixdə Dövlət Yoxlamasına gətirilmiş Metrologiya Departamentinin rəyinə görə G-4 markalı 1502AZ**********68 nömrəli məişət qaz sayğacın gövdəsi kənar təsir nəticəsində birləşmə hissədən kəsilib, hesablama mexanizminin qoruyucusu örtüyü gövdədən aralanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Azəriqaz” İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 4320 m3 İş materiallarında olan Abonentin saldosundan görünür ki, X2 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi 1478b-yə akta görə 432 manat borc hesablanmışdır. “X4"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması üçün Sumqayıt Qaz İstismar İdarəsinin məhkəməyə təqdim edə biləcək dəlilləri olsaydı, nəzərdə tutulmuş sayğacın dəyərinin İddiaçı tələb edilməsi qanuni olardı. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarına əsasən sayğacların işlək vəziyyətdə saxlanması üçün məsuliyyəti istehlakçı deyil, qaz paylayıcısı olan Sumqayıt Qaz İdarəsi daşıyır. Buna görə məhkəmə hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyi üçün iddiaçıya sərfiyyat əsasında hesablanmış 432 (dörd yüz otuz iki) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Lakin məhkəmə iddia tələbini qismən təmin edir. Belə ki, iddiaçı akt əsasında yaranmış borc kimi 563,70 manat göstərsə də, iş materiallarında olan abunə haqqında saldodan görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, Novxanı bağları, Çinarlı küçəsi, 1478 saylı bağ evinə akta əsasən 432 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçının yaşadığı evə akta əsasən hesablanmış 432 manat borc silinməlidir. Bundan əlavə “Azəriqaz” İB Sumqayıt QİS tərəfindən Səhnam Məcidova ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilir ki, ünvanında olan G-4 markalı 1502AZ**********68 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın gövdəsi kənar təsir nəticəsində birləşmə hissədən kəsilib, hesablama mexanizminin qoruyucusu örtüyü gövdədən aralandığından sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 185,73 manat ABB Sumqayıt filialı AZ751BAZ******************** nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X3 müraciət olunacaqdır. Məhkəmə hesab edir ki, sayğacın dəyəri kimi iddiaçının ünvanına hesablanmış 185,73 manat məbləğində borc silinməlidir. Bundan əlavə iddiaçı yeni smartkartdan tutulmuş 70 manat pulun tutulması barədə hər hansı bir sübut məhkəməyə təqdim etmədiyi üçün məhkəmə iddia tələbini həmin hissədə təmin etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 N-li Qərarı ilə təsdiq olunmuş “X4”nın 4.9-cu bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və 4.2-ci bənsinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt QİS tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, Novxanı bağları, Çinarlı küçəsi, 1478 saylı bağ evinə müdaxilə edilmiş sayğacın dəyəri olaraq hesablanmış 185 (bir yüz səksən beş) manat 73 (yetmiş üç) qəpik məbləğində borcun və əsassız olaraq hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində cərimə silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt QİS tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, Novxanı bağları, Çinarlı küçəsi, 1478 saylı bağ evinə müdaxilə edilmiş sayğacın dəyəri olaraq hesablanmış 185 (bir yüz səksən beş) manat 73 (yetmiş üç) qəpik məbləğində borcun və əsassız olaraq hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində cərimə silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1919/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1919/2022
18.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver