Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1926/2023 26.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı mirası qəbul etmək üçün müddətin uzadılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı mirası qəbul etmək üçün müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, 20/13 saylı evin 8-ci mənzilində yaşayan qardaşı X5 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Qardaşı subay olmuş və ailə qurmamışdır. O qardaşının qanuni vərəsəsidir. Miras əmlak mərhum qardaşı X2 “Bilik” kiçik müəssisəsindəki payından ibarətdir. Bu günə qədər hüquqi savadsızlığından göstərilən əmlaka vərəsəlik hüququnu rəsmiləşdirə bilməmişdir. Bu səbəbdən də müddəti ötürmüşdür. Mirasın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin miras əmlakın qəbulu üçün qanunda nəzərdə tutulmuş müddəti buraxdığına görə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmədən mərhum qardaşı X2 “Bilik” kiçik müəssisəsindəki payından ibarət mirası əmlakı qəbul etmək üçün müəyyən edilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 06 aprel 2023-cü il tarixdə iddia ərizəsinə dəqiqləşdirmə ilə bağlı ərizə ilə müraciət edərək, məhkəmədən cavabdeh Sumqayıt Şəhər 3 saylı Notariat Ofisinə qarşı “mirası qəbul etmək üçün müddətin uzadılması barədə” icraatda olan iddia ərizəsinə dəqiqləşdirmə verərək mərhum qardaşı X2 “Bilik” kiçik müəssisəsindəki payından ibarət miras əmlakı qəbul etmək üçün müəyyən edilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh AR Ədliyyə Nazirliyi Sumqayıt şəhər 3 saylı Notariat Ofisi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən, məhkəmə cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir: İş materiallarında olan: Məhkəmə iclasında şahid qismində iştirak edən X10 ifadəsində bildirmişdir ki, İddiaçı tanıyır və bir yerdə oxumuşlar. Mərhum qardaşı Hüseynov Tahiri də tanımışdır. 2010-cu ildə vəfat etmişdir. Mərhumdan sonra qardaşı sarsıntı keçirmiş, xəstə olmuş, yanına getmişdir. Daha sonralar isə bu səbəbdən infakt keçirmişdir. Tahirin övladı olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 ifadəsində bildirmişdir ki, Mahir dayısıdır. Mərhum Tahir də onun dayısıdır. Qardaşı öldükdən sonra sarsıntı keçirmiş və bu səbəbdən infakt keçirmişdir. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 09 noyabr 2010-cu il tarixdə sağ ağ ciyərin xərçəngi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2010-cu ilin 11-ci ayının 12-ci günündən 1691 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhəri 3 saylı notariat ofisinin İddiaçı ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir) əsasən mirasın qəbul edildiyi müddəti buraxıldığı səbəbindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısının 01 iyul 1992-ci il tarixli 684 nömrəli sərəncamından görünür ki, “Bilik” kooperativinin bazasında Hüseynov T.A tərəfindən təsis edilmiş “Bilik” kiçik müəssiəsinin Nizamnaməsinin qeydə alınması, müəssisənin əsas vəzifəsinin avtomobillərə texniki qulluq, xalq tələbatı malları istehsalı, əhaliyə xidmətdən ibarət olması əmr edilmişdir. X4 Qeydiyyatı haqqında 27963 nömrəli şəhadətnamədən görünür ki, “Bilik” kiçik müəssiəsi xx.xx.1996-cı ildə müəssisənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınması qərara alınmışdır. Əsas fəaliyyət növləri və yönümü (buraxılan məhsul,iş,xidmət), avtomobillərə texniki qulluq, xalq tələbatı mallarının istehsalı və satışı, əhaliyə xidmətlərin göstərilməsi, mülkiyyət formasının-xüsusi, təsərrüfat subyetkinin növünün-fərdi müəssisə, yerləşdiyi ərazi və poçt ünvanının-Sumqayıt şəhəri olması məlumatları qeyd olunmuşdur. AB seriyalı, 101120 nömrəli şəhadətnamədən görünür ki, Sumqayıt şəhərində yerləşən çoxsahəli “Bilik” kiçik/m həqiqətən vergi ödəyicisi kimi uçota alınmışdır. Diaqnostika Mərkəzinin exokardioqrafiya protokolundan görünür ki, İddiaçı nəticələri qeyd olunmuşdur ki, sol mədəciyin sistolik ölçüləri və funksiyaları normaldır. Sağ boşluqlar genişlənməmişdir. İAS, İVS tamdır. PDA, aorta koarktasiyası yoxdur. Aorta kökü və aorta qapaqları, pulmonar arteriya normaldır. Pulmonar arteriya təzyiqi yüksəlməmişdir. Şəfqət Klinikasının rəngli doppler exokardioqrafiya protokolundan görünür ki, İddiaçı nəticələri qeyd olunmuşdur ki, sol mədəciyin sistola-diastolik ölçüləri və sistolik funksiyası normaldır. Diastolik funksiya relaksativ tipdə pozulmuşdur. Mədəciklərarası çəpər hipokinetikdir. Sol mədəciyin ciddi konsentrik hipertrofiyası qeyd olunmuşdur. Qulaqcılararası və mədəciklərarası çəpər tamdır. Sol qulaqcıq və ürəyin sağ boşluqları normaldır. Aortal qapaq açımı normaldır. Aortanın kökündə, aortal çapaqlarda fibrotik qalınlaşma qeyd olunmuşdur. Rəngli doppleroqrafiyada minimal trikuspidal, minimal aortal requrqitasiya, aortal axın sürətinin güclənməsi izlənilir. Sistolik pulmonar arteriya təzyiqi normaldır. Perikard boşluğu təmizdir. Məhkəmə iclasında işin araşdırılan halları və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, X5 12 noyabr 2010-cu ildə vəfat etmiş, iddiaçı mərhum qardaşı X2 vəfatından sonra ona məxsus Sumqayıt şəhəri ünvanında yerləşən kiçik müəssisənin qəbulu üçün ünvan 2ət etmiş, imtina məktubu alaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən də müddətin bərpası ilə bağlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Məhkəmə hesab edir ki, müddətin ötürülməsi üzürlü səbəbdən olduğundan (iddiaçının xəstəlikləri), onun ötürülməsi üçün ötürülmüş müddət bərpa edilməldir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının mahiyyətindən göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması səbəbini məhkəmə o halda üzrlü hesab edərək bərpa edir ki, şəxsin həmin hərəkəti etməsi onun özündən asılı olmayan səbəbdən qeyri-mümkün olsun. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X3 məxsus olmuş Sumqayıt şəhəri ünvanında yerləşən “Bilik” kiçik müəssisəsinin İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. X1 miras qalmış “Bilik” kiçik müəssisəsindəki payından ibarət miras əmlakı İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1926/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1926/2023
26.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver