Məhkəmə qərarları › İş №2(060)-1948/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1948/2023

02.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1948/2023 02.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 3-də Laçın rayonunun, Güləbird kəndindən məcburi köçkün kimi ailə üzvləri ilə birgə yaşayır. Həmin mənzildə elektrik enerjisindən istifadəyə görə qaçqın borcun məbləği 411.00 manat təşkil edir. Cavabdeh tərəfindən tərtib edilən abunə haqqında arayışda da qeyd edilmişdir ki, 411.00 manat borc qaçqın borcudur. Hesablanmış borc xx.xx.2016-cı ilə qədər olan dövrə aiddir. Həmin borc limitdən artıq hesablanmış qaçqın borcudur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin fərmanına görə 01 yanvar 2017-ci il tarixə qədər məcburi köçkünlərin limitdən artıq istifadə etdikləri elektrik enerjisinin dəyərinin silinməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda adı çəkilən fərmanına əsasən cavabdeh tərəfindən hesablanmış xx.xx.2017-ci il tarixə qədər 411.00 manat olan borc limitdən artıq istifadə edildiyinə görə silinməlidir. Qeyd olunanlara əsasən məhkəmədən məcburi köçkünlər üçün müəyyən edilmiş limitdən artıq istifadə səbəbindən Sumqayı şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 11, 2-ci paralel küçəsi, mənzil 12 ünvanında elektrik enerjisinə görə yaranmış 411.00 manat borcun Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-yə qarşı iddia tələbi üzrə məhkəməyə dəqiqləşmə təqdim edərək Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 11, otaq 12 ünvanına (saldo üzrə ünvan 2uraşdırılmış abonent kodu **********02716 olan sayğac üzrə dondurulmuş 411 manat qaçqın borcunun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, iddia tələbini müdafiə edərək bildirdi ki, dondurulmuş borcun silinməsini xahiş edir. Hazırda həmin borc sənədləşdirmə işlərində tələb olunur. İddia tələbini əsaslı hesab edir və təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək izahatında bildirdi ki, həmin mənzilə xx.xx.2013-cü il tarixdə elektrik hesabat sayğacı quraşdırılmışdır. xx.xx.2016-cı il tarixdə məcburi köçkün olduğu üçün 411 manat borc "xxxx" ASC tərəfindən dondurulmuşdur. Hal-hazırda həmin borc "xxxx" ASC tərəfindən tələb olunmasa da, mənzilin alqı-satqısı və ada keçirmə işlərində Asan Xidmət orqanları tərəfindən tələb olunur. Məhkəmə İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal sahəsinin 725 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında qeyri-qanuni olaraq məskunlaşmışdır. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı yaşadığı Sumqayıt, İnşaatçılar, İnşaatçılar, ev(bina):0500, mənzil 2716 ünvanında istifadə etdiyi elektrik enerjisinin dəyəri vaxtında ödəmiş, 411 manat məbləğində dondurulmuş borcu vardır. Azərbaycan Respublikası Sumqayıt Şəhər Məhkəməsi tərəfindən "xxxx" ASC “Şimal RETŞ” idarəsinin rəisinə ünvanlanmış sorğudan görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki işin baxılması ilə əlaqədar ünvan 3-yə dair elektrik enerjisindən istifadəyə görə hesablanmış 411.00 manat məbləğində borcun hansı dövrü əhatə etməsinə dair ətraflı arayışı xx.xx.2023-cü il tarixədək məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Lakin ünvanlanmış sorğuya cavab daxil olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat olan "xxxx" ASC iddiaçının mübahisələndirdiyi 411 manat məbləğində debitor borcu qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində ödənilməsini tələb etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Həmin Məcəllənin 550-ci maddəsinin tələbinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir (551.2.1). Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1-1-ci bəndində göstərilmişdir ki, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatlan və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişəttullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. Mülki iş materiallarından da müəyyən olunduğu kimi iddiaçının elektrik enerjisinə görə olan borcu 31 dekabr 2016-cı ildə dondurulmuşdur. Lakin həmin borc sayğac əsasında yaranmış borc olmamışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə sayğacı olmayan məcburi köçkünlərin borclarının dövlət tərəfindən ödənilməsi qərara alınmışdır. Lakin cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı həmin borcu silinməmişdir. Bu səbəbdən iddia təmin edilməli, iddiaçının abonent hesabında olan elektrik enerjisindən istifadəyə görə 411 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 11, otaq 12 ünvanına (saldo üzrə ünvan 5 elektrik enerjisindən istifadəyə görə hesablanmış 411 (dörd yüz on bir manat) manat məbləğində borc **********02716 saylı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar