Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1978/2021 30.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və cavabdeh “Cavabdeh” İstahsalat Birliyinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh “Cavabdeh” İstahsalat Birliyinə qarşı «itirilmiş təbii qaz sərfiyyatına görə hesablanmış cərimənin silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 28.09.2018-ci il tarixində tərtib edilmiş “Təbii X3nın pozulması haqqında” ******* №-li akta əsasən abonent saldosunda göstərilən 1857,60 manat itirilmiş təbii qazın sərfiyyatına görə hesablanmış cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, Novxanı bağlar ərazisi 11 ünvanında yerləşən 756 saylı fərdi ev mülkiyyət hüququ ilə atası Nümayəndə məxsusdur. O, həmin bağ ərazisində ayrıca ev tikmiş və cavabdehlə 26.09.2018-ci ildə 6316 saylı “Alqı-satqı” müqaviləsi bağlayaraq təbii qazdan məişətdə istifadə edir. 28 sentyabr 2018-ci ildə cavabdehin nümayəndələri tərəfindən ‘Təbii X3n pozulması haqqında” ******* saylı Akt tərtib edilmiş və ona 9288 m3 təbii qazdan istifadəyə görə 1857,60 manat cərimə yazılmışdır. Aktda göstərilir ki, “Abonentin qazdan şlank birləşməsi vastiəsilə sayğac qoyulmamışdan qabaq istifadə etməsi aşkar olunmuşdur. Abonent 1 həftə ərzində sayğacsız qazdan istifadə edib. Tələb olunur ki, istifadə edilən qaza görə dəymiş ziyan ondan tutulsun”. O, cavabdehin bu tələbi ilə razılaşmır. Beləki həmin dövrdə fərdi evə kombi quraşdırılırdı. Həmin dövrə qədər fərdi evdə təbii qaz xətti olmamışdır. Kombiyə qazın verilməsini təmin etmək üçün və onu yoxlamaq məqsədilə şlankdan istifadə edilmişdir. Bu təqribən 2 saata yaxın vaxt aparmışdır. Həmin vaxtda aktda göstərilən miqdarda qazın istifadəsi qeyri-mümkündür. Cavabdeh tərəfindən guya 1 həftə ərzində şlankdan istifadə etməklə təbii qazın nəqlinə görə hesablanmış 9288 m3 təbii qazı o, istifadə etməmişdir. Həmin məbləğ cavabeh tərəfindən şişirdilmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdeh tərəfindən 28.09.2018-ci il tarixində tərtib edilmiş “Təbii X3nın pozulması haqqında” ******* №-li akta əsasən abonent saldosunda göstərilən 1857,60 manat itirilmiş təbii qazın sərfiyyatına görə hesablanmış cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh “Cavabdeh” İstahsalat Birliyinin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək göstərdi ki, Sumqayıt şəhəri, Novxanı bağlar ərazisi 11 ünvanında yerləşən 756 saylı fərdi evə quraşdırılmış sayğaca baxış zamanı yerində tərtib edilmiş ******* saylı aktda qazdan şlanq birləşməsi vasitəsi ilə sayğac qoyulmamışdan qabaq istifadə etməsi aşkar olunmuşdur. Abonent 1 həftə ərzində sayğacsız qazdan istifadə etmişdir. Əməkdaşları həmin mənzilə 28.09.2018-ci il tarixdə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və Dövlətə vurduğu ziyan müəyyən edilərək 28.09.2018-ci il tarixli aktla dəyişilmiş qaz sayğacın dəyəri kimi 1857,60 manat cərimə hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin, lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Məhkəmə İddiaçı və cavabdeh “Cavabdeh” İstahsalat Birliyinin nümayəndəsi X4 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 756 tam mülkiyyət hüququ üzrə Nümayəndə adına daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan “Cavabdeh” İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28.09.2018-ci il tarixli tələbin surətindən görünür ki, ******* №li 26.09.2018ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 9288 m3. İş materiallarında olan “Cavabdeh” İB-nin əməkdaşları N.Həsənov, Ə.Həsənquliyev və İ.Süleymanovun iştirakı ilə Sumqayıt şəhəri, Novxanı bağları 11-də yerlşən 756 saylı fərdi evə dair tərtib edilmiş “Təbii X3nn pozulması haqqında” ******* №li 28.09.2018-ci il tarixli aktın surətindən görünür ki, abonentin qazdan şlank birləşməsi vasitəsilə sayğac qoyulmamışdan qabaq istifadə etməsi aşkar olunmuşdur. Abonent 1 həftə ərzində sayğacsız qazdan istifadə etməsi halı aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar ərazisi 11-ə akta əsasən 1857,60 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.B.Hacıbababəyov küçəsi, ev 25-də qeydiyyatdadır. “X3"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması üçün Sumqayıt Qaz İstismar İdarəsinin məhkəməyə təqdim edə biləcək dəlilləri olsaydı, nəzərdə tutulmuş borcun İddiaçı tələb edilməsi qanuni olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi İddiaçı “Cavabdeh” İstehsalat Birliyinə məxsus qaz sayğacından kənar təbii qazdan istifadə edərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 N-li Qərarı ilə təsdiq olunmuş “X3”nın 4.9-cu bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və 4.2-ci bənsinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar ərazisi 11 ünvanına yerləşən 756 saylı fərdi evə 28.09.2018-ci il tarixdə tərtib edilmiş “Təbii X3nın pozulması haqqında” ******* saylı akt əsasında hesablanmış 1857 (bir min səkkiz yüz əlli yeddi) manat 60 (altmış) qəpik məbləğində borc əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar ərazisi 11 ünvanına yerləşən 756 saylı fərdi evə 28.09.2018-ci il tarixdə tərtib edilmiş “Təbii X3nın pozulması haqqında” ******* saylı akt əsasında hesablanmış 1857 (bir min səkkiz yüz əlli yeddi) manat 60 (altmış) qəpik məbləğində borc əsassız olduğu üçün silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1978/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1978/2021
30.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver