Məhkəmə qərarları › İş №2(060)-1981/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1981/2022

12.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1981/2022 12.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi ilə, İddiaçı Təbriz qızının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Təbriz qızının Cavabdeh, X2, X5 və X6 qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən istifadə hüququna yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Təbriz qızı Cavabdeh, X2, X5 və X6 qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən istifadə hüququna yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsiilə məhkəməyə müraciət edərək X1, X3, X4 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 26/26a, mənzil 8-ə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən istifadə ilə bağlı Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması, mənzilin sahəsi 15,0 kv.m. olan otağının və çöl giriş qapısının açarının ondan alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Təbriz qızının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək iş üzrə yalnız Cavabdeh kimi tanımaqla iddiaçının mənzildən istifadə hüququna məhdudiyyətə son qoyulması, mənzilə giriş-çıxış açarının alınıb verilməsi üzrə üzrə işə baxmaqla qətnamə qət edilməsini, iddia tələbinin həcminin azaldılması ilə bağlı iş üzrə digər cavabdehlərin prosessual tərəf kimi cəlb edilməməsini xahiş etmişdir. Həmçinin barışıq sazişi təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilən barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Təqdim edilən saziş aşağıda qeyd edilən məzmundadır. Biz aşağıda imza edənlər- İddiaçı və Cavabdeh qızı Sumqayıt şəhər məhkəməsində baxılan “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən istifadə hüququna yaradılmış maneənin aradan qaldırılması» barədə mülki işlə bağlı aşağıdakı şərtlərlə qarşılıqlı razılığa gələrək hazırki müqaviləni bağladıq

1. Cavabdeh 2022-ci ilin noyabr ayının sonuna qədər İddiaçı 10000 (on min) manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür.

2. İddiaçı həmin 10000 (on min) manat kompensasiyanı aldıqdan sonra qeydiyyatda olduğu Sumqayıt şəh, 4-cü məhəllə, ev 26/26a, mənzil 8- dən 1 ay müddətində qeydiyyatdan çıxmağı öhdəsinə götürür. (uşağı ilə)

3. Cavabdeh 2022-ci ilin noyabr ayının sonunadək razılaşdırılmış məbləği İddiaçı ödəmədiyi təqdirdə iddiaçı bu mənzilə dair mübahisə qaldırmaq hüququnu özündə saxlayır.

4. Qarşılıqlı razılaşdırılmış şərtlərə tərəflər əməl etdikdən sonra bir-birinə qarşı mübahisəli mənzillə bağlı iddia qaldırmayacaqlarını öhdələrinə götürürlər.

5. Tərəflərə AR MPM-nin 191-ci maddəsinin tələbləri aydındır və tərəflər barışıq sazişinin şərtlərini icra etməyə borcludurlar,bu şərtləri pozan tərəf digər tərəf qarşısında məsuliyyət daşıyır.

6. Saziş 3 nüsxədə tərtib edilir, 3 nüsxə tərəflərə verilir, 1 nüsxə məhkəməyə təqdim olunur. Məhkəməyə təqdim olunmuş barışıq sazişindən görünür ki, tərəflər mübahisəni qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək Mülki Məcəllənin 881-ci maddəsinin tələbləri qaydasında müvafiq saziş bağlamışlar. Həmin sazişlə tərəflər mübahisənin həlli qaydasını müəyyənləşdirərək bununla bağlı üzərilərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin iddiaçı və cavabdehlər ayrı-ayrılıqda məhkəməyə müraciət edərək bağladıqları barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətlə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə isə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin təqdim etdiyi barışıq sazişi Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinin tələblərinə uyğun verilmişdir, qanuna zidd deyildir və hər hansı başqa bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 170, 191, 261- 264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ : İddiaçı Təbriz qızının Cavabdeh qarşı mənzildən istifadə hüququna yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə barışıq sazişi aşağıda qeyd edilən şərtlərlə təsdiq olunsun. Barışıq sazişinin şərtlərinə görə:

1. Cavabdeh 2022-ci ilin noyabr ayının sonuna qədər İddiaçı 10000 (on min) manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür.

2. İddiaçı həmin 10000( on min) manat kompensasiyanı aldıqdan sonra qeydiyyatda olduğu Sumqayıt şəh, 4-cü məhəllə,ev 26/26a, mənzil 8- dən 1 ay müddətində övladı ilə birlikdə qeydiyyatdan çıxmağı öhdəsinə götürür.

3. Cavabdeh 2022-ci ilin noyabr ayının sonunadək razılaşdırılmış məbləği İddiaçı ödəmədiyi təqdirdə iddiaçı bu mənzilə dair mübahisə qaldırmaq hüququnu özündə saxlayır.

4. Qarşılıqlı razılaşdırılmış şərtlərə tərəflər əməl etdikdən sonra bir-birinə qarşı mübahisəli mənzillə bağlı iddia qaldırmayacaqlarını öhdələrinə götürürlər. Mülki iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilərlər.

Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar