Məhkəmə qərarları › İş №2(060)-1997/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1997/2023

28.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1997/2023 28.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə qarşı mirasın qəbuletmə müddətinin uzadılması tələbinə dair mülki işə 28 aprel 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə qarşı mirasın qəbuletmə müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1ndan miras qalmış Sumqayıt şəhəri, Novxanı ərazisi 429A saylı bağ sahəsinə dair mirasın qəbulu üçün qanunla müəyyən edılmiş müddətin ötürülməsinin üzürlü hesab edilərək müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasmın Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı Notariat ofısinə X1ndan miras qalmış Sumqayıt şəhəri, Novxanı ərazisi, 429A saylı bağ sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 1 ünvanladığı xx.xx.2023-cü tarixli 269 nömrəli məktubunda qeyd etmişdir ki, “Sizin xx.xx.1978-ci il tarixdə vəfat etmiş atanız X4 Sumqayıt şəhəri, Novxanı ərazisi, 429A ünvanına dair miras əmlakınm qəbulu ilə əlaqədar notariat ofısinə xx.xx.2023cü il tarixdə yazdığı ərizəyə baxılmışdır. Məlum edirəm ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbul edildiyi müddəti buraxdığınız üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət edə bilərsiniz”. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hüquqi savadı olmadığına görə mirasın qəbul etmə müddətinin miras qoyanın ölümündən sonra 3 ay müddət ərzində olduğunu bilməmişdir. Zənn etmişdir ki, atasından miras qalmış mirası istənilən vaxt vərəsəlik qaydasında qəbul edə bilər. Lakin 2023-cü ilin fevral ayında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumyqayıt şəhəri 3 saylı Notariat ofisi müraciət edərkən mirasın qəbulu üçün müddətin müəyyən edildiyini bilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli torpaq sahəsi 25 sotdur. Hazırda bağ onun faktiki istifadəsindədir. Atası 1978-ci ildə rəhmətə getmişdir. Hazırda həmin bağ evində o yaşayır və torpağı özəlləşdirmək istəyir. Anası 2016cı ildə rəhmətə gedib və digər bacı qardaşları torpaq sahəsinin onun adına keçməsinə etiraz etməyiblər və bu barədə ərizələrini də veriblər. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt şəhəri 3 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZ T-229801 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Göyçay rayonunda doğulmuşdur. X1, anası X3r. İşdə olan AZ-JQ 443569 nömrəli ölüm haqqında surətindən görünür ki, X12 xx.xx.1978ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1978-ci ildə 600 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İİ 317697 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2016-cı il tarixdə Abşeron rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 985 nömrə ilə qeyd edilmişdir. İşdə olan Sumqayıt şəhəri 3 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 269 saylı məktubda X4 ölümündən sonra qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəyə cavab olaraq qanunla müəyyənləşdirilmiş müddəti keçirdiyi üçün müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş 22 mart 1971-ci il tarixli Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı ərazisi 429A saylı bağ sahəsi X6 icarəyə verilmişdir. İşdə olan ərizələrin surətindən görünür ki, X10, X11, X7, X8, X5 və X9 ataları X2 miras qalmış Sumqayıt şəhəri, Novxanı ərazisi 429A saylı bağ sahəsini miras əmlak kimi qəbul etməkdən imtina etmiş və gələcəkdə bununla bağlı məhkəməyə heç bir iddia qaldırmayacaqlarını bildirmişdirlər. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X12 xx.xx.1978-ci il tarixdə vəfat etmiş, ondan Sumqayıt şəhəri, Novxanı ərazisi 429A saylı bağ sahəsi miras qalmışdır. İddiaçı X4 birinci növbə vərəsəsidir. Digər vərəsələr miras əmlakdan İddiaçı xeyrinə imtina etmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə işin hallarını və İddiaçı X4 birinci növbə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, X2 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.1978-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Sumqayıt şəhəri, Novxanı ərazisi 429A saylı bağ sahəsinin miras əmlak kimi qəbulu müddətinin İddiaçı tərəfindən buraxılması üzrlü sayılsın və müddət uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar