Məhkəmə qərarları › İş №2(060)-1998/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1998/2023

08.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1998/2023 08.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə qarşı mirası qəbul etmək üçün müddətin uzadılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə qarşı mirası qəbul etmək üçün müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri 1 saylı notariat ofisinə müraciət edərək 17 fevral 2016-cı il tarixdə vəfat etmiş atası X1 miras qalmış X3 təsisçisi olduğu "xxxx" MMC-yə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Cavabdeh Sumqayıt Şəhəri 1 saylı notariat ofisi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd etmişdir ki, icraatda olan 17 fevral 2016-cı il tarixdə vəfat etmiş Azərbaycan Respublikasının vətəndaşı X3 vərəsəlik işi ilə əlaqədar Sumqayıt Şəhəri 1 saylı notariat ofisi tərəfindən Ş.Ə.Bəylərovun qızı- İddiaçı etibarnaməyə əsasən nümayəndəsi X2 xx.xx.2023-cü il tarixli ərizəsi əsasında vərəslik işi açılmışdır. Qeyd olunanlara əsasən məhkəmədən mərhum atası X3 təsisçisi olduğu "xxxx" MMC-yə dair mirasın vərəsəlik qaydasında qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilərək müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, savadsızlıqdan müddəti ötürmüşdür. Anası 2017-ci ildə rəhmətə getmişdir. Qardaşı da 2021-ci il tarixdə rəhmətə getmişdir. Sonra da uşağı olmuşdur. Ona görə də müraciət edə bilməmişdir. Faktiki olaraq mirası qəbul etmiş və orada yaşayır. Cavabdeh AR Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Notariat Ofisi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən, məhkəmə cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı izahatını, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir: İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhəri 1 saylı Notariat Ofisinin 13 fevral 2023-cü il tarixli, 138 nömrəli arayışından görünür ki, icraatda olan 17 fevral 2016-cı il tarixdə vəfat etmiş Azərbaycan Respublikasının vətəndaşı X3 vərəsəlik işi ilə əlaqədar Sumqayıt Şəhəri 1 saylı Notariat Ofisi tərəfindən Ş.Ə.Bəylərovun qızı- İddiaçı etibarnaməyə əsasən nümayəndəsi X4 xx.xx.2023-cü il tarixli ərizəsi əsasında vərəslik işi açılmışdır. Təqdim olunan sənədlərdən 17 fevral 2016-cı il tarixdə vəfat etmiş X1 miras qalmış əmlak : X3 təsisçisi olduğu "xxxx" MMC-də təsis payının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən İddiaçı mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmiş, həmçinin miras əmlakı faktiki qəbul etməmişdir. Bu səbəbdən Notariat haqqında Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. "xxxx" MMC-nin Nizamnaməsindən görünür ki, 28 aprel 2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış, "xxxx" MMC-nin təsisçisi X5 tərəfindən 28 aprel 2011-ci il tarixdə təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, hüququ rəsmiləşdirilən şəxs "xxxx" MMC olmaqla qeyri-yaşayış binası növündə olan daşınmaz əmlak ünvan 1 ünvanında yerləşir. Xüsusi mülkiyyət hüququ əsasında tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. AZ-İİ seriyalı, 309188 nömrəli ölüm haqqında şəhadətnamənin təkrar verilmiş əslindən görünür ki, X7 17 fevral 2016-cı il tarixdə yoğun bağırsağın xərçəngi səbəbindən Sumqayıt şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016-cı ilin 03-cü ayının 01-ci günündə 35 nömrə ilə qeyd edilmişdir. AZ-İİ seriyalı, 309187 nömrəli ölüm haqqında şəhadətnamənin təkrar verilmiş əslindən görünür ki, X6 03 fevral 2018-ci il tarixdə beyin ödemi səbəbindən Sumqayıt şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 02-ci ayının 08-ci günündə 15 nömrə ilə qeyd edilmişdir. İİ-ЖГ seriyalı, 415848 nömrəli nikah haqqında şəhadətnamənin əslindən görünür ki, X7 ilə X6 arasında 20 iyun 1982-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1982-ci ilin iyun ayının 2-ci günündə 5 nömrə ilə qeyd edilmişdir. AA seriyalı, 027302 nömrəli notarial qaydada təsdiq edilmiş məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı məcburi köçkün olmaqla Sumqayıt Şəhərində məskunlaşmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər 1 saylı Notariat ofisinin 23 aprel 2023-cü il tarixli, 454 nömrəli sorğuya cavab olaraq bildirilmişdir ki, notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 7-ci bəndinin 10-cu hissəsinə əsasən notariat hərəkətləri ilə bağlı sənədlər məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və mülki işlərlə əlaqədar bu orqanların qərarı əsasında onlara verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın tələbinə əsasən notariat işi (vərəsəlik) məhkəmə qərarı əsasında tələb edilməlidir. Vərəsəlik işi haqqında məlumatdan görünür ki, X7 17.02. 2016-cı il tarixdə ölmüşdür. Məhkəmə iclasında işin araşdırılan halları və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, X7 17 fevral 2016-cı ildə vəfat etmiş, iddiaçı mərhum atası X3 vəfatından sonra onun təsisçisi olduğu ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin təsisçisi olduğu təsisi payının qəbulu üçün Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə müraciət etmiş, imtina məktubu alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində ərizə verilmədiyindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Məhkəmə hesab edir ki, müddətin ötürülməsi üzürlü səbəbdən olduğundan (iddiaçının azyaşlı uşağının olması, yaxınlarının vəfat etməsi və sair hallar), ötürülmüş müddət bərpa edilməldir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının mahiyyətindən göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması səbəbini məhkəmə o halda üzrlü hesab edərək bərpa edir ki, şəxsin həmin hərəkəti etməsi onun özündən asılı olmayan səbəbdən qeyri-mümkün olsun. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X3 təsisçisi olduğu ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə dair miras payının İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. X1 miras qalmış, onun təsisçisi olduğu ünvan 2 ünvanında yerləşən "xxxx" MMCdəki payından ibarət miras əmlakı İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar