Məhkəmə qərarları › İş №2(060)-2048/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2048/2022

22.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2048/2022 22.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf AR ƏN Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə qarşı “hüquqmüəyyənedici sənədin eyni şəxsə məxsus olması” barədə ərizəsi üzrə mülki işə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı tərəf AR ƏN Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə qarşı “hüquqmüəyyənedici sənədin eyni şəxsə məxsus olması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi adına Sumqayıt ŞPİ QŞVŞ tərəfindən 26.10.2010-cu ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin “Atasının adı” kimi qeyd edilmiş Ağarza oğlu, 15 iyul 1957-ci ildə verilmiş ИЖ 345387 №-li “Doğum haqqında şəhadətnamə”nin ata qrafasında qeyd edilmiş X2 ilə, mərhum atası Seidrazi Seyfulla oğlunun adına 02 avqust 1997-ci ildə verilmiş V-ЖГ №2744317 saylı “Ölüm haqqında şəhadətnamə”də və Xİİ- ЖГ №464600 saylı “Doğum haqqında şəhadətnamə”də qeyd edilmiş Seidrazi Seyfulla oğlu ilə X1 eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında verdiyi ərizəni müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf AR ƏN Sumqayıt şəhəri 3 saylı Notariat Ofisi 07.04.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək 22.04.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsin xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə Maraqlı tərəf AR ƏN Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Ərizəçi maraqlı tərəf AR ƏN Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə qarşı hüquqmüəyyənedici sənədin eyni şəxsə məxsus olmasına dair ərizəsi üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10004/2021 saylı 17.12.2021-ci il tarixli qərardadından görünür ki, Ərizəçi maraqlı tərəf AR ƏN Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə qarşı hüquqmüəyyənedici sənədin eyni şəxsə məxsus olması barədə ərizəsi və ona əlavə olunmuş sənədlərin qəbulundan imtina edilmişdir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-846/2022 saylı 25.01.2022-ci il tarixli qərardadı ilə iddiaçı Ərizəçi cavabdeh AR ƏN Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə qarşı Ərizəçi adına Sumqayıt ŞPİ QŞVŞ tərəfindən 26.10.2010-cu ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin “Atasının adı” kimi qeyd edilmiş Ağarza oğlu, 15 iyul 1957-ci ildə verilmiş ИЖ 345387 №-li “Doğum haqqında şəhadətnamə”nin ata qrafasında qeyd edilmiş X2 ilə, mərhum atası Seidrazi Seyfulla oğlunun adına 02 avqust 1997-ci ildə verilmiş V-ЖГ №2744317 saylı “Ölüm haqqında şəhadətnamə”də və Xİİ- ЖГ №464600 saylı “Doğum haqqında şəhadətnamə”də qeyd edilmiş Seidrazi Seyfulla oğlu ilə X1 eyni şəxs olması barədə iddiası mümkün sayılmamışdır. İş materiallarında olan AR ƏN Sumqayıt şəhəri 3 saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış 28.11.2021-ci il tarixli, 2563 nömrəli məktubdan görünür ki, 02.08.1997-ci il tarixdə ölmüş atası-Seidrazi Seyfulla oğlunun miras əmlakının qəbulu üçün notariat ofisinə ərizə ilə edilmiş müraciətə baxılmış, müraciət araştırılan zaman təqdim etdiyi doğum haqqında şəhadətnamədə atasının soyadı ölüm haqqında şəhadətnamədə qeyd olunan kimi “-“ deyil, “Ələkpərov”, adı isə “Seidrazi” deyil, “Ağarza” kimi qeyd olunmuşdur. Həmin sənədlərdə ərizəçinin Seidrazi Seyfulla oğlunun oğlu olduğunu təsdiq etmək mümkün olmadığı üçün qeyd olunanlara düzəliş etdirmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçi izah olunmalıdır ki, hazırki halda ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmaması, onun maraqlı tərəf inzibati orqana müraciət etmək, onun qərarından narazı qaldığı təqdirdə düzəliş edilməsi üçün inzibati icraat qaydasında mübahisələndirmək hüququndan məhrum etmir. Məhkəmə hesab edir ki, Ərizəçi ona verilmiş imtina ərizəsinə uyğun olaraq ərizəçinin Seidrazi Seyfulla oğlunun oğlu olduğunu təsdiq etmək mümkün olmadığı üçün qeyd olunanlara düzəliş etdirmək üçün inzibati orqana müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, Ərizəçi məhkəməyə təqdim etdiyi sənədlərin məhkəmə iclasında tədqiqi zamanı müəyyən edilmişdir ki, verilmiş ərizəyə xüsusi icraat qaydasında baxılması mümkün deyil. 09 iyul 2021-ci il tarixli Qanunla Mülki Prosessual Məcəllənin 37-ci fəsili ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair qərarı»-nın 4 N-li qərarına əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə biləcəyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olmasını müəyyən edir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir (MPM 261.0). Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-263 və 264-cü maddələrini rəhbər tutaraq qərar verdi: Ərizəçi maraqlı tərəf AR ƏN Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə qarşı “hüquqmüəyyənedici sənədin eyni şəxsə məxsus olması” barədə ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar