Məhkəmə qərarları › İş №2(060)-2072/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2072/2023

05.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2072/2023 05.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs DƏDKR X14 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs DƏDKR X14 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Xal Deputatlar Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş 16 avqust 1982-ci il tarixli, 09/823 saylı orderin arxa səhifəsində evə köçən şəxslərin siyasıhında 2-ci sırada “Abbasova Adjafş.M.” yazılmış şəxsin xx.xx.1952-ci il təvəllüdlü Ərizəçi ilə eyni şəxs olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 38 saylı evin, 37 saylı mənzili Sumqayıt şəhəri, Xalq Deputatlar Soveti İcraiyyə Komitəsi tərəfindən 16 avqust 1982-ci il tarixli, 09/823 saylı order əsasında həyat yoldaşı X2 verilmiş və həmin evdə ailəliklə yaşayırlar. Həyat yoldaşı X5 19 iyun 2020-ci ildə vəfat etmişdir. Sumqayıt şəhəri, 9-ci mikrorayon ünvanında yerləşən 38 saylı evin, 37 saylı mənzil üzərinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin idarəsinin 18 yanvar 2023-cü il tarixli 321-3-31/2-154/2023 saylı məktubu ilə müraciətindən imtina olunmuşdur. Məktubda bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı orderdə qeyd edilən şəxsin adı ilə şəxsiyyətini təsdiq edən sənəd arasında ad uyğunsuzluğu müəyyən edilmişdir. Həmin imtinanı əsassız hesab edir. Belə ki, Sumqayıt şəhəri Xalq Deputatlar Soveti İcraiyyə Komitəsi tərəfindən 16 avqust 1982-ci il tarixli 09/823 saylı orderdəki qeydiyyat rus dilində icra olunmuşdur. Orderin arxa səhifələrinə evə köçən şəxslərin siyahısında 2-ci sırada familiyası Abbasova, adı Adjafş.ata adı M. kimi qeyd olunmuşdur. Həmin orderdə soyadı Abbasova tam, adı Adajafşan qısa formada Adşafş və ata adı isə M kimi yazılmışdır. Doğum haqqında şəhadətnamədə ata soyadı Məmmədova, adı Əcəbşan, ata adı Məri kimi qeyd olunmuşdur. xx.xx.1975-ci ildə mərhum X5 ilə nikaha daxil olarkən əri Abbasovanın soyadını qəbul etmişdir. Buna görə Sumqayıt qeydiyyat şöbəsi tərəfindən onlara xx.xx.1975-ci il tarixli İ-JQ 342066 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə verilməklə müvafiq qeydlər aparılmaqla ərinin soyadı Abbasova qeyd olunmuşdur. Həmin vaxtdan Abbasova soyadını daşımaqla şəxsiyyət vəsiqəsində və digər sənədlərdə soyadı Abbasova qeyd olunmuşdur. Sumqayıt şəhəri Xalq Deputatlar Soveti İcraiyyə Komitəsi tərəfindən 16 avqust 1982-ci il tarixli 09/823 saylı orderin arxa səhifəsində evə köçən şəxslərin siyahısında 2-ci sırada rus dilində Abbasova Adjafş. M. yazılmış şəxsin Ərizəçi ilə eyni şəxs olması faktı müəyyən olunmalıdır. Həmin faktın başqa yolla təsdiq edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ərizəçi iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Xalq deputatlar Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş 16 avqust 1982-ci il tarixli 09/823 saylı orderin arxa səhifəsində evə köçən şəxslərin siyahısında 2-ci sırada “Abbasova Adjafa. M.” yazılmış şəxsin xx.xx.1952-ci il təvəllüdlü Ərizəçi ilə eyni şəxs olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən: Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ərizəçinin soyadı öncə Məmmədova, daha sonra isə Abbasova olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs DƏDKR X14 2 saylı Sumqayıt Ərazi İdarəsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməməsi səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X6 izahatında bildirdi ki, X1 Əcəbşan Məri qızı 1975-ci il tarixdə 8-ci ayın 25-ində ailə qurmuşlar. Anasının qızlıq soyadı Məmmədova olmuşdur. Atasının adı əslində Məhərrəməlidir. Lakin qısa şəkildə Məri yazılmışdır. Ailədə üç uşaqdırlar. Qardaşının adı Ceyhun, bacısının adı isə Təranədir. Anası ailədə 5 uşaq olmuşdur. İki qardaş və üç bacı olmuşlar. Atası xx.xx.2020-ci il tarixdə rəhmətə getmişdir. Evi özəlləşdirərkən analarının adına keçirtmək istəyirmişlər. Lakin anasının adı səhv qeyd olunmuşdur. Mülki iş materiallarında olan: İ-ЖГ seriyalı, 342066 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 ilə X8 arasında xx.xx.1975-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 30 avqust 1975-ci il tarixdə 701 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abbasov, arvada isə Abbasova soyadı verilmişdir. AZ-İİ seriyalı, 086438 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 19 iyun 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 06 ayının 23-cü günündə 625 nömrə ilə qeyd edilmişdir. Sol mədəciyin çatmamazlığı səbəbindən Sumqayıt şəhərində ölmüşdür. Sumqayıt şəhəri Xalq Deputatlar Soveti İcraiyyə Komitəsi tərəfindən 16 avqust 1982ci il tarixli 09/823 saylı orderdəki qeydiyyat rus dilində icra olunmuşdur. Orderin arxa səhifələrinə evə köçən şəxslərin siyahısında 2-ci sırada familiya Abbasova, adı Adjafa. ata adı M. kimi qeyd olunmuşdur. Həmin orderdə soyad Abbasova tam, adı Adajafşan qısa formada Adşafş və ata adı isə M kimi yazılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Ərizəçi Azərbaycan Respublikası, Lerik rayonu, Veri kəndində xx.xx.1952-ci il tarixdə anadan olmuşdur. 09 aprel 2004-cü il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pulbik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 18 yanvar 2023-cü il tarixli 3-21-3-31/2-154/2023 nömrəli müraciətə cavab olaraq bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı orderdə qeyd edilən şəxsin adı ilə şəxsiyyəti təsdiq edən sənəd arasında ad uyğunsuzluğu olduğu müəyyən edilmiş və bununla bağlı sənədin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.5-ci maddələrinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir (qərarın 6-cı bəndi). Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquq müəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur (qərarın 6.1-ci bəndi). MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarından göründüyü kimi, ərizəçinin adı, soyadı və ata adı ona məxsus şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi olmasına baxmayaraq, Sumqayıt Şəhər Xalq deputatlar Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş 16 avqust 1982-ci il tarixli 09/823 saylı orderdə “Abbasova Adjafa. M.” kimi qeyd olunmuş, sənədin eyni şəxsə məxsus olmasının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, sözügedən aktda ərizəçinin adı, ata adı səhv göstərildiyindən, həmin akt hüquqmüəyyənedici sənəd olduğundan, yeni sənədin verilməsindən dövlət orqanı tərəfindən imtina olunduğundan, həmin sənədlərin eyni şəxsə məxsus olmasının məhkəmədən kənar həllinin mümkün olmadığı işin araşdırılan hallarına əsasən öz təsdiqini tapdığından ərizə təmin edilməli, Sumqayıt Şəhər Xalq deputatlar Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş 16 avqust 1982-ci il tarixli 09/823 saylı orderin arxa səhifəsində evə köçən şəxslərin siyahısında 2-ci sırada “Abbasova Adjafa. M.” yazılmış şəxsin xx.xx.1952-ci il təvəllüdlü Ərizəçi ilə eyni şəxs olması faktı müəyyən edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Sumqayıt Şəhər Xalq deputatlar Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş 16 avqust 1982-ci il tarixli 09/823 saylı orderin arxa səhifəsində evə köçən şəxslərin siyahısında 2-ci sırada “Abbasova Adjafa. M.” yazılmış şəxsin xx.xx.1952-ci il təvəllüdlü Ərizəçi ilə eyni şəxs olması olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar