Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2074/2022 01.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçilərin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, JN-061A nömrəli, 30104018 kodlu 16 oktyabr 2002-ci il tarixli və JN-061F nömrəli, 30104018 kodlu 16 oktyabr 2002-ci il tarixli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin Nümayəndə və X2 ilə birlikdə onlara da, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qusar rayon AİK-in 10.04.1998-ci il tarixli, 15 saylı qərarı ilə verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN-061A saylı, kodu 30104018 olan 16.10.2002-ci il tarixli və JN-061F saylı, kodu 30104018 olan 16.10.2002-ci il tarixli şəhadətnamələrdə göstərilmiş hüquq sahiblərinin adları siyahısında 3-cü sırada Ərizəçi1 ata adı texniki səhv olaraq yazılmamış, 4-cü sırada isə Ərizəçi2 adı Ramin əvəzinə texniki səhv olaraq “Ramiz” kimi qeyd edilmiş və eyni zamanda ata adı texniki səhv olaraq yazılmamışdır. Qeyd edilən şəhadətnamələr ilə mülkiyyətə verilmiş müvafiq olaraq 0.10 ha və 0.12 ha torpaq sahələrini adlarına qeydiyyat edilərək çıxarış və digər hüquqmüəyyənedici sənədlər alınması ilə bağlı DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərkən bildirilmişdir ki, JN-061A və JN-061F saylı şəhadətnamələrdə göstərilən səhvlərdə düzəliş etmədən əməliyyat aparılması mümkün deyildir. Həmin səhvlərin düzəlişi məhkəmə qaydasında edilməlidir. Sənədlərdə həqiqətən uyğunsuzluq olması aşkardır və bu məhkəmə qaydasında aradan qaldırıla bilər. Ərizəçilərin nümayəndəsi Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 21.11.2019-cu il tarixli məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-061A saylı, kodu 30104018 olan «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və hər hansı düzəliş edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. - Ərizəçilərin şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1 və Ərizəçi2. - JN-061A və JN-061F saylı (Kod: ********) «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamələrdən görünür ki, Qusar rayon AİK-in 10.04.1998-ci il tarixli, 15 saylı qərarına əsasən Nümayəndə, X1, Ərizəçi1 və Cavadov Ramizin birgə mülkiyyətinə JN- 061A və JN-061F saylı (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrlə müvafiq olaraq 0.10 ha və 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, ərizəçilər Ərizəçi2 soyadı, adı və ata adı düzgün olaraq “Ərizəçi2” kimi və Ərizəçi1 soyadı, adı və ata adı düzgün olaraq “Ərizəçi1” kimi qeyd edilmişdir. - Qusar rayon İHB-nın Əcəxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 25.12.2019-cu il tarixli, 348 nömrəli arayışdan görünür ki, Qusar rayon AİK-in 10.04.1998ci il tarixli, 15 saylı qərarı ilə verilmiş JN-061A saylı, kodu 30104018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ailə üzvü Ərizəçi1 adı səhvən Ərizəçi1 kimi, Ərizəçi2 adı səhvən Cavadov Ramiz kimi göstərilmişdir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qusar rayon AİK-in 10.04.1998-ci il tarixli, 15 saylı qərarına əsasən Nümayəndə, X1, Ərizəçi1 və Cavadov Ramizin birgə mülkiyyətlərinə verilmiş JN-061A və JN-061F saylı (Kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə Ərizəçi1 ata adı səhvən texniki səhv olaraq yazılmamış, Ərizəçi2 adı səhvən «Ramiz» kimi qeyd olunmuş və eyni zamanda ata adı texniki səhv olaraq yazılmamışdır. Qeyd olunan dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 309.2-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenimunun 12.04.2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-061A nömrəli, 30104018 kodlu 16 oktyabr 2002-ci il tarixli və JN-061F nömrəli, 30104018 kodlu 16 oktyabr 2002-ci il tarixli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin Nümayəndə və X2 ilə birlikdə Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2074/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2074/2022
01.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver