Məhkəmə qərarları › İş №2(060)-2131/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2131/2021

05.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2131/2021 05.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı İsgəndərov Tofiq İsmixan oğlunun, nümayəndəsi və vəkili Məhərrəmov Polad Müseyib oğlunun, Maraqlı şəxs1 iştirakları ilə, İddiaçı İsgəndərov Tofiq İsmixan oğlunun ünvan 3riat kontoruna qarşı Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxslər qismində işə cəlb etməklə “buraxılmış müddətin uzadılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İsgəndərov Tofiq İsmixan oğlu ünvan 3riat kontoruna qarşı Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxslər qismində işə cəlb etməklə “buraxılmış müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası İsgəndərov İsmixan Məmməd oğlunun vəfatından sonra qalmış ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə miras əmlakın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək mərhum atası İsgəndərov İsmixan Məmməd oğlunun vəfatından sonra qalmış və ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə miras əmlakın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1991-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62.30 m2 olan 3 otaqdan ibarət olan 15 saylı mənzil mülkiyyət hüququ əsasında mərhum atası İsgəndərov İsmixan Məmməd oğluna məxsus olmuşdur. Mərhum atası İsgəndərov İsmixan Məmməd oğlu xx.xx.2012-ci ildə "Arterial hipertenziya" səbəbindən, mərhum anası X2 isə xx.xx.2004-cü il tarixdə "ürəyin işemik xəstəliyi" səbəbindən vəfat etmişdilər. Mərhum atası vəfat etdikdən sonra o, digər vərəsələrdən miras əmlak paylarının könüllü şəkildə həll edilməsini təklif etmişdir. Lakin, müəyyən səbəblərdən bir neçə il miras əmlakın sənədləşdirilməsi uzanmışdır. Mərhum atasının vəfatından sonra miras əmlakı faktiki qəbul etsə də nə o, nə də digər vərəsələr bunu rəsmiləşdirməmişlər. 2015-ci ildə DNK-ya müraciət etmişdir. Lakin digər vərəsələr də notariat kontoruna müraciət etmədiyi üçün yenə də öz payına vərəsəlik şəhadətnaməsi almağı israr etməmişdir. İndi isə ona məlum olub ki, bacısı Maraqlı şəxs1 xx.xx.2020-ci ildə özünə aid 1/3 hissəyə vərəsəlik haqqında şəhatnamə alıb. Ona görə o da DNK-ya müraciət etmişdir. Lakin, digər vərəsələrin də notariusa gəlməməyi səbəbindən, həmçinin müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyini tövsiyyə edərək, Notariat haqqında qanunun 40-cı maddəsini əsas götürərək, ərizəsi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, öz payına münasibətə miras əmlakı qəbul etmək üçün 1-ci dəfə 2015-ci ildə müraciət etmişdir. Lakin digər vərəsələrlə aralarında razılıq olmadığından vərəsəlik şəhadətnaməsi alması mümkün olmamışdır. 2015-ci ildən Ukrayna Respublikasına, Kiyev şəhərinə çıxıb getdiyindən uzun müddət orada yaşadığından, gələ bilmədiyindən vərəsəlik şəhadətnaməsinin alınması üçün müraciət edə bilməmişdir. Bütün bu göstərilənlər səbəbindən miras əmlakı qəbul etmək üçün müəyyən edilmiş müddəti üzrlü səbəblərə görə ötürdüyünü hesab edərək, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 izahatında göstərdi ki, iddianın təmin edilməsinə, mirasın qəbul edilmə müddətinin uzadılmasına etirazı yoxdur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər Maraqlı şəxs2, cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. xx xxxx 2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs2 izahatında göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən 3 otaqdan ibarət olan 15 saylı mənzil babasının mülkiyyətində olmuşdur. Babası vəfat etmədən öncə həmin əmlakı ona vəsiyyət etmişdir. O, iddiaçının qardaşı oğludur, əmisinin miras əmlakı qəbul etməsinə etiraz edir. Buna görə də iddianın təmin edilməsini istəmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 15 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İsgəndərov İsmixan Məmməd oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. İ-ZJ seriyalı 405675 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İsgəndərov Tofiq İsmixan oğlu xx.xx.1961-ci il tarixdə anadan olmuş, atası İsgəndərov İsmixan Məmməd oğlu, anası X1r. AZ-İ seriyalı 980585 saylı «Ölüm haqqında Şəhadətnamən»nin surətindən görünür ki, İsgəndərov İsmixan Məmməd oğlu xx.xx.2012-ci il tarixdə ölmüşdür. AZ-İ seriyalı 475132 saylı «Ölüm haqqında Şəhadətnamən»nin surətindən görünür ki, X2 xx.xx.2004-cü il tarixdə ölmüşdür. ünvan 3riat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs1 xx.xx.2012-ci il tarixdə ölmüş İsgəndərov İsmixan Məmməd oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən 15 saylı mənzildən 1/3 hissədə pay verilmişdir. ünvan 3riat ofisinin 28 nömrəli xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, İsgəndərov Tofiq İsmixan oğluna miras açıldığı gündən altı ay keçdikdən mirasın qəbuluna yol verilməməsi əsası ilə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Həmçinin bildirilmişdir ki, ona artıq bir dəfə 2015-ci ildə imtina qərarı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin hallarından göründüyü kimi, iddiaçı miras əmlakı qəbul etmək üçün iki dəfə, 2015-ci və 2021-ci il tarixlərdə notariat orqanına müraciət etmiş, hər ikisində imtina cavabı almışdır. İddiaçının göstərdiklərinə əsasən birinci imtinanın səbəbi həmin vaxt vərəsələr arasında razılığa gələ bilməməsi, aralarında mübahisənin yaranması, digər vərəsələrin miras əmlakı qəbul etmək üçün gəlməməsi olmuşdur ki, iddiaçının göstərdiyinə görə özü bu səbəblərdən qanun üzrə vərəsəlik şəhadətnaməsini almaqda israr etməmişdir. Həmin müddətdən sonra miras əmlakı qəbul etməməsinin səbəbini ölkə ərazisində olmaması (2015-ci ildən etibarən) buna görə də vaxtında notariat orqanına müraciət edə bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının müddəti ötürmə səbəbi kimi göstərdikləri üzrlü hesab oluna bilməz. Belə ki, iddiaçı özünün də qeyd etdiyi kimi ölkə ərazisində olmamış buna görə də miras əmlakı qəbul etmək müddətini ötürməklə qalmamış, həmçinin qeyd edilən miras əmlaka nə faktiki sahiblik etmiş, nə də əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün hərəkətlər etmişdir. Bu səbəblə də miras əmlakın mərhum mülkiyyətçisinin öldüyü xx.xx.2012-ci il tarixdən qanunla nəzərdə tutulmuş müddətdə müraciət etmədiyinə görə ona iki dəfə miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İddiaçının vərəsələr arasında razılıq olmaması səbəbində vərəsəlik şəhadətnaməsi ala bilməməsi barədə göstərdiklərinə gəlincə məhkəmə həmçinin qeyd edir ki, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, miras əmlakın qəbul edilmə müddətinin ötürülməsi məhkəmə tərəfindən üzrlü hesab olunmadığından iddiaçı İsgəndərov Tofiq İsmixan oğlunun ünvan 3riat kontoruna qarşı Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxslər qismində işə cəlb etməklə “buraxılmış müddətin uzadılması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı İsgəndərov Tofiq İsmixan oğlunun ünvan 3riat kontoruna qarşı Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxslər qismində işə cəlb etməklə “buraxılmış müddətin uzadılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar