Məhkəmə qərarları › İş №2(060)-2132/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2132/2021

07.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

, > <1 Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2132/2021 07.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçılar İddiaçı1nun və İddiaçı2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1nun və İddiaçı2 Cavabdeh2 ASC-yə qarşı “borcun silinməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 ASC-yə qarşı “borcun silinməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanına sutəchizatı və tullantı sularının axıdılmasına görə onlardan əsassız tələb edilən 1705.05 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdılar ki, “Cavabdeh2" ASC Sumqayıt Sukanal İdarəsi İddiaçı1nun mərhum X2 adına olan və hal-hazırda ailə üzvlərimlə birlikdə yaşadıqları ünvan 2 ünvanına gələrək su təchizatı və tullantı sularının axıdılmasına görə (müqavilə nömrə 30653953, abonent kodu **********800) 1705.05 manat borcun olduğu barəsində qəbz veriblər. Onlar bu məbləğlə və təqdim edilmiş hesab faktura ilə bir neçə səbəbdən razı deyillər. Belə ki, əvvəllər belə borc barəsində onlara heç vaxt belə hesab faktura təqdim edilməmişdir. Bu hesab fakturanı alan kimi əvvəl Sumqayıt Sukanal İdarəsinə dəfələrlə müraciət etmişlər, xeyri olmamış, ona görə də, onlar məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Eyni zamanda hesab fakturada mərhum X2 adı qeyd edilsə də, Corat qəsəbəsi ev 606/E ünvanı göstərilir ki, bu ev onların ev deyil onların ev 280-dır. Corat qəsəbəsi ev 606/E-nin borcun onlar niyə ödəməlidirlər? Mərhum S.Xalıqova 2011-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 558-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Bundan başqa hesab faktura da 9 nəfər üçün hesabatın aparıldığı qeyd edilir. Hesabat üçün onların evində 9 nəfərin yaşadığını Sumqayıt Sukanal İdarəsi hansı qaydada müəyyən etmişdir. Onlar Sumqayıt Sukanal İdarəsinə belə bir hesabat (sənəd) verməmişlər və onlara də 9 nəfər hesabat aparılması barəsində hər hansı sənəd təqdim edilməmişdir. Yalnız indi belə bir hesabatdan xəbərləri olmuşdur. Onların evində isə cəmi 2 nəfər, yəni özləri yaşayırlar. X24 ailəlidir, Corat qəsəbəsi 3-cü məhəllədə, qızı Lətifə ailəlidir, Corat qəsəbəsi ev 403-də və qızı X4 ailəlidir, ünvan 3 ünvanlar üzrə su pulu ödəyirlər. Övladları onlarla birlikdə yaşamadıqlarından onlara niyə istifadə etmədikləri xidmətlərə görə su pulu hesablanmalıdır? Onlarla birlikdə qeydiyyatda olan Xalıqov Həsənağa ailəlidir və ailə üzvləri ilə birlikdə Corat qəsəbəsi 3-cü məhəllədə yaşayır. M Xalıqov Hüseynağa ailəlidir, başqa ünvanda yaşayır. Vidadi ailəlidir və ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. Onlar yalnız öz istifadə etdikləri su puluna cavabdehdirlər. Başqa su alanların ödəmələrinin onlara nə dəxli var? İstehlakçılar üzrə ödəmələrin düzgün tənzimlənməsi, onlar kimi vətəndaşların, istehlakçıların hüquqlarının pozulmaması Sumqayıt Sukanal idarəsinin səlahiyyətlərinə, vəzifətərinə aiddir. Əvvəllər su pulunu su pulu yığanlar yığırdılar və onlar hər ay onlara su pulu vermişlər, indi deyirlər gərək rəsmi çek alsınlar. Onlar su pulu yığanlara inanmışlar, indi isə bu pulların ödənilməsini sübut edə bilmirlər. Görünür Sumqayıt Sukanal idarəsinin hesabatında da bu faktlar nəzərə alınmamışdır. Tələb edilən borc düzgün olsa belə xeyli hissəsi köhnə borclardır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən tələb edilə bilməz. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 66/A, mənzil 13-də Cavabdeh2 ASCnin “Sumqayıt Sukanal” İdarəsinin abonent bazasında abonent kimi 01.01.2002-ci il tarixdən X1 adına bağlanmış müqavilə ilə “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadə olunur. Hal-hazırda iddiaçının ünvanına “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadəyə görə 30.04.2021-ci il tarixə 1818.08 manat borcu qalmışdır. Bundan başqa iddiaçıların yaşadığı mənzilə 4 nəfər ailə üzvü üçün borc 1058.49 manat təşkil edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abonent Kartından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 606E saylı evə Cavabdeh2 ASC ilə X14 su təminatı və çirkab suların axıdılmasına görə 01.01.2002-ci il tarixli, 30653953 saylı müqavilə bağlanmış və su pulu 9 nəfər ailə üzvünə görə hesablanmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5, 30.05.1997-ci il tarixdə, X7 21.10.2003-cü il tarixdə, X8 16.06.2011-ci il tarixdə vəfat etmişlər. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X9 05.12.2009-cu il tarixdə, X12 ilə və X6 29.11.2005-ci il tarixdə X10 ilə rəsmi nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, iddiaçıların yaşadığı mənzilə 4 nəfər ailə üzvünə görə 1058.49 manat borc hesablanmış və həmin borcun 603 manatı ödənilmişdir. İşin araşdırılan halları və iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçıların yaşadığı mənzilə borc 9 nəfərə görə hesablanmış, lakin iş materiallarından aydın olur ki, həmin ailə üzvlərindən 2 nəfəri ailə həyatı qurmuş və daimi yaşayış yerini dəyişmiş, digər 3 nəfər ailə üzvü isə vəfat etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçıların mənzilinə borc 9 nəfərə görə yox, 4 nəfərə görə 1058.49 manat hesablanmalı idi. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, 1058.49 manat nəzərə alınmalı, 603 manat məbləğində pul iddiaçılar tərəfindən ödənildiyindən (1058.49- 603=455.49) 455.49 manat borc iddiaçılar tərəfindən ödənilməlidir. Odur ki, ümumi borc, yəni iddia tələbində göstərilən 1705.05 manatdan 455.49 manat çıxılmalı və qalan borc, yəni 1249.51 manat (1705.05-455.49=1249.56 manat) silinməlidir. “Sudan istifadə qaydalan”nın 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. M Həmin qaydaların 7.5-ci bəndinə əsasən su sayğacı olmadıqda fərdi yaşayış və bağ evlərinin torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci bəndinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 ASC tərəfindən iddiaçılar İddiaçı1nun və İddiaçı2 yaşadıqları Sumqayıt şəhəri, Corat qəsəbəsi, 280 (606E) saylı evə (Abunə kodu: **********800) hesablanmış borcdan 1249.56 manat silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayit Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar